Read More9
Read More9

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

posted in: Xəbər | 0

uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. (cinayət işi)

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan  əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və  Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: sosial.gov.az



Azərbaycanda daha bir elektron xidmətlər portalı yaradılacaq

posted in: Xəbər | 0

elektron xidmətGələn il Azərbaycanın bir sıra dövlət qurumlarının xidmətlərini cəmləşdiriləcək yeni “e-KOB” elektron xidmətlər portalı yaradılacaq.

Bunu  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Agentlik tərəfindən ölkədə “elektron hökumət” layihəsi çərçivəsində icra olacaq: “Portal təkcə KOBİA-nı deyil, eləcədə də bir neçə digər dövlət qurumunu “e-KOB” reyestrinə inteqrasiyasını nəzərdə tutur. Portala bir neçə dövlət qurumunu – İqtisadiyyat Nazirliyini, Dövlət Vergi Xidmətini, Qida Təhlükəsizliyi Agentliyini, Kənd Təsərrüfatı Nazirliyini və digərlərini birləşdirəcək. İnanıram ki, bu layihə gələn il ərzində icra olunacaq”.

Mənbə: apa.az



199.3 maddəsi ilə müəyyənləşdirilmiş vergi güzəşti bütün ailə üzvlərinə şamil edilir?

posted in: Vergi, Xəbər | 0

azad ticarətSual: Vergi Məcəlləsinin 199.3-cü maddəsi ilə müəyyən edilmiş vergi güzəşti müddətli hərbi xidmət hərbi qulluqçusunun eyni vaxtda bütün ailə üzvlərinə (maddə 13.2.7) şamil edilir? Yəni, 13.2.7-ci maddədə sadalanan bütün ailə üzvlərinin hər birinə onların mülkiyyətində olan binaya görə əmlak vergisi hesablanarkən həmin ailə üzvlərindən hər biri ayrı-ayrılıqda müddətli hərbi xidmətdə xidmət keçən və ailə üzvü olan hərbi qulluqçuya görə eyni vaxtda bu güzəştdən faydalana bilərlər?

Əgər eyni vaxtda müddətli hərbi xidmətdə xidmət keçən və ailə üzvü olan bir neçə hərbi qulluqçu olarsa, bu zaman da yuxarıda qeyd etdiyim ailə üzvlərinin hər biri hər qulluqçuya görə ayrılıqda vergi güzəştindən yararlana bilər?

Cavab: Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Bu güzəşt müddətli hərbi xidmət hərbi qulluqçularının müddətli hərbi xidmət dövründə bütün ailə üzvlərinin ödəməli olduqları əmlak vergisinə münasibətdə tətbiq olunur. Bu maddə ilə müəyyən olunmuş əmlak vergisi üzrə 30 manat azadolma fiziki şəxsin hərbi xidmət hərbi qulluqçuları olan ailə üzvlərinin sayından asılı olmayaraq bir il ərzində yalnız bir dəfə tətbiq edilir.

Mənbə: taxes.gov.az



Vergi güzəşti

Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Bank sirri, kredit riskləri, Nəzarət Palatası attestasiya“Ümumilikdə 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5 milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür”. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.

Onun sözlərinə görə, istehlak və biznes kreditləri arasındakı fərqli dinamika haqqında obyektiv fikirlər deməliyik: “2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Belə ki, hər ay biznes sektoruna 423 mln manat kredit verilir, 349 mln manat isə istehlak kreditləri təşkil edir”.

İ.Alışov bildirib ki, hazırda 8,5 milyard manat olan biznes kreditlərinin 3,5 milyard manatı kiçik və orta biznes sektoruna verilir. Bu il verilən kreditlərin 61 faizi təqribən 1 mln manatdan yuxarıdır: “Bu isə ona dəlalət edir ki, həmçinin təhlillər göstərir ki, kiçik və orta biznes subyektlərinin şəffaflığında problem var. Sahibkarlardan xahisimiz bundan ibarətdir ki, bizneslərini şəffaflaşdırsınlar”.

Mənbə: report.az



error: Content is protected !!