Mallar anbara Gömrük yoxsa İnvoys dəyəri ilə mədaxil edilməlidir?
Sual: Müəssisəmiz ƏDV ödəyicisidir və xarici ölkələrdən mallar idxal edir. İdxal zamanı bəzi mallar gömrük orqanı tərəfindən gömrük dəyəri artırılır. Misal üçün İnvoys dəyəri 10000 AZN + nəqliyyat xərci 2000 + gömrük xərcləri 500 = malların dəyəri 12500 AZN. Gömrük orqanı tərəfindən qiymət artırılarsa 10000 AZN + nəqliyyat xərci 2000 + gömrük xərcləri 500 + qiymət artımı 5000 = malların dəyəri 17500 AZN. Sualım bundan ibarətdir ki , malları anbara mədaxil etdiyimiz vaxt gömrük dəyəri ilə yoxsa invoys dəyəri ilə mədaxil edilməlidir?
Cavab: Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.
Bax:
Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.
Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.
Mənbə: taxes.gov.az
Bax:
-
Zəmanət tutulmaları zamanı ƏDV necə nəzərə alınmalıdır?
-
Yenidənqiymətləndirmə zamanı yaranan fərq əmlak vergisi bəyannaməsində necə əks etdirilməlidir?
gömrük, invoys, mədaxil
Vergitutma məqsədləri üçün xərcin aid olduğu dövrün müəyyən edilməsi
Daimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır? Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidməthaqqı xərcini dekabr 2019-cu ilə, yoxsa EQF-nin təqdim edildiyi yanvar 2020-ci ilə aid etməlidir? (Xərc)
Vergilər Nazirliyinin açıqlamasına əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Müvafiq olaraq, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq xərcini müvafiq surətdə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.
Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.
Elektron qaimə-faktura malların (iş və ya xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.
Mənbə: vergiler.az
Vergi hesab-fakturası ilə bağlı dəyişiklik ediləcək
Vergi hesab-fakturası ilə bağlı dəyişiklik ediləcək
Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş 2020-ci il büdcəsi layihəsi paketinə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də daxil edilib. Dəyişikliklərdən biri də əlavə dəyər vergisi (ƏDV) ilə bağlı əməliyyatların vaxtının dəqiqləşməsini nəzərdə tutur. Maliyyə mütəxəssisisi, ekspert Vüqar Mirheydərov Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyası ilə bağlı bildirib ki, hazırda qüvvədə olan redaksiyada ƏDV tutulan əməliyyatın vaxtı bu tarixlərdən biri kimi müəyyənləşdirilir: ödəmə tarixi, elektron hesab-fakturanın verilmə tarixi, malların təhvil verilmə tarixi, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi, malların göndərilməsinin başlama tarixi:
“Bu tarixlərdən məhz hansının seçilməsi ödəmənin nə vaxt aparıldığı, malların nə vaxt təhvil verildiyi, nə vaxt elektron vergi hesab-fakturası təqdim edilməsindən asılıdır. Sözsüz ki, bu üsul çoxsaylı narazılıqlara səbəb olurdu. 2012-ci ildən bəri bu maddəyə hər hansı bir dəyişiklik qəbul edilməməsi isə belə bir təsəvvür yaradırdı ki, bu maddənin əsas məqsədi vergi ödəyicisini çaşdırmaq və ƏDV bəyannaməsinə qarşı mənfi rəy yaratmaqdır. Yeni dəyişikliklər bu fikirləri kökündən dəyişəcək”.
Məcəlləyə dəyişikliklərlə bağlı irəli sürülən təkliflər qəbul edilərsə, 2020-ci ildən etibarən ƏDV-nin başqa bir atributu olan vergi hesab-fakturası da ləğv ediləcək. Bunun gözlənilən olduğunu vurğulayan V.Mirheydərov elektron qaimə-fakturaların dövriyyəsinin artması şəraitində, əlavə olaraq eyni məlumatları daxil edilən ikinci sənədin göndərilməsinə heç bir ehtiyac qalmadığını deyib: “2020-ci ildə malların alınmasını, xidmətlərin göstərilməsini və işlərin görülməsini təsdiq etmək üçün elektron qaimə-faktura göndərmək kifayət edəcək və onlayn kargüzarlığın iki müxtəlif bölməsi arasında qalıb vergi hesab-fakturasını göndərmək lazım olmayacaq”.
Ekspert Vergi Məcəlləsinə əlavə olunan 71-2 maddəsini də təqdirəlayiq addım kimi dəyərləndirib. Həmin maddə malların alış-aktının (MAA-1 forması) elektron formasının istifadəyə verilməsini tənzimləyəcək. Elektron formanın çap edilib vergi orqanında uçotda olmayan şəxs tərəfindən imzalandığı halda kağız daşıyıcıda alış aktı tərtib edilməyəcək. Bu da vergi ödəyicilərinin işlərinin yüngülləşməsinə, vaxt itkisinin qarşısının alınmasına kömək edəcək.
Mənbə: vergiler.az
Vakansiya: Baş Mühasib tələb olunur.