Read More9
Read More9

“Differensial Əlavə Dəyər Vergisinin tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır”

posted in: Vergi, Xəbər | 0

Dövlət qurumları, Vergilər Nazirliyi DGK hesabatlılıq“Differensial Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır”. (Differensial Əlavə Dəyər Vergisi)

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“Biz differensial ƏDV-nin tətbiqinin əleyhinə deyilik. Sadəcə, tətbiq edə bilmirik, çünki uçot düzgün deyil. Birinci növbədə uçot məsələsi həll olunmalıdır. Daha sonra isə bu istiqamətdə addım atılmalıdır. Uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq”, – o qeyd edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Differensial Əlavə Dəyər Vergisi, 

Bu il qeydiyyata alınan vergi ödəyicilərinin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0

mühasibBu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 milyon manat artıq vəsait daxil edilib. (vergi ödəyicilərinin sayı, vergi ödəyiciləri)

Bu barədə nazir müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, 11 ay ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 518 milyon manat çox olub.

“2019-cu ildə 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 milyon nəfər təşkil edib”, – nazir müavini qeyd edib.

S.Ələkbərov onu da bildirib ki, son 4 ayda kənd təsərrüfatı sahəsində uçotaalınma ilə bağlı da xeyli irəliləyiş olub: “Bu müddətdə 75 minə yaxın vergi ödəyicisi uçota alınıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına təsir göstərəcək”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyicilərinin sayı, vergi ödəyiciləri

2019-cu ilin 11 ayı üzrə keçirilmiş vergi yoxlamalarının sayı məlum olub

posted in: Vergi, Xəbər | 0

“Azərbaycanda səyyar vergi yoxlamalarının sayı kəskin azalıb”. (vergi yoxlamaları)

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“2018-ci ildə 1 532 səyyar vergi yoxlaması aparılmışdı. Əvvəlki illərdə isə bu rəqəm minlərlə olub. Bu ilin 11 ayında isə cəmi 776 səyyar vergi yoxlaması aparılıb”, – o qeyd edib.

“Biz vergi yığımından vergi ödənilməsinə keçmişik. Bu ildən tətbiq olunan yeni vergi siyasətini uğurlu hesab etmək olar. Əlverişli rəqabət mühitinin yaradılması, “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi, uçotun dürüstləşdirilməsi əsas çağırışlarımız olub. Bu sahələrdə ciddi nailiyyətlər əldə edilib. Əvvəllər nəzarət tədbirləri vergi inzibatçılığında mühüm yer tuturdu. Artıq burada azalma var və bunu rəqəmlər də göstərir”, – S.Ələkbərov əlavə edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi yoxlamalarının sayı, ,vergi yoxlamaları

ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıGələn ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılacaq.  (EDV)

Bu barədə Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru Ülvi Mansurov məlumat verib.

Bununla belə, onun sözlərinə görə, hələ ki, əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib: “İlk öncə qaydalar təsdiq edilməlidir”.

Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır: “Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV, EDV
error: Content is protected !!