Hüquqi şəxs VÖEN-i olan fiziki şəxsdən mal alarkən malların dəyərini nağd qaydada təqdim edə bilərmi?

posted in: Xəbər | 0

ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergilər Nazirliyinin şərhində göstərilir ki, Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. (mal,nağd)

Vergi Məcəlləsinin 16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmalıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mal, nağd

Vakansiya: Mühasib Təcrübəçi – Kamilov və Partnyorları MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib Təcrübəçi tələb olunur.

İşəgötürən: Kamilov və Partnyorları MMC.

İş barədə məlumat

Kamilov və Partnyorları Şirkəti 2012-ci ildən kiçik və orta biznes sahiblərinə mühasib xidmətləri göstərməkdədir. Sahibkarlara və yeni biznes qurmaq istəyənlərə Mühasibat , Vergi , Hüquq və İnsan Resurslari üzrə dəqiq və davamlı xidmətlər təklif edir, dəstək modulunda konsultasiyalar həyata keçiririk.

Məqsədimiz Kiçik və orta Sahibkarlara mühasibatlıq sahəsində yüksək keyfiyyətli xidmət göstərməkdir. Peşəkar heyətimiz müştərilərimizin etimadını dəyərləndirməklə məmnunluq hissinin yüksəldilməsi üçün daim çalışır.

Ünvan : Cəfər Cabbarlı 44, Caspian Plaza 2-ci korpus, mərtəbə 3

– İş Günləri : 5 günlük

– İş Qrafiki : 09:00-dan 18:00-dək

Namizədə tələblər

– İqtisadiyyat üzrə Ali Təshil

– Hərbi Xidmətdə olmuş (oğlanlar üçün )

– Office proqramlarında işləmək bacarığı

– Yüksək Riyazi Biliklər

– Analitik Təhlil bacarığı

– Rus dili biliyi (üstünlükdür)

– Yaş həddi 22-26

Özünü peşəkar mühasib görmək istəyən gənclər 1-3 ay müddətində ödənişsiz təcrübə proqramına müraciət edə bilərlər. Seçilmiş namizədlər arasından müsahibədən uğurla keçmiş 2 nəfər gənc mühasib təcrübəsi qazanmaqla yanaşı, işin keyfiyyətlə həyata keçirilməsi yollarını öyrənmək imkanı əldə edəcək.

Göstərilən tələblərə cavab verən şəxslər mövzu yerində Təcrübəçi Mühasib yazmaqla CV-lərini / ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib Təcrübəçi, vakansiya

Auditorlar Palatası imtahan keçirəcək

posted in: Audit, Xəbər | 0

Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditor11 dekabr tarixində Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. (imtahan)

İclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.

İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:

– Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin 2019-cu ilin 9 ayı üzrə fəaliyyətinin yekununa dair hesabat;

– Auditorlar Palatasının 2019-cu il üzrə iş planında dəyişiklik edilməsi;

– Auditorlar Palatasının “Fəxri üzv” statusu verməsi;

– Ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar imtahan keçirilməsi.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar Palatası, imtahan

“Azərbaycan Dəmir Yolları” QSC İnsan resursları idarəsində Təcrübə Proqramı elan edir

“Azərbaycan Dəmir Yolları” QSC İnsan resursları idarəsində Təcrübə Proqramı elan edir.

Vakansiya kodu: V191209-1

Kateqoriya: Təcrübəçi

Elan tarixi: 09/12/2019

Son müraciət tarixi: 23/12/2019

Əmək şəraiti: Ofisxarici

İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi.

Ödəniş növü: İşəmuzd

Digər təminatlar: İşlərin keyfiyyətlə icra edilməsi müqabilində 300 AZN xidmət haqqı nəzərdə tutulur.

Təhsil istiqaməti/ixtisası: İstənilən

Minimum təhsil dərəcəsi: Bakalavriat.

Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük

Məlumat əldə etmə: Kommunikabellilik

Digər tələb və üstünlük göstəriciləri: Xidmət göstərəcəyi struktur qurumun iş vaxtına uyğun olaraq 5 günlük iş həftəsi, ofisdaxili və ofisxarici iş rejimi.

Komputer bilikləri: MS Word-yaxşı / MS Excel-yaxşı

Tələb olunan vəsiqə və ya sertifikat – Tələb edilmir.

Vəzifə öhdəlikləri: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində mövcud olan vəzifələr (peşələr) üzrə işçilərin iş analizi müsahibəsinin keçirilməsi və nəticəsinin müvafiq bazada qeyd olunması; Kvalifikasiya və kompetensiya modelinin hazırlanmasında iştirak; Əməyin ödənilməsi dərəcəsinin hazırlanması layihəsində iştirak.

Ünvan: Bakı şəhəri, Dilarə Əliyeva 230.

Müraciət etmək üçün keçidə daxil olun.

Mənbə: career.ady.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnsan resursları, Təcrübə Proqramı