Read More9
Read More9

Mən niyə mühasibat uçotunu seçdim?!

posted in: muhasibat, Məqalə, Xəbər | 0

                                 mühMən niyə mühasibat uçotunu seçdim?! (mühasibat  uçotu)

vakansiya baş MühasibSiz bir sözlə məni təsvir etmək üçün dostlarımın hər hansı birindən xahiş etsəydiniz, cavabların böyük əksəriyyəti belə olacaqdı: praktikidir. Növbəti cavab isə belə olardı: məntiqlidir. Mən təbiətimlə bağlı bu anlayışlarla tamamilə razıyam və əslində onlarla qürur duyuram.

Məntiqi düşüncə və praktiklik mənə erkən çağlarımdan keçib. Onlar mənə  şəxsi həyatımda ağıllı seçim etməyi öyrədiblər. Təbiətən praktik və məntiqli olmağım səbəbiylə mən mühasibat uçotu sahəsində ixtisaslaşmaq barədə qərar verdim. Bu gün biz pul, onların dəyəri, onların necə istifadə edildiyi və hərəkət etdiyi, daim monitorinq və təhlilə ehtiyacı olan bir cəmiyyətdə yaşayırıq. Mən öz məntiqi düşüncəm üzündən mühasibat uçotu sahəsində ixtisaslaşmaq qərarı verdim: mən kollecə gedirəm, çünki iş yeri əldə etmək istəyirəm, şirkətlərə isə öz maliyyələrini idarə etmək üçün həmişə adamlar lazım gələcək və həmin şəxslərə yaxşı əmək haqqı ödəniləcək. O səbəbdən mən bu sahə üzrə yüksəlmək istəyirəm, həm də mühasibat uçotuna yaxın illərdə tələbat nəinki azalmayacaq, hətta xeyli yüksələcək.

Layiqli əmək haqqı ödənişinin məndən ötrü yeganə motivasiya olmadığına əmin olduqdan sonra mühasib peşəsini daha çox sevməyə başladım. Yuxarıda qeyd etdiyim kimi mən özümü işgüzar insan hesab edirəm. Onu da başa düşürəm ki, tam dəyərli həyat sürmək üçün insan müəyyən qürur duymalı və öz işindən həzz almalıdır. Mühasibat uçotunun riyazi təbiəti, onun düzgünlüyü və ya yanlışlığı, kitabların balanslaşdırılması, şirkətin pul axınlarının izlənməsi-bütün bunlar məni həyəcanlandırır və maraqlandırır. Burada subyektiv bir şey yoxdur, bu polis işinə bənzəyir, hansı ki, oturduğunda, özünlə baş-başa qaldıqda rəqəmlər necə formalaşır və ya onlar ümumiyyətlə, niyə yoxdur, bu düşüncələrə dalırsan.

Mən həqiqətən, ipoteka şirkətində ödənişli təcrübə keçmək istərdim və baxmayaraq ki, orada çox işləmək lazım gələcək. Amma bu həm də mənə bir çox dəyərli biliklər toplamağa imkan yaradacaq. Mühasib ipoteka şirətində nə iş görür, bu necə olur, vəzifələri nədən ibarətdir, bu sahədə özüm üçün, karyeram üçün nələr gözlənilir, mən həqiqətənmi həmin karyeradan məmnun qalacağam kimi suallarıma da təcrübə keçdiyim zamanda cavab tapa biləcəkdim.

Mən başa düşürəm ki, mühasibat işləri yüksək tələbat duyulan bir sahədir, amma, həm də onu da başa düşürəm ki, mən iş yerində böyük istedadlı rəqabətlə qarşılaşcağam. Mühasib olaraq fərqlənmək və bu sahədə uğurlu karyera əldə etmək üçün ilk növbədə CPA-dan sertifikat əldə etmək lazımdır. Eyni zamanda CPA imtahanına iddiaçı olmaq üçün məndən tələb olunan əlavə kreditləri davam etdirirəm, mən bu kreditləri sona çatdırmağı və mühasibat uçotu sahəsində magistr dərəcəsi almağı planlaşdırıram. Məndə tədris və öyrənməyə də bir həvəs var və mən bu sahədəki təcrübə və biliklərimi gələcək həyatımda ümidverici, gənc mühasiblərə ötürmək istəyirəm.

 Mən praktiki və məntiqi şəxs ola bilərəm, amma, həqiqətən mən kiminsə şəxsən uğurlu karyera qura biləcəyinə də inanıram. Mənim mühasib olmaq arzum yoxdur. Mən yad ölkələrdə çox işləmişəm, özü də təhsilimi baş vurmaq üçün lazım olan vəsaitləri ödəməkdən ötrü bir neçə işlərdə çalışmışam. Öz dərəcəmi başa çatdırmaq və yüksək GP-nı qoruyub saxlamaq, elə də asan məsələ deyildi. Lakin, məni həmişə öyrətmişdilər ki, əgər kimsə öyrənməyə vaxtını və səylərini əsirgəmirsə, onun uğura çatması üçün qarşısında hər hansı bir maneə qalmır. Mən öz arzularımı həyata keçirmək üçün bütün imkanlarımdan istifadə etməyi qarşıma bir məqsəd olaraq qoymuşam. İnanıram ki, bu məqsədimə çatmaqda mənə kömək edənlər də tapılacaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibat uçotu

