Vergi Məcəlləsində ev satışı zamanı vətəndaşların vergi ödənişi olduğu bildirilir. Lakin ev satışı həyata keçirilmir və sadəcə yaşayış yerləri dəyişdirilirsə, bu zaman vergi öhdəliyi necə olacaq? (Əmlakın dəyişdirilməsi)
Vergilər Nazirliyinin açıqlamasına əsasən, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.
Əmlakın digər əmlakla dəyişdirilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır.
Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün Vergilər Nazirliyinin rəsmi saytında “Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması” kalkulyatoru yerləşdirilmişdir.
Sərnişin daşıyan qeyri-rezidentlərin vergi öhdəlikləri (qeyri-rezident)
Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər yol vergisinin ödəyiciləridir. Yük daşınması ilə məşğul olan xarici vətəndaşların vergi yükü barədə ötən yazıda bəhs etmişdik. Bu dəfə sərnişin daşınması ilə üçün istifadə edilən avtonəqliyyat vasitələrinin sahibləri üçün verginin necə hesablandığını araşdırdıq.
Məsələyə aydınlıq gətirən mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov bildirib ki, sərnişin daşınması ilə məşğul olan qeyri-rezidentlər üçün yol vergisinin məbləği avtobusdakı oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasında qaldığı müddətdən asılı olaraq dəyişir. Bu məqamlar Vergi Məcəlləsinin 211.1.1.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, ölkəyə gələn avtobuslar üçün yol vergisinin məbləği belə hesablanır:
Ölkə ərazisində qaldığı müddət
Oturacaq yerlərinin sayı 12-dək olanda
Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda
Oturacaq yerlərinin sayı 31 və çox olanda
1 gün üçün
15 dollar
20 dollar
25 dollar
1 həftəyədək
30 dollar
40 dollar
50 dollar
1 aya qədər
100 dollar
140 dollar
175 dollar
3 aya qədər
300 dollar
400 dollar
500 dollar
1 ilə qədər
1.050 dollar
1.400 dollar
1.750 dollar
1 ildən yuxarı
1.050 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 12 dollar
1.400 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 15 dollar
1.750 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 20 dollar
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği yuxarıda qeyd edilənlərə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanacaq.
Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq yol vergisinə cəlb edilirlər.
Vergi Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə köçürürlər.
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Əməliyyatları 1C proqramında aparmaq
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
– Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
– Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki : 1-5 ci gün / 09:00-dan 18:00-dək
Namizədə tələblər
– Ali təhsil (maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması vacibdir)
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
– ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
– Xarici dil bilikləri Rus və İngilis dili bilmesi vacibdir.
– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əməliyyatları 1C proqramında aparmaq
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
Sual: Vergi ödəyicisi (ƏDV ödəyicisi olan) ilə işin, xidmətin alıcısı (ƏDV ödəyicisi olan) arasında Görüləcək iş və xidmətlərə görə müqavilə şərtlərinə əsasən ödəniş üzrə 5% zəmanət tutulma razılaşdırılmışdır. Buna əsasən Vergi ödəyicisi tərəfindən Görülmüş iş və xidmətlər alıcısına faktiki görülmüş işin, xidmət yerinə yetirildikdən sonra 100% dəyəri Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən elektron qaimə-faktura və 176.3-cü maddəyə əsasən 5 gün ərzində elektron vergi hesab-fakturasını təqdim edir. Lakin müqavilə üzrə razılaşmaya əsasən qəbul olunan Ödəniş 5% tutulma nəzərdə tutulduğundan 95% üzrə ödəniş nağdsız qaydada bank və ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilir. EDV
Yuxarıda qeyd edilənlərə əsasən Əgər elektron qaimə-faktura təqdim edilib və 5 gün ərzində Elektron Vergi Hesab Fakturası göndərilibsə ödəmə 30 gün ərzində həyata keçərsə yəni 95% -lik ödəniş ödəmə 95% olsa da razılaşmaya əsasən tam ödənilmişdir və 5% lik hissə sonda ödəniləcəkdir.
Buna əsasən Vergi Məcəlləsinin 166.1-ci maddəsi üzrə Ödəmə tarixini əsas götürərək ödəmənin həyata keçirildiyi vaxtda 100%-ni bəyan edilməlidirmi? Yoxsa ödəmə tam ödənilmədiyi üçün (əslində müqavilə şərtinə əsasən tam ödənilmişdir) ödəmə 30 gündən sonra həyata keçirildiyini əsas götürüb ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt bəyan edilməlidirmi? Yoxsa ödəmənin 95% hissəsinin ödəmənin həyata keçirildiyi vaxtda 5% lik hissəsinin isə ödəmə 30 gündən sonra həyata keçirildiyi üçün əsas götürüb ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt bəyan edilməlidirmi? Xahiş edirəm izahlı şəkildə şərh edəsiniz.
Cavab: Bildiririk ki, mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra 5 gündən gec olmayaraq malları (işləri, xidmətləri) alan şəxsə tərəflər arasında bağlanılmış müqaviləyə görə müəyyən olunan məbləğə uyğun elektron vergi hesab-fakturası təqdim edilməlidir. Təqdim ediləcək malların (işlərin, xidmətlərin) dəyəri avans olaraq alındıqdan sonrakı 5 gün ərzində elektron vergi hesab-faktura təqdim edilmədikdə Əlavə Dəyər Vergisi məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) üçün ödəmənin həyata keçirildiyi vaxt sayılır. Bu zaman malların (işlərin, xidmətlərin) dəyəri üçün avans olaraq alınmış məbləğ ödənişin həyata keçirildiyi hesabat dövrünün bəyannaməsində əks etdirilməklə hesablanmış ƏDV məbləği dövlət büdcəsinə ödənilir. Xidmətlər tam yerinə yetirildiyi halda alınmış avans məbləği çıxılmaqla qalan məbləğ ƏDV-yə cəlb edilən əməliyyatın dəyəri kimi vergi bəyannaməsində əks olunur.