Read More9
Read More9

Ödəmənin aparıldığı vaxt

posted in: Vergi, Xəbər | 0

dəyişilmə proseduru, Vergi Məcəlləsi, maliyyə hesablaşmaları, törəmə müəssisə,vergi ödəyiciləri, Vergi qanunvericiliyinin pozulması, ÖMV bəyannaməsi, Vergi borcu, vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftVergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Vergi ödəyiciləri hesablaşmalar zamanı əsas məbləğin və ya əlavə dəyər vergisinin (ƏDV) məbləğinin ödəniş tarixinin əsas götürülməli olduğunu aydınlaşdırmağa çalışıblar. Məsələyə Vergilər Nazirliyindən münasibət bildirilib. (ödəmə)

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. Ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində ödəmə dedikdə, vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, belə məqamlarda Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri, eləcə də Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu əsas götürülür.

Mənbə: vergiler.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ödəmə

Mülkiyyətindəki kənd təsərrüfatı torpaqlarını istifadə edən fiziki şəxslərin Sosial sığorta haqqı necə hesablanır?

posted in: Xəbər | 0

Baş Mühasib VakansiyaMülkiyyətindəki kənd təsərrüfatı torpaqlarını istifadə edən fiziki şəxslərin Sosial sığorta haqqı necə hesablanır?

Sual: Mən kənd təsərrüfatına yararlı pay torpağı mülkiyyətçisiyəm. Ailəm 4 nəfərdən ibarətdir və müvafiq olaraq 4 nəfərin payına görə sosial sığorta ödənişi hər bir ailə üzvünə ayrı ayrılıqda minimum əmək haqqının 6 faizini dövlət sosial müdafiə fonduna köçürməliyəm. Faktiki olaraq mən pay torpağında buğda əkirəm. Buğdanı dekabrda əkirəm. Biçimədək heç bir iş görmürəm, yəni ki, fəaliyyət göstərmirəm. İyun ayında buğdanı biçirəm. Belə olduqda mən sosial sığorta ödənişini hansı aylar üçün ödəməliyəm? Qeyd edim ki heç bir yerdə işləmirəm. Biçimdən sonra buğdanı satıb gəlir əldə edə bilərəm.

Cavab: Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Müraciətinizdə qeyd olunanlara əsasən, torpaq sahəsindən istifadə olunduğu üçün yuxarıda qeyd olunan qaydada  sosial sığorta haqqı hesablanmalı və ödənilməlidir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Sosial sığorta haqqı, 

Mühasib peşəsinin ilk nümayəndələri (3-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

                              Mühasib peşəsinin ilk nümayəndələri (3-cü hissə)(Mühasib peşəsi)

2-ci hissəni oxumaq üçün keçidə daxil olun

Qədim Yunanıstan

Hesab edilir ki, Qədim Yunanıstanda sikkə şəklində ilk pullar e.ə. VII əsrin sonlarında meydana çıxıb. Y.V. Sokolovun fikrincə, bu şərait uçot tarixinə əhəmiyyətli təkanı simvolizə edir: “Pullar öncə sərbəst uçot obyekti kimi çıxış etməyə başlayıb, sonra isə hesablaşmalar üçün vasitə kimi və nəhayət onlardan bütün inventarların dəyər ölçüsü kimi istifadə olunmağa başlanıb”.

Mühasibat peşəsinin tədrisi olmayıb: T.N. Malkova belə deyir: “Hesablamanı adi məktəblərdə öyrədirdilər. Xüsusi olaraq isə “mühasibat” kadrları hazırlamırdılar”. Uçot kənar şəxslər cəlb edilmədən, kommersantlar və bank işçiləri tərəfindən aparılırdı: göründüyü kimi, qədim yunan cəmiyyətində mühasib peşəsinə yer yox idi; uçot sahibkarlar, bank işçiləri, məmurlar tərəfindən həyata keçirilirdi – lakin, onlardan heç biri mühasib deyildi.

