Turagentlərə tətbiq edilən vergi güzəştləri

posted in: Vergi, Xəbər | 0

TuragentlərTuragentlər üçün tətbiq edilən vergi güzəştləri.

Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən, müvafiq olaraq, gəlir vergisi və məcburi sosial sığorta haqları 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. 

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilib. Neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əhatə dairəsi həmin Meyarların 2.1-ci bəndi ilə müəyyən edilib.

Turagentlər tərəfindən neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aviabilet və turpaketlərin satışı ilə bağlı göstərilən xidmətlər agent qaydasında uçuşları və turizm xidmətlərini həyata keçirən müəssisələrə göstərildiyindən, turagentlər tərəfindən göstərilən həmin xidmətlər neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə göstərilən xidmət hesab edilmir.

Vergi ödəyicilərinə xidmət departamenti 5 gün müddətində bu barədə məlumatları turizm xidmətləri göstərən vergi ödəyicilərinin elektron kabinetlərinə göndərməlidir.

Turagentlərə ödəmələr isə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.9-cu maddəsinə əsasən, yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bununla yanaşı, biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə,

  • bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar,
  • ödəniş terminalları ilə aparılan hesablaşmalar,
  • birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi güzəştləri, turagentlər

Hüquqların güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur?

posted in: Xəbər | 0

Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergilər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: (Hüquqların güzəşt edilməsi, hüquq)

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
  • məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
  • işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
  • daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
  • müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
  • telekommunikasiya xidmətlərinin göstərilməsi; (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
  • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
  • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi;
  • elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsi.

Bəs Məcəllədə qeyd edilən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur? Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir:

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Qeyd olunanlara əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir.

Mülki Məcəllənin 193-cü maddəsinin müddəalarına əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Hüquqların güzəşt edilməsi, hüquq, hüquq

2019-cu ildə vergi hüquqpozmalarına qarşı aparılmış mübarizə tədbirləri və onların nəticələri açıqlanıb

posted in: Vergi, Xəbər | 0

2019-cu il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksizsiz məhsulları satmaq və satış məqsədilə saxlamaq, idxal etmək, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı, saxta aksiz markalarını hazırlamaq, əldə etmək, saxlamaq, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalamaq, saxlamaq və ya satmaq faktları üzrə ümumilikdə 320 cinayət işi başlanılıb. (Vergi hüquqpozmaları)

Hesabat dövründə əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 293 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 167-nin icraatına xitam verilib, 149 nəfər barəsində 126 cinayət işi məhkəməyə göndərilib.

İcraatına xitam verilən 167 cinayət işindən 82 iş üzrə vergi ödəyiciləri yayındırılmış vergiləri ibtidai istintaq zamanı tamamilə ödəyiblər. 2019-cu il ərzində 22 milyon 999,2 min manat məbləğində ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Həmçinin, vergi borcu üzrə cinayət tərkibi yaradan və yerli vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 28,8 milyon manat vəsait ödənilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 21 nəfər tutularaq təhvil verilib. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, ibtidai istintaqdan yayınan 355 nəfər dindirilməsi üçün məcburi qaydada gətirilib, 1260 şəxsin tapılaraq istintaqa gətirilməsi təmin edilib.

Hesabat dövründə müxtəlif sahələr üzrə fəaliyyət göstərən 374 vergi ödəyicisində 556 vergi nəzarəti tədbirləri həyata keçirilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində 43 vergi ödəyicisinə məxsus obyektlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi, 33 şəxsin vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, 178 vergi ödəyicisinin 2.296 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi hüquqpozmaları,

Vergilər Nazirliyinin Apelyasiya Şurasında ötən il baxılan şikayət sayı açıqlanıb

posted in: Vergi, Xəbər | 0

kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,2019-cu ildə Vergilər Nazirliyinin Apelyasiya Şurasında, ümumilikdə, 108 şikayətə baxılıb. Bunlardan 10-u səyyar vergi yoxlamaları, 48-i kameral vergi yoxlamaları, 17-si operativ vergi nəzarəti tədbirləri, 29-u vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi, 4-ü isə digər məsələlərlə bağlı olub. (Apelyasiya Şurası)

Daxil olmuş şikayətlərdən 48 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb. Belə ki, həmin şikayətlərdən 29-u tam, 2-si qismən təmin edilib, 17 vergi ödəyicisinin şikayəti isə təmin olunmayıb.

Şikayətlərdən 60-na onun predmeti üzrə məhkəməyə müraciət edilməsi və ya şikayətin məhkəmədə icraatda olması, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, şikayətin verilmə müddətinin buraxılması, şikayətin geri götürülməsi və şikayətə baxılması Apelyasiya Şurasının predmeti olmaması səbəbindən mahiyyəti üzrə baxılmayıb.

2019-cu ildə Şura tərəfindən baxılmış 3 şikayət üzrə qərardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilib. Lakin sözügedən instansiya tərəfindən çıxarılmış qərarlar ilə Şuranın gəldiyi nəticə əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılıb.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl olunması, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarlarının Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilməsi təmin edilib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Apelyasiya Şurası