Read More9
Read More9

Vakansiya: Mühasib – Aktif Elektrik

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib təcrübəçi,Vakansiya: Mühasib.

İşəgötürən: Aktif Elektrik.

İş barədə məlumat

– Vergi hesabatlarının (o cümlədən mənfəət və ƏDV hesabatının) hazırlanması və təqdim edilməsi

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

– Bəyannamələrin tərtib və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– İşçilərlə hesablaşmaların təmin edilməsi

– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması

– İş vaxtı: 09:00-dan 18:00-dək (Bazar ertəsi – Şənbə)

– Maaş: 800 – 1000 AZN

Namizədə tələblər

– Ali təhsil

– İş təcrübəsi: min. 3 il

– Yaş aralığı: 25-50 yaş

– Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək

– Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.

– 1C mühasibatlıq proqramında işləmək bacarığı.

– Analitik təhlil bacarığı

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Maraqlanan şəxslər cv-lərini mühasib başlığı altında / elektron ünvanına göndərə bilər.

Mənbə: finstaff.az


Mallar maya dəyərindən aşağı qiymətə satılarkən, ƏDV öhdəlikləri necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

ƏDV əməliyyatları, ƏDV ödəyicisi,, Əlavə dəyər vergisi, kənd təsərrüfatı, ƏDV-dən azad,Sual: Müəssisə ƏDV ödəyicisidir. İdxal etdiyi mallara görə gömrükdə ödənilən ƏDV büdcədən əvəzləşdirilir. Gələcəkdə satışla əlaqədar olaraq, bəzi modellərin qiymətinin ucuzlaşdırılması hallarına rast gəlinir və belə olan halda bəzi maya dəyərindən aşağı qiymətə satılır. Mallar maya dəyərindən aşağı qiymətə satılarkən, yaranacaq ƏDV öhdəlikləri ilə əlaqədar məlumat verməyinizi xahiş edirəm. (maya dəyəri)

Cavab: Əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın Əlavə dəyər vergisi nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış Əlavə dəyər vergisi idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.

Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda Əlavə dəyər vergisi hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu, 163-cü maddələri.

Mənbə: taxes.gov.az



Kənd təsərrüfatı məhsullarının istehsalının vergiyə cəlb edilməsi və vergidən azad olunması

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərdən müvafiq olaraq fiziki şəxslər gəlir vergisini, hüquqi şəxslər mənfəət vergisini ödəməkdən azaddır. Vergi Məcəlləsinin 164.1.18-ci və 219.7-ci maddələrində isə göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrinə görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə müvafiq olaraq əlavə dəyər vergisini (ƏDV) və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.

İqtisadçı ekspert İsmayıl Bağırov mövzunu şərh edərək bildirib ki, bu maddələrin tətbiqinin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərin və satış dövriyyələrinin hansı vergilərdən və hansı müddətdə azad olunduğunu müəyyənləşdirməkdir. Kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə nəyin nəzərdə tutulduğunu müəyyənləşdirmək lazımdır. Çünki vergidən azad edilən yalnız kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan malların təqdim edilməsidir.

Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə (o cümlədən sənaye üsulu ilə) bunlar nəzərdə tutulur:

  • heyvanların və quşların yetişdirilməsi, bəslənməsi;
  • diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi (yəni onlardan ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən məhsulların əldə edilməsi);
  • bitkiçilik məhsullarının becərilməsi (yəni bitkiçilik məhsullarının təbiətdə olduğu ilkin formasını saxlamaqla, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsi).

Misal 1. Gəlir vergisinin ödəyicisi olan fiziki şəxs 2018-ci ildə 50.000 manatlıq kənd təsərrüfatı məhsulu – taxıl istehsal etmişdir. Həmin məhsuldan buğda şəklində təqdim edərək 10.000 manat gəlir, buğdadan istehsal etdiyi unun satışından isə 45.000 manat gəlir əldə etmişdir. Bu halda onun məhsuldan buğda şəklində təqdim edərək əldə etdiyi 10.000 manat məbləğində qazanc gəlir vergisindən azaddır. Un satışından əldə etdiyi 45.000 manat gəlirdən isə 9.000 manat (45.000x 20% = 9000) gəlir vergisi hesablanmalıdır.

Misal 2. ƏDV ödəyicisi olan hüquqi şəxs maldarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ildə o, maldarlıq fəaliyyətindən əldə etdiyi 60.000 manat məbləğində məhsulu təqdim etmişdir. Bu məhsulun istehsalı ilə bağlı 10.000 manat xərci olmuşdur. Təqdim olunan məhsulun 30.000 manatı inək satışından, 20.000 manatı isə inəklərin kəsilərək ət halında satışından (bununla bağlı istehsal xərci 3.000 manat), 5.000 manatı süd satışından, 5.000 manatı isə pendir və qatıq satışından (bununla bağlı istehsal xərci 1.000 manat ) olmuşdur. Bu halda hüquqi şəxsin diri şəkildə inəklərin və onlardan alınan südün satışından əldə etdiyi 35.000 manat məbləği (30.000 + 5.000) həm ƏDV-dən, həm də mənfəət vergisindən azaddır. İnəklərin kəsilərək ət halında və onların südündən hazırlanmış pendir və qatıq satışından əldə olunan 25.000 manat (20.000 + 5000) ümumi dövriyyədən 4.500 manat (25.000 x 18% = 4500) ƏDV, ümumi dövriyyədən istehsal xərci çıxıldıqdan sonra qalan 21.000 manat ((20.000 – 3.000) + (5.000 – 1.000)) mənfəətdən isə 4.200 manat (21.000 x 20%) mənfəət vergisi hesablanmalıdır.

Misal 3. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs quşçuluq məhsullarının istehsalı ilə məşğul olur. 2018-ci ildə o, quşçuluq fəaliyyətindən əldə etdiyi 70.000 manat məbləğində məhsulu təqdim etmişdir. Təqdim olunan məhsulun 40.000 manatı diri şəkildə quş satışından, 30.000 manatı isə kəsilərək konservləşdirilmiş quşların satışından olmuşdur. Bu halda hüquqi şəxsin quşların diri şəkildə satışından əldə etdiyi 40.000 manat vəsait sadələşdirilmiş vergidən azaddır. Quşların kəsilərək konservləşdirilmiş satışından əldə olunan 30.000 manatdan isə 600 manat (30.000 x 2%=600) sadələşdirilmiş vergi hesablanmalıdır.

Mənbə: vergiler.az



Kənd təsərrüfatı

Bank sektorunda daha bir innovativ yenilik

posted in: bank, Xəbər | 0

vergitutma obyekti“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təsdiqlənib. Bu qaydalar bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi, bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi məqsədilə təsdiqlənib. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə edir. Qeyd edək ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir. Yeni qaydalar ona imkan verir ki, qeyri-rezidentlər ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirsinlər.

Bunlarla yanaşı, cari il aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və Azərbaycan Banklar Assosiasiyası arasında KOB-ların inkişafına dəstək vermək məqsədilə niyyət protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində bankların iştirakı ilə strateji plan hazırlanıb. Bu strateji plan əsasında formalaşdırılacaq vəsaitlərin 58 faizi KOB-lara, 23 faizi mikrobiznes subyektlərinə, 19 faizi iri sahibkar subyektlərinə veriləcək.

Təbii ki, bütün bu islahatlar uzun müddətdə KOB-ların maliyyələşməsi prosesinə və ümumi dinamikanın get-gedə artmasına müsbət təsir göstərəcək.

error: Content is protected !!