Qədim romalı

Y.V. Sokolavanın sözlərinə görə, e.ə. VI əsrə kimi Qədim Romada uçot “çox pis aparılırdı”: yalnız idarəetmədə mövcud idi və vəziyyət yalnız çar Serviya Tullinin islahatlarından sonra dəyişdi. Tit Liviyanın söylədiyi kimi “bu ən mühüm işlərdən biri idi”. O, “böyük imperiyanın gələcəyi üçün mühüm rol oynayan senz tətbiq etdi və bununla da hərb və sülh dövrlərində bu təkcə adambaşına düşən gəlirə görə deyil, həm də hər bir şəxsin mülkiyyət vəziyyətinə müvafiq müəyyən edilirdi…

Tuliya həmçinin dərəcələr və senturiyalar təsis etdi, bu senzin qaydalarını müəyyən etdi”. Qəbilə münasibətləri faktiki olaraq mülkiyyət fərqliliyinə və ərazi bölünməsinə müvafiq yeni sosial-siyasi quruluşla əvəz edildi. Mülkiyyət vəziyyəti birbaşa ictimai vəziyyətdən asılı hala salındı: insanın nə qədər çox sərvəti var idisə, onun “dərəcəsi” də bir o qədər yüksək olurdu. Əsasən, səs hüququ birbaşa dərəcəldən asılı idi: “səs verməyə birinci süvarilər, sonra birinci dərəcədən olan səksən piyada senturiyası dəvət olunurdu; çox nadir hallarda fikirlər fərqlənirdi ki, bu zaman ikinci dərəcədən olan senturiləri dəvət edirdilər; amma, ən aşağı dərəcəyə heç vaxt növbə çatmırdı”. Mülkiyyət vəziyyətini isə “ev kitablarından” tərtib olunmuş yalnız uçot qeydlərinin köməyilə müəyyən etmək olardı.  Öz mülkiyyət dərəcəsini yüksəltməyə can atan vətəndaşların marağında idi ki, “ev kitablarını” səliqəli aparsınlar.

Dövlət uçot sistemi də geniş inkişaf etməyə başladı: Sokolovun söylədiyinə görə imperator Adrianın (e.ə. 117-138-ci illər) hakimiyyəti zamanında “başda imperator şurası və ona tabe olan təsərrüfatın ayrı-ayrı sahələri üzrə departamentlər şəbəkəsindən ibarət güclü mərkələşdirilmiş aparat yaradıldı. Dövlət idarəçiliyi sistemində ilk yerlərdən biri maliyyə departamentinə məxsus idi, orada çoxlu sayda hesabdarlar, mirzələr, kassirlər çalışırdı”. Diqqətəlayiqdir ki, bizə tanış olan mirzə vəzifəsi ilə yanaşı, hesabdar vəzifəsi də meydana çıxmışdı. Onlar “kassa və arxivdən ibarət erariya işləri ilə məşğul olur, eləcə də dövlət hesablama kitablarını aparırdılar… Erariya ilə faktiki olaraq bu, daimi hesabdarlıq işçiləri məşğul olurdular”.

Bu cür işçilərin hazırlanması üçün Ateneydə (e.ə. 135-ci il) ali məktəb təsis olunmuşdu. Bundan əlavə, o da məlumdur ki, dövlət xidmətində olan hesabdarlar 100 mindən 600 min sestersi maaş alırdılar. Müqayisə üçün: legioner il ərzində 1200 sestersi əməkhaqqı alırdı, ildə 20 min sestersi məvacib isə yaxşı yaşamağa imkan verirdi. Sokolovun dediyinə görə, hesabdar vəzifəsini həm azadlığa buraxılanlar, həm də cəmiyyətin ali təbəqəsindən olan adamlar tuta bilərdilər.

Qədim Romada hətta hesabdarların peşəkar təşkilatı olan – dekurilər də mövcud idi. Göründüyü kimi, qədim romalı hesabdarlar demək olar ki, müasir mühasib peşəsindən fərqlənmirdilər. Böyük əminliklə onu ilk, əsl mühasib adlandırmaq olar. Beləliklə, müsabiqənin qalibi məlum oldu. Amma, yerdə qalan namizədlərə də diqqət yetirək, şübhəsiz ki, onlar da etimada layiqdirlər.


4-cü hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib peşəsi, mühasib peşəsi

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrükQeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. (Maliyyə Nazirliyi, QHT)

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat;

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər;

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

“Göstərilənləri nəzərə alaraq, www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrəsi: (012): 404 46 99, daxili 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova”, – deyə nazirlik bəyan edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Maliyyə Nazirliyi, QHT
error: Content is protected !!