Əcnəbilərin müvəqqəti yaşaması üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

idxal gömrük rüsumu, Dövlət büdcəsi,Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” 2014-cü il 7 fevral tarixli 40 nömrəli və “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə  

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1623-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 793 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edildi

posted in: Xəbər | 0

İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə aparılan struktur islahatlarının nəticəsində yaradılan yeni təşkilatların və xidmətlərin fəaliyyətə başlaması, bəzilərinin ləğv edilməsi və ya birləşdirilməsi ilə bağlı onların maliyyə təminatının həyata keçirilməsi, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 458 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1.1. “1.2.9. “Digər beynəlxalq fəaliyyət” paraqrafında “1.2.1- 1.2.4-cü paraqraflara aid edilməyən və mahiyyət etibarilə beynəlxalq əməkdaşlıq hesab edilən digər beynəlxalq fəaliyyətlə bağlı” sözləri “1.2.1-1.2.4-cü paraqraflarına aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər” sözləri ilə əvəz edilsin;

1.2. “4.2.4. “İnternat və xüsusi məktəblər” paraqrafından “ailə tipli kiçik qrup evlərinin,” sözləri çıxarılsın; 1.3. “6.2.3. “Uşaq evləri” paraqrafına “saxlanılması” sözündən əvvəl “, ailə tipli kiçik qrup evlərinin” sözləri əlavə edilsin.

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə: 2.1. 211200-cü paraqrafda “Ştatdankənar işçilərin əməkhaqqı” sözləri “Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” sözləri ilə əvəz edilsin;

2.2. 222340-cı maddədə “Proqram təminatlarına xidmət haqlarının ödənilməsi” sözləri “Proqram təminatlarına və məlumat bazalarına xidmət haqlarının ödənilməsi” sözləri ilə əvəz edilsin;

2.3. “222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsindən sonra “222970. “Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi” maddəsi, “222971. “Hüquqi yardım”, “222972. “Məhkəmə prosesi ilə bağlı digər xidmətlər”, “222973. “Mediasiya xərclərinin ödənilməsi” yarımmaddələri, “222980. “Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” maddəsi, “224220. “Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının təşviqat fəaliyyəti üzrə xərclər” maddəsindən sonra “224300. “Digər beynəlxalq fəaliyyət” paraqrafı və “253200. “Qeyri-dövlət müəssisələrinə subsidiyalar” paraqrafından sonra “253300. “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafı əlavə edilsin.

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

3.1. “211000. “Əməkhaqqı” köməkçi bölməsində “211200. Ştatdankənar işçilərin əməkhaqqı” sözləri “211200. Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” sözləri ilə əvəz edilsin;

3.2. 211200-cü paraqraf aşağıdakı redaksiyada verilsin:

“211200. “Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” paraqrafına təşkilatların daimi ştatında

olmayan, cari fəaliyyətlə bağlı müddətli əmək müqaviləsi əsasında işləyən işçilərə hesablanmış əməkhaqqının və mülki-hüquqi müqavilə əsasında cari fəaliyyətlə bağlı olmayan, müddəti bəlli olan konkret işlərin (layihələrin, proqramların) yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə ödənilən haqla bağlı xərclər daxildir.”;

3.3. “211900 “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” paraqrafında “, hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vergilərdən azad olunan aylıq pul təminatı” sözləri “səlahiyyətlərin icrası ilə bağlı aylıq əlavə pul təminatı” sözləri ilə və “279100-cü” sözləri “279000-cı” sözləri ilə əvəz edilsin;

3.4. “222130. “Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri” maddəsinə “üzrə görülən” sözlərindən sonra “bütün cari təmir işləri, o cümlədən nəqliyyat vasitələri,” sözləri əlavə edilsin;

3.5. “222340. “Proqram təminatlarına xidmət haqlarının ödənilməsi” maddəsi aşağıdakı redaksiyada verilsin: “222340. “Proqram təminatlarına və məlumat bazalarına xidmət haqlarının ödənilməsi” maddəsinə proqram təminatlarına, məlumat bazalarına xidmətlə bağlı xərclər, informasiya təhlükəsizliyinin təmin edilməsi xərcləri və bu qəbildən olan digər xərclər daxildir.”;

3.6. “222900. “Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafına “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözlərindən sonra “, “222970. Məhkəmə prosesi ilə bağlı xidmətlərin ödənilməsi”, “222980. Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” sözləri əlavə edilsin;

3.7. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə “saatlarının ödənilməsi,” sözlərindən sonra “məktəbəqədər təhsil müəssisələrinin hazır yemək təminatının ödənilməsi,” sözləri əlavə edilsin və həmin maddədən “dövlət hesabına hüquqi yardımın ödənilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi,” sözləri çıxarılsın;

3.8. aşağıdakı məzmunda yeni maddə və yarımmaddələr əlavə edilsin:

“222970. “Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi” maddəsinə aztəminatlı şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, ölmüş, zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət hesabına həyata keçirilən digər hüquqi yardımın ödənilməsi, həmçinin məhkəmə prosesində vəkilin iştirakı məcburi olan hallarda dövlət orqanları üzrə vəkil xidmətinin, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin və bununla bağlı digər xidmətlərin, o cümlədən kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi xərcləri daxildir. Bu maddə “222971. Hüquqi yardım”, “222972. Məhkəmə prosesi ilə bağlı digər xidmətlərin ödənilməsi” və “222973. Mediasiya xərclərinin ödənilməsi” yarımmaddələrindən ibarətdir.

