Read More9
Read More9

Təsisçisi və direktoru eyni şəxs olan və heç bir fəaliyyət göstərməyən MMC-nin başqa şəxsə satılma və ya bağışlanma prosesi

posted in: Xəbər | 0

Təsisçisi və direktoru eyni şəxs olan və heç bir fəaliyyət göstərməyən MMC-nin başqa şəxsə satılma və ya bağışlanma prosesi (MMC-nin satılması)

Əsas vəsaitlərRezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Vergilər Nazirliyinin şərhinə əsasən, qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib – Damla MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Veysəloğlu Aparıcı Mühasib vakansiyaVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Damla MMC.

İş barədə məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı hesablanması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Mal-materialların uçotunun aparılması;
  • İstehsal olunan malların maya dəyərinin hesablanması;
  • Aylıq hesabatlarınin tərtib edilməsi;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • AR əmək məcəlləsinə əsasən işçilərin sənədləşməsinin aparılması;

Namizədə tələblər

  • Ali Təhsilli
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • 1C-in 8.3 rus versiyasında yüksək işləmə bacarığı
  • Sərbəst qərar qəbul etmə və analitik bacarıqlar;
  • Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: 1200-1500AZN
  • Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
  • İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
  • İşçilərin daşınması üçün nəqliyyat xidməti var. (Nəqliyyat xidməti: Sumqayıtdan, Xırdalandan, 20 Yanvar metrosundan)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  / elektron ünvanına mövzu yerinə Mühasib yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: finstaff.az


Vergi təqvimi – 20 noyabr 2019-cu il

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi (Xüsusi notariuslar üzrə) (Vergi təqvimi)

Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə)

İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi

ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər

Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

Mənbə: vergiler.az



Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar təlimlər keçirilir

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarında könüllü fəaliyyət ilə əlaqədar təlimlər keçirilir

Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,18-22 noyabr 2019-cu il tarixlərində ümumilikdə 41 nəfər könüllünün iştirakı ilə Vergilər Nazirliyinin Tədris Mərkəzində təlimlər təşkil olunmuşdur. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:

  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyətinin əsasları (Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə). Dövlət vergi orqanları, onların hüquq və vəzifələri;
  • Dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri. Daxili xidməti intizam və məsuliyyət məsələləri;
  • Vergi orqanlarında məlumat təhlükəsizliyi;
  • Könüllü fəaliyyətin məqsədi və motivasiya.

Təlimlərin son günündə könüllülər üçün imtahanın keçirilməsi nəzərdə tutulmuşdur.

Mənbə: vergiler.az



error: Content is protected !!