Read More9
Read More9

MDSS hesabatında Orta Siyahı sayı sətrində hansı dövr üçün işçilərin sayı göstərilir?

posted in: Xəbər | 0

MDSS hesabatında Orta Siyahı sayı sətrində hansı dövr üçün işçilərin sayı göstərilir?

Sual: “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formasının 2. Hesabat dövründə işçilərin sayı bəndi üzrə “Orta siyahı sayı (nəfər)” sətrində hansı dövr üçün işçilərin sayı göstərilir? Xahiş edirəm konkret dövrü göstərin.
Cavab: Bildiririk ki, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”-ın  Hesabat dövründə işçilərin sayı bəndi üzrə “Orta siyahı sayı (nəfər)” sətrində hesabat dövründə fəaliyyətinin olub-olmamasından asılı olmayaraq sığortaedən ilə əmək müqaviləsi bağlamış və hesabat dövrü başlayana qədər həmin müqaviləyə xitam verilməmiş işçilərin sayı göstərilir.
Mənbə: taxes.gov.az

Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
MDSS,

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (5-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

                        Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (5-ci hissə) mühasibatlıq

4-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Audit

İqtisadi fəaliyyət və hesabdarlıq arasında , iradə və idrak arasındakına bənzər münasibətlər mövcuddur.

L.Y. Kriçevskiy

Hesabdarlığın diqqətindən heç nə yayına bilməz, zira o həqiqətin güzgüsüdür.

Q. Bıçkov

Hesabdarlıq özündə sahibkarın təsərrüfatındakı bütün hadisələri və bütün tədbiləri güzgüdə olduğu kimi əks etdirməlidir.

A.E. Vinkler

Düzgün qurulmuş hesabdarlıq hər bir müəssisənin güzgüsü olmalıdır: ona nəzər yetirən kimi hər şeyin düzgün gedib-getmədiyini görmək olur.

E. N. Yeqorov

Hesabdarlığın bütün praktiki əhəmiyyəti onda gerçəkliyin düzgün əks etdirilməsindən ibarətdir.

V.D. Belov

Hesabdarlığın vəzifəsi, ümumiyyətlə, elə statistik və texniki məlumatların toplanmasından ibarətdir ki, onlar müəssisədə işlərin həqiqi gedişatının tam mənzərəsini elə populyar və sadə şəkildə versin ki, sahibkarları, yaxud onların etibar etdiyi şəxsləri təmin edə bilsin, onlar bu məlumatlardan hər bir halda xüsusi seçim olmadan istifadə edə bilsinlər və bundan öz təsərrüfatlarında sərəncamlarını fayda götürə bilsinlər.

A.Z. Popov

Ticarət mühasibatı müəssisənin xarici münasibətlərinin uçotunu aparır, onun əmlakının tərkibini və təsərrüfat fəaliyyətinin nəticələrini müəyyən edir. İstehsalat mühasibatı müəssisə daxilində bütün istehsal əməliyyatlarını əhatə edir və istehsal prosesini dəqiq əks etdirir.

B. Penndorf

Hesabdarlıq, ümumiyyətlə, müəssisənin bütün göndərişlərini öyrənmir. O, yalnız təsərrüfat gedişlərini və ya ümumiyyətlə, hər bir müəssisənin təsərrüfat həyatını öyrənir.

A.Z. Popov

6-cı hissəni oxumaq üçün keçidə daxil olun.


Mühasib peşəsinin ilk nümayəndələri (1-ci hissə)

posted in: Mühasib, Xəbər | 0

Mühasib peşəsinin ilk nümayəndələri (1-ci hissə)(Mühasib peşəsi)

Mühasibat uçotunun nə vaxt yaradılması ilə bağlı suala birmənalı cavab vermək çox çətindir. Başlıca olaraq bu mühasibat uçotunun qeyri-müəyyənliyi ilə əlaqəlidir: zamanla sözügedən anlayışın məzmunu dəyişikliyə uğrayıb və dəyişiklik hələ də davam etməkdədir. Dünyada kimi ilk mühasib hesab etmək olar sualı isə bundan da mürəkkəbdir.

Mühasib peşəsinin ilk nümayəndələri ilə bağlı variantlara baxmazdan öncə, “peşə” anlayışının mahiyyətini müəyyən etmək zəruridir. Böyük Ensiklopediya lüğəti peşəni “müəyyən hazırlıq tələb edən və mövcudluq üçün adi mənbə sayılan əmək fəaliyyəti növü” kimi izah edir. Müasir iqtisadiyyat lüğəti bir peşəni “şəxsin iş fəaliyyətinin növü, onun müntəzəm məşğulluq mövzusu, eləcə də bu cür işi peşəkarcasına həyata keçirməsinə imkan verən bilik və bacarıqlarının sübutu” kimi müəyyən edir. Y.V. Sokolov qeyd edir: “Çox vaxt peşəkar olaraq öz peşəsinin vəsaitləri hesabına yaşaya bilən insan nəzərdə tutulur”.