  1. “Hüquqi yardım” yarımmadəsinə aztəminatlı şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, ölmüş, zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət hesabına həyata keçirilən digər hüquqi yardımın, həmçinin məhkəmə prosesində vəkilin iştirakı məcburi olan hallarda dövlət orqanları üzrə vəkil xidmətinin ödənilməsi ilə bağlı xərclər daxildir.”;
  2. “Məhkəmə prosesi ilə bağlı digər xidmətlər” yarımmaddəsinə məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin və bununla bağlı digər xidmətlərin ödənilməsi xərcləri daxildir.
  3. “Mediasiya xərclərinin ödənilməsi” yarımmaddəsinə kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

“222980. “Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” maddəsinə məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərclər daxildir.”;

3.9. “222990. “Sair xərclər” maddəsindən “məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi ilə bağlı xərclər, habelə maddi imkanı olmayan vətəndaşlara dövlət tərəfindən göstərilən hüquqi yardımla bağlı xərclər,” və “tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi,” sözləri çıxarılsın;

3.10. “224000. “Təmsilçilik və təşviqat xərcləri” köməkçi bölməsi aşağıdakı redaksiyada verilsin: “224000.“Təmsilçilik və təşviqat xərcləri” köməkçi bölməsinə ölkə daxilində və xaricdə beynəlxalq səviyyəli tədbirlərin (forum, konfrans, seminar, simpozium, sərgi, yarmarka və s.) təşkili, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi və təsnifatın 223000-cı və 262000-cı köməkçi bölmələrinə aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər xərclər daxildir. Bu köməkçi bölmə “224100. Təmsilçilik xərcləri”, “224200. Təşviqat xərcləri” və “224300. Digər beynəlxalq fəaliyyət” paraqraflarından ibarətdir.”;

3.11. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin:

“224300. “Digər beynəlxalq fəaliyyət” paraqrafına təsnifatın 223000-cı, 262000-cı köməkçi bölmələrinə, 224100-cü və 224200-cü paraqraflarına aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər xərclər daxildir.”; 3.12. “253000. “Hüquqi şəxslərə subsidiyalar” köməkçi bölməsində “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin bölməyə “paraqraflarından” sözündən əvvəl “və “253300. Hüquqi şəxslərə digər subsidiyalar” sözləri əlavə edilsin;

3.13. aşağıdakı məzmunda 253300-cü paraqraf əlavə edilsin: “253300. “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafına kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əvəzsiz verilən maliyyə vəsaiti, həmçinin lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikası, suvarma sistemləri, damazlıq heyvanlara görə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər, aqrar sahədə tətbiq edilən dövlət dəstəyi ilə bağlı xərclər daxildir.”;

3.14. “312130. “Qurğuların (tikintilərin) əsaslı təmiri” maddəsinə “hazırlanması” sözündən sonra “, habelə meliorasiya və su təsərrüfatı sahəsi üzrə bütün əsaslı təmir işləri və bu işlərin görülməsi üçün mal-materialların alınması” sözləri əlavə edilsin;

3.15. “314000. “Qeyri-maddi aktivlər” köməkçi bölməsinə “kompüter proqramlarının,” sözlərindən sonra “məlumat bazalarının,” sözləri və “sazlanması,” sözündən sonra “inkişaf etdirilməsi, genişləndirilməsi,” sözləri əlavə edilsin;

3.16. “322400. “Səhm və digər kapital” paraqrafında “daxilində” sözü “xaricində” sözü ilə əvəz edilsin.

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

Azərbaycan Respublikasının

Baş Naziri                           Əli Əsədov

Tam mətnə nəzər yetirmək üçün keçidə daxil olun: Vahid Büdcə Təsnifatı


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradılır

posted in: Xəbər | 0

e-təyinat, sosial təminat növü, İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqSosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (publik hüquqi şəxslər)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:

1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi;

1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu;

1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi;

1.4. Sosial Xidmətlər Agentliyi.

2. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.1.2. idarəetmə orqanlarının yaradılması;

2.1.3. yenidən təşkili və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) həlli.

3. Müəyyən edilsin ki:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti yaradılır;

3.2. İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir;

3.3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini, o cümlədən nizamnamə fondlarının miqdarı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

5.1. tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzləri açıldıqca bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin yerli qurumlarının fəaliyyətinin, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı qorunmaqla, regional əsaslarla qurulmasını təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində bu Fərmanın 1.2-ci bəndinə əsasən yenidən təşkil edilmiş Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilsin.

7. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
publik hüquqi şəxslər
error: Content is protected !!