Mikayıl Cabbarov sahibkarlar üçün yeni həyat tərzini açıqladı
Mikayıl Cabbarov sahibkarlar üçün yeni həyat tərzini açıqladı
“Azərbaycanda kononavirus (COVID-19) pandemiyasının nə qədər davam edəcəyini dəqiq müəyyən etmək mümkün deyil. Bu, insanların müəyyən edilmiş karantin qaydalarına nə dərəcədə riayət etməsindən asılıdır”.
Bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, sahibkarlar yeni davranış qaydalarını başa düşməli, tətbiq etməlidir.
“Şəxsi gigiyena qaydalarına əməl olunması, “sosial məsafə”nin qorunması həlledici amildir. Bunlar, eləcə də qoruyucu maskalardan istifadə bizim gündəlik həyat tərzimizə çevrilməlidir. Ticarət obyektlərində işçilərin maskalardan istifadəsi mütləqdir. Restoranlarda masalar arasında məsafə qorunmalıdır. İş yerlərində əllərin mütəmadi yuyulması, dezinfeksiya işlərinin aparılması, mağazalarda müştəri sayının tənzimlənməsi, onlayn satış və elektron xidmətlərə üstünlük verilməsi vacibdir. Sahibkarlara dəstəklə bağlı addımlar ona görə atıldı ki, iqtisadiyyat dayanıqlı olsun, onun rəqabət qabiliyyətliliyi və iş yerləri qorunub-saxlanılsın, məşğulluq aşağı düşməsin”, – deyə nazir qeyd edib.
***
M.Cabbarov həmçinin deyib ki, sahibkarlıq fəaliyyətində davamlılıq vacib amil və məqsəddir: “Gəlirlərin sabitliyi yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılıdır. Virusun qarşısını almaq hər bir vətəndaşın borcudur. Dövlətin dəstək tədbirləri virusla mübarizədə yeganə alət deyil. Sahibkar da bir vətəndaş kimi bu işə öz töhfəsini verməlidir. Hər birimiz bu mübarizənin ümumxalq işi olduğunu anlamalıyıq”.
Mənbə: report.az

“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışmışam və biz razılaşmışıq ki, 190 manatlıq ödəniş məsələsində VÖEN olması heç bir rol oynamır”.
Uşaq doğulanda dövlət müavinət ödəməklə ailəni maddi cəhətdən dəstəkləyir. Hər bir ölkədə müavinətlərin miqdarı fərqlidir. Bəzi ölkələrdə, məsələn, BƏƏ və ya Küveytdə, ödəmələrin miqdarı çox yüksək olur. Bu da cütlüklərin çoxuşaqlı ailələrə üstünlük verməsini şərtləndirən əsas amillərdən birinə çevrilir. Lakin MDB ölkələri məkanında bunu söyləmək mümkün deyil. Çünki sözügedən ölkələrdə həmin müavinətlərin məbləği çox azdır və ya ümumiyyətlə yoxdur.
Son zamanlar ölkədə xüsusi karantin rejimi şəraitində dövlət qurumları ilə yanaşı, şirkətlər və ayrı-ayrı insanlar bir sıra xeyriyyə tədbirləri, yardım aksiyaları həyata keçirirlər. Sözügedən dəstək aksiyalarına Kapital Bank-ın əməkdaşları da qoşulub. Bankın yardım fonduna ayırdığı vəsait, sahibkarlara, təqaüdçülərə və digər müştərilərə etdiyi güzəştlərlə yanaşı, əməkdaşları tərəfindən təşəbbüs qrupu da yaradılıb.