ƏDV qeydiyyatına alınan tarixdən əvvəlki mal qalığı təqdim edilərkən, həmin mala ƏDV tətbiq edilməlidirmi?

posted in: Vergi, Xəbər | 0

EDV ƏDV Müavinət məbləği Əsas məbləğSual: Vergi ödəyicisi çınqıl qum istehsalı ilə məşğul olur. Vergi ödəyicisinin əlavə dəyər vergisi qeydiyyatına alınan tarixdən qabaq olan mal qalığı təqdim edilərkən, həmin mala əlavə dəyər vergisi tətbiq edilməlidirmi? Nəzərinizə çatdırıram ki, həmin mal istehsal edilən vaxt vergi ödəyicisi əlavə dəyər vergisi qeydiyyatında olmayıb və alınmış mal və xidmətlərin ƏDV-sinin əvəzləşdirilməsi hüququ olmayıb.

Cavab: Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi əlavə dəyər vergisi qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin əlavə dəyər vergisi ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin əlavə dəyər vergisi ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi əlavə dəyər vergisi tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 175-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV, 

ƏDV ödəyicilərinin sayı 22,5 % artıb

posted in: Vergi, Xəbər | 0

vergi öhdəliyi, ƏDV-nin əvəzləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsində yeniliklər,ƏDV EDV Mənfəət vergisi2019-cu il 1 dekabr tarixinə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 55 min 463 olub. Onların 139 min 666-sı və ya 13,2 faizi hüquqi şəxs və digər qurumlardır. Vergilər Nazirliyinin məlumatına görə, hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artıb. Artımın 98,6 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib. (ƏDV ödəyicilərinin sayı, ƏDV ödəyiciləri)

Hesabat dövründə kommersiya qurumlarının sayı 124 min 260 vahid təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu say 15 min 236 vahid və ya 14 faiz artıb. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 406 vahid olub. Onların sayında isə ötən illə müqayisədə 212 vahid və ya 1,4 faiz artım müşahidə edilib.

2019-cu ilin noyabr ayında 1.312 kommersiya qurumu qeydiyyata alınıb. Bu da ötən ilin noyabrında qeydiyyata alınan kommersiya qurumlarının sayından 24,6 faiz çoxdur. Qeyd edək ki, həmin vaxt 1.053 kommersiya qurumu qeydə alınıb.

İlin əvvəlindən kommersiya qurumlarının 71,4 faizi (10.474) elektron qaydada qeydiyyata alınıb.

Qeydiyyatda olan kommersiya qurumlarının 39 min 917-si xidmət, 34 min 243-ü ticarət, 13 min 437 tikinti, 9 min 57-si sənaye, 8 min 78-i kənd təsərrüfatı, 3 min 871-i rabitə, 2 min 667-si nəqliyyat, 1.149-u isə maliyyə sektorunda fəaliyyət göstərirlər.

2019-cu ilin noyabr ayında qeydiyyata alınan kommersiya qurumlarının 41,4 faizi xidmət, 32,8 faizi ticarət, 4,4 faizi tikinti, 3,8 faizi sənaye, 3,8 faizi rabitə və 3,8 faizi kənd təsərrüfatı, 2 faizi nəqliyyat, 1,1 faizi maliyyə, 6,8 faizi isə digər sektorlarda fəaliyyət göstərəcəklər.

2019-cu ilin 11 ayı ərzində respublika üzrə kommersiya hüquqi şəxslərin sayının artması, əsasən məhdud məsuliyyətli cəmiyyətlərin hesabına mümkün olub. İlin əvvəlindən onların sayı 11 min 871-ə çatıb. Hazırda qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 86,9 faizi məhdud məsuliyyətli cəmiyyət formasında təşkil olunub. Səhmdar cəmiyyətlərin xüsusi çəkisi isə 1,6 faizdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il dekabrın 1-dək kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22,5 faiz artaraq 33 min 280-ə çatıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV ödəyicilərinin sayı, ƏDV ödəyiciləri

