Read More9
Read More9

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradılır

posted in: Xəbər | 0

e-təyinat, sosial təminat növü, İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqSosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (publik hüquqi şəxslər)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:

1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi;

1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu;

1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi;

1.4. Sosial Xidmətlər Agentliyi.

2. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.1.2. idarəetmə orqanlarının yaradılması;

2.1.3. yenidən təşkili və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) həlli.

3. Müəyyən edilsin ki:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti yaradılır;

3.2. İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir;

3.3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini, o cümlədən nizamnamə fondlarının miqdarı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

5.1. tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzləri açıldıqca bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin yerli qurumlarının fəaliyyətinin, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı qorunmaqla, regional əsaslarla qurulmasını təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində bu Fərmanın 1.2-ci bəndinə əsasən yenidən təşkil edilmiş Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilsin.

7. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
publik hüquqi şəxslər

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (4-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

                            Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (4-cü hissə) mühasibatlıq

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

İkili hesabdarlıq tacirə hansı xeyri verir! Bu insan ağlının ən gözəl icadlarından biridir: hər bir sahibkar öz təsərrüfatı üçün ondan istifadə etməlidir.

Höte

Hesabdarlq elə bir obyektdir ki, təşəkkülündən başlamış, öz fəaliyyətini bitirənə kimi heç bir müasir idarə və ya müəssisə fəaliyyət göstərə bilməz.

V. Nikolskiy

Ticarət mühasibatı müəssisənin rəhbərlərinə müəssisənin daxilində baş verən təsərrüfat proseslərini hərtərəfli izləməyə imkan verir.

R. Fişer

Hər bir xalqın milli xarakter xüsusiyyətlərindən və tarixən yaranmış şəraitdən asılı olaraq mühasibat uçotu, onun məqsəd və vəzifələri haqqında öz təsəvvürləri vardır.

Y.V. Sokolov

Mühasibat uçotu dəqiq elm deyil. Bu, daha çox sosial elmdir – onun kökü cəmiyyətin fəaliyyət göstərdiyi dəyərlər sistemində, cəmiyyətin sosial strukturu tərəfindən müəyyən edilmiş və onun vasitəsilə ifadə edilmiş anlayışdır. Beləliklə, mühasibat əsas məqsədləri ilə bağlı ümumi razılığı keçmişdə olduğu kimi gələcəkdə də əldə etmək çətindir.

L.A. Bernstayn

Mühasibat uçotunun vəzifələri tamamilə iqtisadi fəaliyyətin və hüquqi normaların inkişaf dərəcəsindən asılıdır.

A.Malev

Hesabdarlıq müəssisələrin təsərrüfat göndərişlərinə sərəncam vermək və ya özünü zənginləşdirmək məqsədi ilə öyrənmir.

A.Z. Popov

Mühasibat uçotunun məqsədi zaman üzərində qələbədir. O, bizi keçmişə qaytararaq, gələcəyə baxmağa imkan verir.

Q.Emerson

Mühasibatın məqsədi yalnız təsərrüfat həyatının faktlarının hərəkətini qeydə almaqdan, müəyyən edilmiş normalardan qüsurları və sapmaları göstərməkdən ibarət deyil, həm də iqtisadi prosesin gələcək inkişafını və mümkün nəticələri proqnozlaşdırmaqdan ibarətdir.

B.A. Borian

Maliyyə idarəetməsində maliyyə qərarlarının yaxın və uzaq nəticələrinin proqnozlaşdırılması məsələsi və arzu olunan gələcəyə aparan həllərin özlərinin müəyyən edilməsi məsələsi aktualdır.

V.V. İqnatoçkin

İdarəetmənin xarakterik xüsusiyyəti – fəaliyyət göstərməkdir, hesabdarlığın xarakterik xüsusiyyəti isə  – ən düzgün və səmərəli şəkildə fəaliyyət üçün aydınlaşdırmaq və istiqamətləndirməkdir.

K. Bellini

5-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Auditorlar Palatası “Kölgə iqtisadiyyatı”na qarşı tədbirlər görəcək

posted in: iqtisadiyyat, Xəbər | 0

Auditorlar Palatası “Kölgə iqtisadiyyatı”na qarşı tədbirlər görəcək

seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAuditorlar Palatası Şurasının növbəti iclası keçirilib.

İclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.

İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:

– “Kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində kompleks tədbirlər sisteminin “Strateji Yol Xəritəsi” çərçivəsində işlənib hazırlanması;

– Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi;

– “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2020-ci il üçün Plan-qrafik”in təsdiq edilməsi;

– “Audit komitələri haqqında” Əsasnamənin yenidən işlənməsi;

– Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi;

– Ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinə yenidən baxılması;

– “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması Qaydası”na riayət edilməsi.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar Palatası, Kölgə iqtisadiyyatı

Vergilərin hesablanmasında e-qaimənin müddəti əsas götürüləcək

posted in: Vergi, Xəbər | 0

əsas vəsait, amortizasiya, Maliyyə mütəxəssisi, vakansiya,Vergi Məcəlləsinə son dəyişikliklər mütəxəssislərin diqqət mərkəzindədir. Xüsusilə hesabatların sayının azaldılmasının bu sahədə vergi ödəyicilərinin işinin yüngülləşməsinə gətirib çıxaracağı vurğulanır. Maliyyə eksperti Vüqar Mirheydərov gələn ildən vergi hesab-fakturalarının ləğv edilərək elektron qaimə-fakturalarla (EQV) əvəzlənməsinin tənzimlənmə mexanizmini izah edib: “Yeni ildən vergi hesab-fakturaları ləğv ediləcək. Bu məqamda bir sual yaranır: EQV-nin verilmə müddəti nə zaman nəzərə alınacaq? Məsələ ondadır ki, Vergi Məcəlləsində vergi hesab-fakturasından fərqli olaraq EQV-nin təqdim olunma müddətləri barədə heç bir məlumat yox idi. Buna görə də Vergi Məcəlləsinin 71-1-ci maddəsinə müəyyən düzəlişlərin edilməsinə ehtiyac yaranmışdı. Qanunvericiliyə son dəyişikliklərdə bunlar nəzərə alınıb. (e-qaimənin müddəti)

2020-ci ilin yanvarın 1-dən EQF-nin təqdim edilmə vaxtları aşağıdakı kimi müəyyən edilib:

  • malların təqdim edilməsinə görə EQF-nin təqdim edilməsi – malların göndərildiyi tarix;
  • əvvəlcədən sifariş edilməmiş malların təqdim edilməsinə görə EQF-nin təqdim edilməsi – malların verilməsini təsdiq edən sənəddə göstərildiyi tarixdən 5 (beş) gün ərzində;
  • xidmətlərin göstərilməsi və ya işlərin yerinə yetirilməsinə görə EQF-nin təqdim edilməsi – xidmətlərin göstərildiyi və ya işlərin yerinə yetirildiyi tarixdən 5 gün ərzində.

Bəs EQF təqdim edilmədikdə və ya 71-1 maddəsində göstərilən müddətlərdə verilmədikdə nə baş verə bilər?

EQV təqdim edilmədikdə vergi ödəyicisi Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, ciddi sanksiyalarla üzləşə bilər. Həmin müddəaya görə, belə hallar ilk dəfə baş verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verildikdə 20 faizi, üçüncü və daha çox dəfə yol verildikdə isə 40 faizi miqdarında cərimə edilir. Maraqlısı odur ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən oxşar maliyyə sanksiyası malların alışını təsdiq edən sənədlər olmadığı halda malları alan tərəfə də tədbiq edilir.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bunu nəzərə alaraq, həm malları, xidmətləri və ya işləri alan, həm də satan tərəfin elektron qaimə-faktura verilməsində maraqlı olduğuna görə iddia etmək olar ki, elektron qaimə-fakturaların ümumiyyətlə təqdim edilməməsi hallarına 2020-ci ildə çox nadir hallarda rast gələcəyik.

EQV-nin Məcəllədə göstərilən müddətlərdən gec təqdim edilməsi hallarında vergi ödəyicisinin keçən ay üzrə vergi öhdəlikləri yenidən hesablana bilər. Əgər həmin məbləğ tam və vaxtında ödənilməyibsə, Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən hər ötmüş gün üçün 0,1 faiz məbləğində faiz tutulur.

Hər bir halda elektron qaimə-fakturaları Vergi Məcəlləsinin 71-1 maddəsində göstərilən müddətlərdə təqdim etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, EQV-ni təqdim etmək Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsiənə əsasən vergi ödəyicilərin vəzifələrinə daxildir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-qaimənin müddəti, e-qaimənin müddəti
error: Content is protected !!