Read More9
Read More9

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (15-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (15-ci hissə)

14-сü hissəni oxumaq üçün keçidə daxil olun.


Mühasibat uçotunun informasiya sistemi kimi üstünlükləri istifadə etdiyi metodların müstəqilliyinə, orijinallığına, elmi əsaslılığına və kamilliyinə, dialektik-materialist dünyagörüşünə və elmi yolla müəyyən edilmiş obyektiv həqiqətlərə və qanunauyğunluqlara əsaslanır.

K.Perçelov

Avtomatlaşdırılmış mühasibat uçotu metodologiyası, bizim fikrimizcə, bir tərəfdən, mühasibat uçotu nəzəriyyəsi və metoduna, digər tərəfdən isə, informasiyanın maşınla işlənməsinin layihələndirilməsi və texnologiyası nəzəriyyəsinə və metoduna əsaslanmalıdır. Bu, mühasibat uçotunun aparıcı rolunda elmi metodların sintezidir. Məqsəd mühasibat uçotu ilə, qalan hər şey isə bu məqsədin həyata keçirilməsi yolları ilə müəyyən edilir.

V.N. Davıdov

Ənənəvi mühasibat uçotu dünyada hər şeyin əvvəlcədən təyin edildiyi kimi inkişaf etmişdir.

E.S. Hendriksen, M.F. Van Breda

Mühasibat üsullarının məcmusu nizamsız və sistemsiz əməli qaydalar və üsullar toplusu deyil, qamətli və ağıllı sistemin məntiqi inkişafıdır. Bütün rəngarəng müxtəlifliyi əsas rəhbər ideya birləşdirir, hər şey məntiqi ardıcıllıqla bir mövzu ilə bağlıdır, bir mövqe ciddi ağıl ilə digərindən əmələ gəlir. Bundan sonra biz mühasibatın bütün quruluşunu, mövzunun bütün mahiyyətini açıqlayırıq.

K. Dyuton

Mühasibat texnikası, öz çətinliklərinə görə, bütün digər peşələrin texnikasından üstündür.

V.D. Belov

Biz etiraf etməliyik ki, hesabdarlıq işlərinin məhsulları nümayiş etdirilmir, gözləri cəlb etmir, tamaşaçıları heyran etmir.

E. Leote

Fərdi müəssisələrdə qəbul edilən uçot metodları maşınların təsvirləri, binaların planları və s. kimi eyni sənaye sirridir, zira onlar müəssisələrə öz aralarında rəqabət aparmaq imkanı verir.

A.İ. Qulyayev

Hər bir qrup şəxs öz maraqlarını güdərək, öz metodoloji konsepsiyalarında israr edir.

Y.V. Sokolov

Sinifli cəmiyyətində mühasibat uçotu həmişə sinfi xarakter daşıyır, hakim sinfin maraqlarına xidmət edir.

V.P. Kazakeviç


16-сı hissəni oxumaq üçün keçidə daxil olun.



Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olunur

posted in: Xəbər | 0

Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olunur


işsizlikdən sığorta, Həyatın yığım sığortası, sosial sığorta haqqı, qonorar,Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılır.

Bu, Milli Məclisin Əmək və Sosial siyasət komitəsində müzakirə olunan və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Təklifə əsasən, 2021-ci il yanvarın 1-dən 2026-cı ilə yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək.

Bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək.
1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində  50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunur:

– toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

– fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

– çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– naqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən  vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvləri istisna ilə, qeyd olunan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;

– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

– Digər şəhər və rayonlarda -1.

Eyni zamanda sadalanan fiziki şəxslər (Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada  “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna ilə) tərəfindən məcburi dövlət sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada  “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən  vergi ödəyiciləri isə “Fərqlənmə nişanı” alarkən məcburi dövlət sığorta haqqını ödəməli olacaqlar.

Qüvvədə olan qanuna görə, hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödənilirsə,

layihəyə əsasən, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndi təsərrüfatlarında əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər ) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının aşağıdakı dərəcələri üzrə hesablanacaq: 

– 5 hektaradək olduqda – 2 faizi miqdarında;

– 5 hektardan 10 hektaradək olduqda – 6 faizi miqdarında;

– 10 hektardan yuxarı olduqda – 10 faizi miqdarında.

Mənbə: apa.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiKoronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Bununla əlaqədar Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) təklif edilir.

Layihə  Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutulur.

Pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur:

 avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

– yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

– turoperator və turagent fəaliyyəti;

– sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;

– ictimai iaşə fəaliyyəti;

– sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

– idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

– hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

– əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlərin verilməsi nəzərdə tutulur:

– fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.

– 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr  2020-ci il tarixinədək uzadılması.

– mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

– ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

Mikro sahibkarlıq subyektlərinə:

– sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;

– 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

– epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;

– əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.


 

Mənbə: apa.az


 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Maliyyə üzrə mütəxəssis – Zeytun Pharmaceuticals

posted in: İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib, Əmək haqqının hesablanması üzrə Mühasib, vakansiya, e-qaimənin müddəti, əsas vəsait, amortizasiya, Maliyyə mütəxəssisi, vakansiya,Vakansiya: Maliyyə üzrə mütəxəssis.

İşəgötürən: Zeytun Pharmaceuticals.

Əmək haqqı: 700 – 1000 AZN.

Vakansiya barədə məlumat:
  • Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi
  • Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi və təkmilləşdirilməsi
  • Satınalma üzrə hesablaşmalara nəzarət edilməsi
  • Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
  • Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili

İş şəraiti:

∙ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

∙ Həftədə 5 iş günü, 2 gün istirahət;

∙ Karyera yüksəlişi imkanı.

∙ Əmək haqqı : 700-1000 AZN

Namizədə tələblər

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
  • Təcrübə: min 2 il (maliyyə təhlili sahəsində)
  • Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə
  • Pul axınının, debitor-kreditor hesablaşmaların təhlili üzrə bilikər və təcrübə
  • Azərbaycan dili, Rus dili orta səviyyədə
  • Kompyuter üzrə biliklər: 1C; MS Office(Excell- əla səviyyədə) üzrə sərbəst biliklər

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi / elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə subject (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: finstaff.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!