Mühasibat uçotu: təşəkkül və inkişafı (9-cu hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu: təşəkkülü, inkişafı və təşkilatların idarə olunmasında onun müasir rolu (9-cu hissə)

8-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Mühasibat uçotunun əsas məqsədi qəbul edilən idarəetmə qərarlarının əsaslandırılması üçün təşkilatın təsərrüfat fəaliyyəti haqqında keyfiyyətli (münasib, etibarlı, müqayisə edilə bilən və vaxtında) informasiyanın formalaşdırılmasından ibarət olduğundan, qeyd olunan informasiyanı yalnız vaxtında toplamaq deyil, həm də düzgün nəzərə almaq, sistemləşdirmək və emal etmək vacibdir. Bütövlükdə uçot funksiyasının və xüsusilə mühasibat uçotunun aktuallığı da məhz, bundan ibarətdir.

Uçot təşkilatın səmərəli idarə olunması üçün bir vasitədir, çünki onun fəaliyyətinin istehsal, iqtisadi və maliyyə göstəriciləri barədə məlumatlar məhz uçotda formalaşır. Bu məlumat emal və təhlildən sonra idarəetmə sahəsində effektiv qərarlar qəbul etməyə və təşkilatın maliyyə tarazlığını saxlamağa imkan verir.

Beləliklə, mühasibat uçotu və xüsusilə mühasibat uçotu planlaşdırma, tənzimləmə, təşkilatçılıq və stimullaşdırma ilə yanaşı, idarəetmənin əsas funksiyalarından biridir. Bu, idarəetmə sistemində mühasibat uçotunun yerini müəyyənləşdirir.

İdarəetmə sistemində mühasibat uçotu öz növbəsində aşağıda göstərilən bir sıra funksiyaları yerinə yetirir.

İnformasiya funksiyası. Mühasibat uçotu faktiki informasiya tədarükçüsünün mənbəyidir. Çünki iqtisadi informasiyanın ümumi həcminin 70% – dən çoxu mühasibat uçotunun payına düşür. Sistemli Mühasibat uçotu əmlakın və onun təhsil mənbələrinin vəziyyəti və hərəkəti, təsərrüfat prosesləri, təsərrüfat fəaliyyətinin son nəticələri barədə hərtərəfli sintetik (ümumiləşdirici) və analitik (ətraflı) informasiyanı qeydə alır və toplayır. Təcrübədə bu və ya digər məlumatı əldə etmək məqsədi ilə təşkilatın müxtəlif bölmələrinin işçilərindən növbələr yaranır. Əslində, təşkilatda daha çox faktiki informasiya mənbəyi yoxdur.

Nəzarət funksiyası. Bu kontekstdə təşkilatın qarşıya qoyduğu məqsədlərə çatmasını müəyyən etməyə imkan verən proses nəzarət altında başa düşülür. Nəzarət prosesi standartların işlənib hazırlanmasını, faktiki əldə olunmuş nəticələrin ölçülməsini və zəruri hallarda düzəlişlər aparılmasını nəzərdə tutur.

Üç nəzarət növü vardır: ilkin (təsərrüfat əməliyyatı yerinə yetirilənədək), cari (təsərrüfat əməliyyatının həyata keçirilməsi zamanı) və sonrakı (əməliyyat yerinə yetirildikdən sonra).

Nəzarətin həyata keçirilməsi vasitəsi müəyyən qaydaların, prosedurların, daxili standartların, uçot siyasətinin, plan və proqramların, normativlərin, davranış xətlərinin və digər reqlamentlərin yerinə yetirilməsidir.

Əmlakın mühafizəsinin təmin edilməsi. Bu funksiyanın həyata keçirilməsi üçün müvafiq ilkin şərtlər tələb olunur: təchiz olunmuş anbar sahələrinin, kassanın, nəzarət və ölçü cihazlarının, ölçü tara, xərcölçənlərin və s. olması bu funksiyanı həyata keçirmək üçün təşkilatın əmlakının inventarlaşdırılmasıdır.

