İşəgötürənlər məşğulluq orqanlarına hansı məlumatları təqdim etməlidirlər?

posted in: Xəbər | 0

işçi qüvvəsi“Məşğulluq haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verməlidirlər. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. (Məşğulluq orqanları)

Tutaq ki, “A” MMC marketinq departamentinin ləğv edilməsi məqsədilə bu bölmədən 5 nəfər və satış departamentindən 2 nəfər işçini ixtisar etmək barədə qərar verir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun şəkildə müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Deməli, “A” MMC işçilərin sayının azalması və ştatların ixtisarı ilə bağlı məlumatı yuxarda qeyd edilən müddətlər daxilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

Qanunun həmin tələbi məşğulluq idarələrinin işdən çıxarılacaq işçilər haqqında məlumat əldə etməsi və onların işlə təmin olunması ilə bağlı tədbirlər görməsinə yönəlib. Bu hesabat aylıq, rüblük və ya illik təqdim olunmur. Yalnız işçilərin sayı və ştatları ixtisar edildikdə verilir.

Qanunvericilik işçilər barədə digər məlumatların da bazaya daxil edilməsini tələb edir. “Məşğulluq haqqında” Qanunun 18-ci maddəsinə müvafiq olaraq işəgötürənlər :

  • yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər. (həmin hesabatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil edilir);
  • işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək həmin orqana təqdim etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi məcəllələrinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla), ilk növbədə, yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsilə ödəməlidirlər.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Məşğulluq orqanları, Məşğulluq orqanları

Bəzi mallar gömrük rüsumlarından azad edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (gömrük rüsumları)

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 3, maddə 217, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7,

maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4, maddə 826; 2019, № 1, maddə 154, № 5, maddə 947, № 8, maddə 1468) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” aşağıdakı redaksiyada verilsin:

XİFMN üzrə kodu

Mal mövqelərinin adları
1 2
Qrup 84-dən
8471 30 000 0 – ən azı məlumatın işlənilməsi mərkəzi blokundan, klaviaturadan və displeydən ibarət olan, kütləsi 10 kq- dan çox olmayan portativ hesablayıcı maşınlar
8471 41 000 0 hesablayıcı maşınlar, digərləri:

– – bir korpusunda ən azı məlumatın işlənilməsi mərkəzi bloku və giriş və çıxış qurğuları olan hesablama maşınları, birləşmiş və ya birləşməmiş

8471 49 000 0 hesablayıcı maşınlar:

– – digərləri, sistem şəklində təqdim edilmiş

8471 50 000 0 8471 41 və ya 8471 49 yarımmövqelərində təsvir edilənlərdən fərqli olan məlumatların işlənilməsi blokları, bir korpusda bir və ya iki aşağıda göstərilmiş qurğular olan və ya olmayan: yaddaş qurğuları, giriş qurğuları, çıxış qurğuları
8471 60 600 0 –    bir korpusda yaddaş qurğusu olan və ya olmayan giriş və ya çıxış qurğuları:

–   – klaviatura

8471 70 300 0 yaddaş qurğuları:

– – – – optiki, maqnit-optiki də daxil olmaqla

8471 70 500 0 yaddaş qurğuları:

– – – – – sərt maqnit disklərdə

8471 70 980 0 Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və informasiyanın işlənməsi üçün oxşar maşınlar:

–  – yaddaş qurğuları:

–  – – digərləri

8471 80 000 0 hesablayıcı maşınların digər qurğuları
8473 30 200 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları:

– – elektron modullar

8473 30 800 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları:

– – digərləri

Qrup 85-dən
8523 51 100 0 37-ci qrupun məmulatlarından başqa, disklərin hazırlanması üçün matrisa və master-disklər də daxil olmaqla, yazılmış və ya yazılmamış, səsyazma və ya başqa hadisələr üçün disklər, lentlər, enerji asılılığı olmayan məlumatların saxlanılması üçün sərt cisimli qurğular, “intellektual kartlar” və digər səsyazma və ya digər hadisələr üçün daşıyıcılar:

–  – enerji asılılığı olmayan məlumatların saxlanılması üçün sərt cisimli qurğular:

–  – – yazılmamış

8528 52 100 0 digər monitorlar:

–  –  –    yalnız və ya əsasən 8471 mal mövqeyinin hesablayıcı sistemlərində istifadə olunan

8528 59 900 0 –  – digərləri:

–  – – rəngli

8542 31 90 Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər:

– – – digərləri