İlk mühasib adı ilə bağlı hipotetik müsabiqəni təsəvvür edək. Belədə iştirakçıların siyahısı bu cür ola bilər:

İbtidai icma insanı (e.ə. 100 000 il);

Qədim şumer (e.ə. 4 000 il);

Qədim yunan bank işçisi (e.ə.VIII əsr);

Qədim roma hesabdarı (e.ə. I-II əsrlər);

Luka Paçoli (1445-1517-ci illər);

Xristofer Ştexer (1498-ci il).

Onlara mühasibat peşəsinə aidiyyatı baxımından yanaşaq.

İbtidai icma insanı

Məlumdur ki, uçotun ilk rüşeymləri ən qədim dövrlərdə peyda olub. Mağaraların divarlarında qorunub qalan rəsmlərdən belə təxmin etmək olar ki, qədim insanlar baş verən hadisələri qeyd ediblər, amma uçot mağara rəsmlərindən də öncə başlanıb.  Y.V. Sokolov bildirir ki, “təsərrüfat həyatında faktların qeydə alınmasının lazım olmadığı zamanlar olub, o vaxt təsərrüfat barədə bütün məlumatlar bir insanın beynində sərbəstliklə yerləşə bilirdi. Bu o demək deyildi ki, həmin adam yaxşı yaddaşa malik olub, sadəcə o vaxt təsərrüfatın özü çox kiçik və məlumatlar da hədsiz az idi… Yazmaq lazım gələnləri qeydiyyatsız da yaddaşda saxlamaq mümkün idi, əmək nəticələri isə çox cüzi olduğundan, hər şey aşkar ortalıqda idi”.  Buna baxmayaraq, geniş mənada mühasibat uçotu fəaliyyətin qeydiyyata alınmasını nəzərdə tutur, yəni, “təsərrüfatda baş verənləri yadda saxlamaq qabiliyyətinin insandan kənar olaraq baş verməsi”; o səbəbdən ilk mühasibi vahid insan yaddaşı hüdudlarında axtarmaq məsələsindən əl çəkmək və onun axtarışılarını daha müasir dövrlərə keçirmək lazımdır.

O. Sirkeçi və Y.L. Yurt arxeoloq Kristofer Henşvilvudun dəlillərinə əsaslanaraq təsdiq edirlər ki, artıq yüz min il bundan əvvəl ibtidai insanlar “xardal rəngli toz hazırlayır və onunla boyaya bilirdilər”, eləcə də Bergen universitetindən olan arxeoloqların dəlillərinə əsasən erkən ağıllı insan “kimyəvi eksperimentlər aparır və uzunmüddətli planlaşdırma həyata keçirə bilirdi”. Beləliklə, ibtidai insan müəyyən dərəcədə inkişaf etmiş düşüncəyə və iqtisadi əməliyyatların uçotunu aparmaq qabiliyyətinə malik idi. Buna baxmayaraq, yalnız mövcud hadisələr və fəaliyyət nəticələrini hesablamaq qabiliyyəti sayəsində ibtidai insanın mövcud olmadığının təsəvvür edilməsi çətindir: mühasibat uçotu ehtiyacları onun iqtisadi ehtiyacları siyahısında birinci yerdən çox uzaq idi, uçot işlər arası aparılırdı və hər hansı bir sistemləşdirmədən söhbət belə gedə bilməzdi. Buna görə, ibtidai insan mühasibat uçotunun fəxri adını alır və rəqabət yarışını tərk edir.

2-ci hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib peşəsi, Mühasib peşəsi

ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməzsə əvəzləşməyə icazə verilirmi?

posted in: Vergi, Xəbər | 0
ədv

ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməzsə əvəzləşməyə icazə verilirmi?


Sual: Təmsil etdiyim A şirkəti B şirkətindən material almışdır. B şirkəti öz növbəsində e-qaimə göndərmişdir. Lakin B şirkətinə əsas məbləği ödəməyə vəsait olmadığı üçün yalnız ƏDV ödənmişdir. Xahiş edirəm aşağıdakı suallara aydınlıq gətirib ətraflı şəkildə məlumat verəsiniz.
    • ƏDV ödənildikdən sonra hansı müddətdə əsas məbləğ ödənilməlidir?
    • Əgər hansısa müddət varsa və bu müddətdə ödənilməyibsə hər hansı bir maliyyə sanksiyası varmı?
    • Ödənilmiş ƏDV əvəzləşdirmədə iştirak edə bilərmi?
    • Əgər iştirak edə bilmirsə, lakin əvəzləşmə artıq həyata keçirilibsə, buna görə maliyyə sanksiyası varmı?
Cavab: Bildiririk ki, vergi ödəyicisinə verilmiş elektron vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği ödənilməlidir. Eyni zamanda bildiririk ki, maliyyə sanksiyası vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında tətbiq edilir. Əvəzləşdirmə ilə bağlı isə bildiririk ki, malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir.

Belə ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:

– verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

– malın (işin, xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

– alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

– vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.

Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.

Bax: Vergi Məcəlləsinin 58.6-cı və 175-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: Turagentlərə tətbiq edilən vergi güzəştləri


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
error: Content is protected !!