Yerli MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 91,5 faizə çatıb

posted in: Xəbər | 0

şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) qeydiyyatının böyük əksəriyyəti elektron qaydada aparılır. 2018-ci ilin sonlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər də ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib. (Yerli MMC)

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatının yüksək sürətlə artım dinamikasına nail olunub. Həmin dövrdə qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,7 faizdən 89,2 faizədək yüksəlib. Bu ilin son altı ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub, noyabr ayında isə 91,5 faiz təşkil edib.

Bu ilin əvvəlindən ən yeni qeydiyyat üsulu – fin kod+mobil nömrə ilə 868 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində biznesə başlama üzrə aparılmış islahatlarla bağlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi İcra və Kommunikasiya planlarında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Vergilər Nazirliyində müvafiq koordinasiya işləri yerinə yetirilib.

2019-cu il noyabrın 1-dək 13 min 536 xarici investisiyalı kommersiya qurumu qeydiyyata alınıb. Onlardan 5,7 faizi ləğv edilib. Hazırda qeydiyyatda olan 12 min 762 xarici investisiyalı kommersiya qurumundan 2.708-i müştərək (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birlikdə təsis edilmiş) hüquqi şəxslər, 2.686-sı xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılmış filial və ya nümayəndəliyidir.

Bu ilin 10 ayındə 2.349 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bu, 2018-ci ildə dövlət qeydiyyatına alınan kommersiya qurumlarının sayından 69,1 faiz çoxdur. Onların 40,8 faizi xidmət, 24,5 faizi ticarət, 11,2 faizi isə tikinti sektorunda fəaliyyət göstərir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Yerli MMC,

ƏDV tutulan əməliyyatın vaxtının hesablanması

posted in: Vergi, Xəbər | 0

            ƏDV tutulan əməliyyatın vaxtının hesablanması (EDV)

Xərclər üzrə mühasib, vakansiya,əmlak, Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerVergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı kassa metoduna keçirilir. 1 yanvar 2020-ci il tətbiq olunacaq yeni metoda əsasən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. İqtisadçı ekspert Anar Bayramov dəyişikliyin misallarla şərhini davam etdirir.(EDV)

Misal 1. Əlavə Dəyər Vergisi ödəyicisi olan “A” MMC 15 yanvar 2020-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların 540 manatlıq ƏDV dəyəri 30 yanvar 2020-ci il tarixdə, 3.000 mantlıq tam məbləğ isə 6 fevral 2019-cu il tarixdə daxil olub. Bu zaman vergi ödəyicisi yanvar yox, ödənişin daxil olduğu fevral ayının bəyannaməsində 540 manatlıq ƏDV-ni bəyan edəcək.

Misal 2. Əlavə Dəyər Vergisi ödəyicisi olan “A” MMC 17 yanvar 2020-ci il tarixdə 2.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların tam dəyərini 30 yanvar 2020-ci il tarixdə, Əlavə Dəyər Vergisiməbləğini isə 3 fevral 2020-ci il tarixə ödəyib. Malların ƏDV-siz dəyəri yanvar ayında daxil olduğu üçün vergi ödəyicisi həmin ayın bəyannaməsində 360 (2000×18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 3. Vergi ödəyicisi 4.000 manatlıq mallları 3 fevral 2020-ci ildə təqdim etsə də, malların dəyəri 24 yanvar 2020-ci il tarixdə avans olaraq ödənilib. Bu zaman, malların fevral ayında təqdim olunmasa baxmayaraq, mallar dəyəri yanvar ayında ödənildiyi üçün, vergi ödəyici həmin ayın bəyannaməsində 720 (4000×18%) manatlıq Əlavə Dəyər Vergisi məbləğini bəyan edəcək.

Misal 4. Vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulan mallar üzrə avans məbləği olaraq 22 yanvar 2020-ci ildə 5.000 manat ödənilib. Amma mart ayında vergi ödəyicisi qarşı tərəfə malları təqdim edə bilmədiyi üçün ödənilən avans məbləğini geri ödəməli olub. Bu zaman vergi ödəyicisi yanvar ayının bəyannaməsində 900 (5000×18%) manatlıq ƏDV-ni bəyan etdiyi üçün, mart ayının ƏDV bəyannaməsində dəqiqləşdirmə aparmaqla həmin dövriyyəni azaltmalıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV tutulan əməliyyatın vaxtının hesablanması,  EDV

Vakansiya: Baş Mühasib – AGA Group of Companies

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

təcrübə proqramı, maliyyəçi, vakansiya,baş mühasib, vakansiya maliyyəçi Mühasib-xəzinədar vakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: AGA Group of Companies.

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Maliyyə-nəzarət palatasına hesabatın verilməsi
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
– İş qrafiki: 10:00-dan 19:00-dək
– İş yeri: Demirchi Tower

Namizədə tələblər

– Bank və ya BOKT sahəsində 5 ildən artıq iş təcrübəsi
– Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür
– Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment və ya mühasibatlıq ixtisası üzrə)
– 1C (8.3) proqramında işləmək bacarığı
– Komandada işləmək bacarığı

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, baş mühasib

2020-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

posted in: Excel, Xəbər | 3

2020-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

təmir xərcləri, gəlir vergisi, Baş Mühasib VakansiyaBildiyimiz kimi, 2020-ci il  1 yanvar tarixindən Əmək haqqı tutulmalarında olacaq dəyişikliklər  İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. Belə ki, artıq 2-ci oxunuşdan keçmiş “Tibbi Sığorta Haqqında” qanun qüvvəyə minərsə, İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:

  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin  2019 və 2020-ci il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2019 2020
Əmək Haqqı Məbləği 500 500
Gəlir vergisi (işçi tərəfindən) 0 0
Pensiya Fondu (işçi tərəfindən) 36 36
Pensiya Fondu (işəgötürən tərəfindən) 89 89
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) 2,5 2,5
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) 2,5 2,5
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) 0 5
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) 0 5
İşçinin aldığı net əmək haqqı 461,5 456,5

2020-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz. Amma nəzərə alın ki, bu hesablama cədvəli “tibbi sığorta haqqında” qanun qüvvəyə mindikdən sonra istifadə edilə bilər.

Qeyd: Sonradan edilmiş dəyişikliklərə əsasən, icbari tibbi sığorta tutulmaları 01.04.2020-ci il tarixindən etibarən həyata keçiriləcəkdir.
2020-ci il üçün Əmək Haqqı Cədvəlini keçidə daxil olmaqla yükləyə bilərsiniz: 2020-ci il üçün Əmək Haqqı Cədvəli
Müəllif: Ramin Ramazanov / Muhasibat.Az MMC-nin Direktoru