Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirə edilib

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirə edilib

avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,27 aprel tarixində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hazırlanıb. Məcəlləyə təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra  istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Məsələ barədə məlumat verən vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov diqqətə çatdırdıb ki, bu dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır.   Bununla bağlı məcəlləyə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.

Dəyişiklikdə pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri  üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.

Bundan başqa,  sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr  2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.

Mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Ağalar Vəliyev, Məşhur Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev məcəlləyə təklif olunan vergi güzəştlərini yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini veriblər.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun səsləndirilən fikirlərə münasibəti dinlənildikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda həmçinin “Dövlət rüsumu haqqında” qanuna biri ikinci oxunuşda, digəri isə üçüncü oxunuşda olmaqla iki dəyişiklik layihəsi,  “Dövlət satınalmaları haqqında” Qanuna, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, həmçinin “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ruslar rublun ucuzlaşmasından bəhrələnməyə başlayıblar

posted in: Xəbər | 0

Rusiyalılar rublun ucuzlaşmasından  yararlanaraq, valyuta bazarında əməliyyat sayını xeyli artırıblar. Bu haqda forex-dilerlər Assosiasiyasının xəbərlərində məlumat verilir ki, həmin məlumatı RBK saytı yayıb.

Təşkilatdan verilən məlumata görə, 2020-ci ilin ilk üç ayı ərzində Rusiya valyuta dilerləri, 2019-cu ilin dördüncü rübündəki 1,3 trilyon rubl dövriyyə ilə 430 min əməliyyata qarşı, ümumi dövriyyəsi 1,6 trilyon rubl təşkil edən 724 min əməliyyat həyata keçiriblər. Bu isə sözügedən dövrlə müqayisədə əməliyyatların sayında 294 min artım olduğunu göstərir.

2020-ci ilin əvvəlində bazarda aktiv iştirakçıların sayı 3222 nəfərə çatıb. 2019-cu ilin son rübündə isə həmin bazarda aktivlik göstərənlərin sayı 2398 nəfər olub. Assosiasiyasının rəhbəri Yevgeniy Maşarovun sözlərinə görə, OPEK+ sövdələşməsinin iflasa uğraması fonunda neftin qiymətinin kəskin ucuzlaşmasından sonra başlayan valyuta bazarında dəyişkənlik müştərilərin fəallaşmasına başlıca səbəb olub.

Birjada müştəriləri üçün vasitəçi rolunu oynayan brokerlərdən fərqli olaraq, forex dilerləri öz adlarından və öz hesablarına əməliyyatlar bağlayırlar və komissiya ödəmirlər. Müştərinin qazancı və ya itkisi uğurlu və ya uğursuz əməliyyatlar hesabına formalaşır. Eyni zamanda, Forex bazarındakı əməliyyatlar valyutanın tədarükünü təmin etmir – əsas aktivlərin valyuta məzənnələrinin hamısı fyuçers və opsionlarla aparılır.

Yanvar ayında Rusiyanın iki böyük birjasında – Moskva və Sankt-Peterburqda müştərilərin rekord axını qeydə alınmışdı. O vaxt bu, bir çox hesabın avtomatik açılması və gələcəkdə istifadə edilməməsi ilə izah edilmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

posted in: Xəbər | 0

Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarPandemiya ilə əlaqədar Azərbaycanda geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır.

Nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.

Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib. Müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Ümumilikdə isə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.

Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanılır.

Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:

Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur. İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.

Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür. Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.

Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub. Bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.

Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyən edilməklə onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri həyata keçirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın müxtəlif ölkələrində uşaq müavinətləri (II hissə)

posted in: Müavinət, Xəbər | 0

Dünyanın müxtəlif ölkələrində uşaq müavinətləri (II hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Uşaq doğulanda dövlət müavinət ödəməklə ailəni maddi cəhətdən dəstəkləyir. Hər bir ölkədə müavinətlərin miqdarı fərqlidir. Bəzi ölkələrdə, məsələn, BƏƏ və ya Küveytdə, ödəmələrin miqdarı çox yüksək olur. Bu da cütlüklərin çoxuşaqlı ailələrə üstünlük verməsini şərtləndirən əsas amillərdən birinə çevrilir. Lakin MDB ölkələri məkanında bunu söyləmək mümkün deyil. Çünki sözügedən ölkələrdə həmin müavinətlərin məbləği çox azdır və ya ümumiyyətlə yoxdur.

BƏƏ-də uşaqlara görə verilən müavinət

Ərəb əmirliklərində dövlət yerli əhali artımına böyük qayğı göstərir, belə ki, ailədə uşaq doğularkən verilən müavinət 50 000 dollardan 200 000 dollara kimi təşkil edir, əgər ailənin öz evi yoxdursa, onda alınan evin pulunu da dövlət ödəyir.

Norveçdə uşaqlara görə verilən müavinət

Bu ölkədə uşaq doğularkən 5 000 dollar birdəfəlik müavinət verilir, aylıq müavinətin həcmi isə 150 dollar təşkil edir.

Küveytdə uşaqlara görə verilən müavinət

Dövlət körpənin doğulmasına görə özünəməxsus müavinətlər icad edib. Uşağın anadan olmasından sonra valideynləri xüsusi şərtlərlə 240 000 dollar kredit götürə bilirlər. Həmin krediti isə ayda 20 dollar məbləğlə ödəmək mümkündür.

Avstraliyada uşaqlara görə verilən müavinət

Bu ölkədə uşaq doğulduqdan sonra birdəfəlik verilən müavinətin həcmi 3000 dollar, aylıq müavinətin məbləği isə 850 dollar təşkil edir.

Kanadada uşaqlara görə verilən müavinət

Kanadada uşaq altı yaşına çatana kimi verilən aylıq müavinət 388 dollar və 18 yaşına kimi verilən müavinət isə 328 dollar təşkil edir.

Çində uşaq müavinətləri

2016-cı ildən başlayaraq, ailələr 2 uşaq dünyaya gətirə bilərlər. Növbəti uşaq doğumlarına görə isə cərimə nəzərdə tutulub. Cərimənin miqdarı pozucuların valideynlərinin yaşadığı region sakinlərinin 8 orta illik gəlirləri qədərdir.

Hazırda bu ölkədə uşaq müavinətlərinin verilməsi nəzərdə tutulmayıb. Lakin, yaxın vaxtlarda ikinci uşağın doğumuna görə 2000 dollar həcmində müavinət verilməsi planlaşdırılır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun