Read More9
Read More9

Vergi ödəyiciləri hansı xüsusiyyətlərinə görə fərqləndiriləcək?

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyiciləri hansı xüsusiyyətlərinə görə fərqləndiriləcək?

ƏDVRiskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi, habelə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kompleks tədbirlərin görülməsi məqsədilə Vergi Məcəlləsinə müəyyən dəyişikliklər edilib. Dəyişikliklər əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin benefisiar (faydalanan) şəxsin üzərinə qoyulması, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunan sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməməsi, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsini, eləcə də riskli vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi ilə bağlı hüquqi bazanın yaradılmasını nəzərdə tutur.

İqtisadçı ekspert Ruslan Atakişiyev xatırladıb ki, Vergi Məcəlləsinə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyət dairəsi bir qədər daraldılmışdı: “Hüquqi şəxslərə və digər şəxslərə xidmət göstərən sadələşdirilmiş vergi ödəyicisi avtomatik olaraq gəlir vergisi ödəyicisinə çevrilmişdi. Əvvəllər sadələşdirilmiş vergi ödəyiciləri olan fiziki şəxslər, şirkətlər ƏDV-yə cəlb edilməmək üçün çoxlu sayda sadələşdirilmiş vergi ödəyicisi ola biləcək şirkətlər yaradırdılar. Son dəyişikliklərin məqsədindən biri də belə halların qarşısını almaqdır”.

Qanunvericiliyə yeni dəyişikliklərə əsasən, hər hansı şirkət, sadələşdirilmiş vergi ödəyicisi işin, xidmətin, əmtəənin olmasını göstərməli olacaq: “Bir sıra hallarda, məsələn, tikinti sektorunda çalışan şirkətlərdə mal-materiallar başqa yerdən alındığı halda digər şirkətin adına rəsmiləşdirilirdi. İndi baxılacaq ki, həmin şirkət bu malları mədaxil edib, yoxsa anbarından götürüb? Bu kimi məsələlər yoxlanılacaq”.

Xatırladaq ki, Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva mediaya açıqlamsında riskli vergi ödəyicilərinə münasibətdə bir sıra kompleks məhdudlaşdırmaların tətbiq ediləcəyini bildirib. Onun sözlərinə görə, riskli vergi ödəyiciləri barədə məlumatlar kommersiya və vergi sirri olmayan məlumat hesab ediləcək. Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu, növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas kimi müəyyən ediləcək. Bununla yanaşı, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq. Belə ödəyicilərə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq, həmin ödəyicilərin artıq ödənilmiş vəsaiti vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq. Riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirilməyə əsas verən sənəd hesab edilməyəcək.

Mənbə: vergiler.az



Rusiyada kiçik biznes üçün vergi bəyannaməsi ləğv edilir

posted in: Xəbər | 0

Rusiyada kiçik biznes üçün vergi bəyannaməsi ləğv edilir

rusiyada maaş,mühasiblər,Rusiya Federasiyasının hökuməti sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlar üçün vergi bəyannaməsinin ləğv edilməsi ilə bağlı qanun layihəsinə baxır. Baş nazir Dmitri Medvedyev hökumətin iclasında Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verib. “Sadələşdirilmiş vergi sistemi ilə çalışan və vergini gəlir obyektindən ödəyən sahibkarların vergi bəyannaməsi təqdim etməsi ləğv olunur”, – D.Medvedyev bildirib.

Hökumət başçısının sözlərinə görə, “vergi əməkdaşlarının xüsusi kassalarda qeydə alınmış məlumatlar əsasında ödənilməsini lazım bildrikləri məbləği göstərdikləri halda, vergi ödəyicisinin öz şəxsi kabinetindən elektron formada məlumat verməsi kifayət edəcək”.

Qeyd edilib ki, bu qərar milli layihələr çərçivəsində hazırlanıb və kiçik biznesə yardım məqsədi daşıyır.

Mənbə: vergiler.az



Bu il əmək müqavilələrinin sayı 161 min artıb

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqaviləsi, xitam2019-cu ildə həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıb. Onların böyük hissəsi – 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. (əmək müqaviləsi)

Nazirin sözlərinə görə, bu il ölkədə əmək haqqı fondunun 43 faiz, median əmək haqqının 52 faiz artması çox böyük göstəricidir. Median əmək haqqının 52 faiz artması 800 min insanın əmək haqlarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir, yəni kölgə iqtisadiyyatının daralmasının göstəricisidir.

S.Babayev qeyd edib ki, bu il qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük dəstəyi var, 161 min əmək müqaviləsi artımı ilə həmçinin büdcəyə gələn vəsait artır, bununla da nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitlər gəlir və nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artır.

Həssas kateqoriyadan olan insanların məşğulluğu üçün də mütəmadi olaraq işlər aparıldığını deyən nazir məşğulluğu təmin edilə bilməyənlər sosial təminat mexanizmləri ilə əhatə olunur.

S.Babayev onu da xatırladıb ki, bu il ölkədə minimum əmək haqları 93 faiz artırılıb. Müxtəlif kateqoriyadan olan şəxslərin də əmək haqları 50 faizdən 100 faizədək artırıldı: “Azərbaycan əmək bazarında çox ciddi bir dinamizm əmələ gəldi. Sırf bu sahəyə yönəldilən dövlət vəsaitinin məbləği milyardlarla ölçülür. Azərbaycanın dövlət büdcəsinin təqribən 40 faizi sosial yönümlü xərclər üçün yönəldilib, bu, artan dinamizin göstəricisidir. Qeyd edilən bu sosial islahatların davamı gələn il də gözlənilir”.

Mənbə: vergiler.az



Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (3-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

                       Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (3-cü hissə) mühasibatlıq

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Mühasibat uçotuMühasibat uçotu – bu biznesin vicdanıdır.

Mizes.L. fon

Əgər kredit ticarətin ruhudursa, hesabdarlıq onun ürəyidir.

M.N. Ştrik

İnsanın həyatı üçün işıq və hava nə qədər zəruridirsə, mühasibatlıq da müəssisənin iqtisadi həyatından ötrü bir o qədər önəm daşıyır.

M.E. Xaritonenko

Düzgün hesabdarlığın movcudsuzluğu bütün işləri iflic edə bilər.

M.Q. Leonid

Uçot – bu bütün biznesin fəlsəfəsidir, onun dilidir.

R.A. Faulki

Kommersiya hesabdarlığı bütün dünyanı ağuşuna almalıdır.

P.J. Prudon

Mühasibat mühümdür və gündəlik həyatda kommersiya cəhətdən zəruridir; o, ticarətin ayrılmaz bir yoldaşıdır, hər bir tacirin doğru bələdçisidir: ticarət yaşayır və fəaliyyət göstərir, mühasibat uçotu ona necə yaşamaq və hərəkət etməyi göstərir.

V. Snopov

Düzgün mühasibatlığın əsaslı biliyi sövdələşmələri bağlamaq, ticarət etmək və mənfəət əldə etməyi öyrədir.

V. Kotrulyi

Mühasibat işi bu və ya digər sırf praktiki məqsədlər üçün hesabdarlığın nəticəsindən istifadə edən şəxslərdə düşüncələr yaradır. Hesablama işi bu cür insanları bu və ya digər bir sıra fikirlərə yönəldir. O, sahibkarı düşüncə və hesablama dairəsinə daxil edir və onu hərəkətlər, onların nəticələri arasında və ya ümumiyyətlə, səbəblər və nəticələr arasında sıx və qaçılmaz əlaqələrin iqtisadi həyatında mövcudluğu barədə düşünməyə məruz qoyur.

A.Z. Popov

Yalnız hesabdarlıq kapital və əmək arasında,bu iki amilin ahəndarlığı nəticəsində yaranan artımın bölgü üsulunu dəqiq və ədalətli şəkildə müəyyən edə bilər.

Lami

İqtisadi təkər yalnız əmək və kapitalın vasitəsilə deyil, həm də “hesab qaydalarının” köməyi ilə hərəkət edir ki, bunlarsız yaxşı gələcəyə aparan təkaml mümkün deyil.

E. Leote

4-cü hissəni oxumaq üçün keçidə daxil olun.


error: Content is protected !!