Əks əlaqə funksiyası. Bu, faktiki və büdcə (planlı) məlumatlar arasındakı əlaqəni nəzərdə tutur. Məhz sistemli mühasibat uçotu idarəetmə işçilərini təşkilatın fəaliyyəti, əmlak və öhdəliklərin vəziyyəti, maliyyə nəticələrinin formalaşması, mənfəət və Aİ-nin istifadəsi və s. haqqında faktiki məlumatlarla təmin edir.

Analitik funksiya. Mühasibat uçotunun spesifik üsulları, metodları və formaları, kompüter texnikası vasitələrindən istifadə zamanı təhlil olunan göstəricini ilkin sənədlərə qədər detallaşdırmağa, faktiki məlumatları kompüter yaddaşında olan büdcə (plan) və eyni göstəricilər üzrə normativ məlumatlarla müqayisə etməyə imkan verir. Mühasibat uçotu məlumatları təşkilatın fəaliyyətinin iqtisadi təhlili üçün əsasdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
“Mühasibat, Audit və Kadr Xidmətləri“ üçün linkə daxil olun.
Mühasibat uçotu

Daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər cərimələnəcəklər

posted in: Xəbər | 0

Daşınmaz əmlakın icbari sığortasının ödənişləri barədə məlumat verən sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib ki, 25 min manatlıq təzminat üçün təyin olunan illik ödəniş hamı üçün əlçatandır: “Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilib. Regionlara görə sığorta haqqı müxtəlifdir. Sosial dövlət prizması ilə əlaqədar sığortanın bu növü də icbariləşdirilib. Yanğın və digər təbii fəlakətlər zamanı dövlət büdcəsinin üzərinə qəfil böyük risklər düşür. (Daşınmaz əmlak)

Əhaliyə dəyən ziyanı qismən də olsa qarşılamaq üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Dövlət də həm yeni iş yerləri yaradılması baxımdan, həm də dünya təcrübəsində sığortanın icbariliyi prinsipini daşınmaz əmlaka tətbiq etdi. Vətəndaşların hər biri sığortalanacaq. Sığorta haqları da böyük məbləğ deyil. Bakıda aylıq 4 manatdan bir qədər çox, bölgələrdə isə 2 manatdan bir qədər çox olan simvolik məbləğlər təşkil edir. Bu məbləğlər 15 min manatdan, 25 min manata qədər sığorta kompensasiyasının qarşılığında alınır. Ona görə də hesab edirəm ki, bu məsələ çox normal qəbul olunmalıdır və dövlət üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirir”. 

İcbari sığortalar haqqında qanundan söz açan İlkin İbrahimov, aztəminatlı ailələrin daşınmaz əmlak üzrə sığorta haqlarının dövlət tərəfindən ödəniləcəyini qeyd edib: “Eyni zamanda aztəminatlı ailələr, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarla bağlı qanunda açıq-aydın nüanslar var. Məsələn, dövlət ünvanlı sosial yardım alan aztəminatlı ailələrin sığorta haqqını öz üzərinə götürüb.

Bununla bağlı İcbari sığortalar haqqında qanunun 40.3-cü maddəsində qeyd olunur ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Burada icra hakimiyyəti orqanları dedikdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin filial və ya şöbələri nəzərdə tutulur. Həmin vətəndaşlar ƏƏSMN-nin yerlərdəki filial və ya şöbələrinə müraciət edib qeydiyyata düşməlidirlər. Həmçinin dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların da inzibati binalarının daşınmaz əmlak üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödənilir. Bununla bağlı isə ilin əvvəlindən aidiyyatı orqanlara məlumat verilir”.

Qeyd edək ki, yanvardan etibarən daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslərin də cərimələnəcəyi gözlənilir. Cərimənin miqdarı isə 30 manat təşkil edəcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Daşınmaz əmlak,