Read More9
Read More9

Gələn ildən bu şirkətlərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək

posted in: Vergi, Xəbər | 0

müəssisə, sadələşdirilmiş vergi ödəyicisi“Azərbaycanda gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər.

Komitə sədri bildirib ki, həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər: “Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək”.

Mənbə: report.az



Elektron qaydada göndərilən sənədlərə möhür tələb olunmur

posted in: Vergi, Xəbər | 0

vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Vergi orqanı tərəfindən “elektron kabinet”ə vergi borcunun ödənilməsinə dair göndərilən bildiriş möhürlə təsdiq edilmiş formada göndərilirmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, vergi orqanının vergiödəyicisinə göndərdiyi hər hansı sənədlər (qərar, akt, bildiriş, tələbnamə, məktub) yaxud onların surətləri vergi orqanının rəhbəri və ya onun müavini tərəfindən imzalanmalı və təsdiq edilməlidir.

Lakin elektron qaydada göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.

Mənbə: azertag.az



Vakansiya: Mühasibatlıq üzrə Təcrübəçi – Mazarina

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vergi islahatlarıVakansiya: Mühasibatlıq üzrə Təcrübəçi.

İşəgötürən: Mazarina.

İş barədə məlumat

  • Gündəlik qaimə və qəbzlərin işlənməsi
  • Logo proqramına məlumatların daxil edilməsi
  • Mühasibin verdiyi tapşırıqların tam olaraq vaxtında yerinə yetirilməsi
  • Bütün mühasibatlıq əməliyyatlarında iştirak etmək
  • İstirahət günləri: Şənbə və Bazar
  • İş saatları: 09:00-dan 18:00-dək

Namizədə tələblər

  • Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit üstünlük veriləcək)
  • Mühasibat uçotu və audit barəsində güclü nəzəri biliklər
  • MS Office (xüsusən excel) bilikləri
  • Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

Qeyd

  • Təcrübəsiz namizədlərə üstünlük veriləcək.
  • Təcrübə müddəti 3 ay təşkil edir və ödənişlidir
  • Təcrübə müddətini uğurla başa vuran təcrübəçi işlə təmin ediləcək

Email: /

Mənbə: finstaff.az


Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (maliyyə nazirliyi)

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1438; 2017, № 4, maddə 609) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Maliyyə naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət

Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi”.

Mənbə: cabmin.gov.az

Azərbaycan Respublikasının
Baş Naziri                      Əli Əsədov



error: Content is protected !!