Read More9
Read More9

İcbari (Məcburi) Sığorta növləri hansılardır?

posted in: Xəbər | 0

İcbari (Məcburi) Sığorta növləri hansılardır?

Bu yazımızda hal-hazırda Azərbaycan Respublikasında tətbiq edilən və icbari qaydada həyata keçirilən sığorta növləri barədə qısa izah verməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edirik ki, müvafiq sığorta növlərinin edilməsi tələb edilən şəxslərin bu sığorta növünü etməməsi İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə müəyyən edilmiş cərimə ilə nəticələnəcəkdir.

Azərbaycan Respublikası qanunvericiliyinə görə aşağıdakı sığorta növləri icbari qaydada tətbiq olunmalıdır:

– Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası. Bu sığorta növü hər bir avtonəqliyyat vasitəsi sahibi üçün məcburidir. Bu sığorta növü sürücülərin yol-hərəkəti qaydalarını pozması zamanı üçüncü şəxslərin (ailə üzvləri istisna olmaqla) sağlamlığı və əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın icbari sığortası. Bu sığorta növü hər bir daşınmaz əmlak sahibi üçün məcburidir. Qanunla nəzərdə tutulmuş hadisələr nəticəsində əmlak sahibinin yalnız daşınmaz əmlakına (tavan, divar, pəncərə, qapı, döşəmə, elektrik, su, qaz xətlərinə və digər daşınmaz əmlak konstruksiyasına) dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. Fərdi sahibkarlar və ya hüquqi şəxslər üçün məcburidir. Bu sığorta növü həmin şəxslərin istifadəsində olan daşınmaz əmlaklarda baş verəcək müəyyən hadisələr (yanğın, subasma və digər) nəticəsində üçüncü şəxslərin əmlakı və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Sərnişinlərin icbari fərdi qəza sığortası. Bu sığorta növü sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitəsi sahibləri üçün məcburidir. Bu növ sərnişin daşıma zamanı sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

 

– İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta. Bu sığorta növü hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, seçkili orqanlar və əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlər üçün məcburidir. Adından da göründüyü kimi həmin şəxslərdə əmək funksiyalarını həyata keçirənlər, təcrübə keçənlər və təbii fəlakətlərin qarşısının alınmasına cəlb edilənlərin istehsalatda alacağı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sağlamlıqlarına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin xidməti vəzifələrinin icrası zamanı sağlamlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir və həmin şəxslərin çalışdıqları müəssisələr tərəfindən sığortalanması məcburidir.

– Auditorların peşə məsuliyyətinin icbari sığortası. Bu sığorta növünün tətbiqi auditorlar üçün məcburidir. Bu sığorta növü auditorların fəaliyyəti nəticəsində üçüncü şəxslərə dəyəcək zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin fərdi qəza nəticəsində sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– İcbari tibbi sığorta. Bu sığorta növünün tətbiqi əhalinin tibbi sığorta proqramı çərçivəsində mütəmadi olaraq tibbi xidmətlərdən istifadə edərək sağlamlığının qorunması məqsədilə tətbiq edilir. Bu sığorta növünün 2020-ci ildən tətbiqi gözlənilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas



Əmək haqqının hesablanması

posted in: Əməkhaqqı | 0

Əmək haqqının hesablanması

Personalla müntəzəm hesablaşmaların idarə edilməsi istənilən biznesin mühüm tərkib hissəsidir. Axı işin keyfiyyətlə görülməsi üçün əməkdaşları həvəsləndirmək lazımdır, əmək haqqının əldə edilməsi isə ən yaxşı stimuldur. Şirkətimizin əməkdaşları istənilən sayda ştatı olan müəssisələr üçün əmək haqqı fondunun hesablamasını aparacaqlar.

Biz, müəssisənizdə tətbiq edilən istənilən növ əlavələri, tutulmaları, mükafatları operativ, şəffaf və son dərəcə dəqiq şəkildə hesablaya bilərik. Şirkətimizlə sərfəli şərtlərlə əməkdaşlıq sayəsində siz, Əməyin Ödənişi Fondundan (ƏÖF) vergilərin və ödəmələrin düzgün hesablanmaması nəticəsində müvafiq orqanlara təhrif edilmiş hesabatlar təqdim edən müəssisə sahibkarları üçün nəzərdə tutulmuş cərimələrdən və məsuliyyətdən azad olacaqsınız. Bu zaman hesablamaların mürəkkəbliyi şirkətimiz tərəfindən təqdim edilən xidmətlərin dəyərinin artmasına səbəb olmayacaq. Baza paketinə müəssisənizin təsərrüfat fəaiyyətinin effektiv surətdə aparılması üçün zəruri olan bütün xidmətlər daxildir.


Kadrlar uçotunun auditi

posted in: Audit, Kadr | 0

Kadr uçotunun auditi

Kadr uçotunun auditi şirkətin sənədlərinin qanunvericiliyin və digər hüquqi aktların normalarına uyğun olub-olmamasının yoxlanmasından, yol verilmiş yanlışlıqların müəyyən edilərək aradan qaldırılmasından, yanlışlıqların doğura biləcəyi mənfi nəticələrin qarşısının alınmasından ibarətdir.
Kadr auditinə şirkətin normativ aktlarının, kadr uçotu üzrə sənədlərin və kadr əmrlərinin mövcudluğunun və düzgünlüyünün yoxlanması, əməkdaşların şəxsi vərəqələrinin doldurulması, əməkdaşların şəxsi işlərinin doldurulması, şirkətin lokal aktları ilə tanış olması qaydalarının yoxlanması daxildir.

Accounting.Az sərfəli qiymətlə, keyfiyyətli və etibarlı kadr auditinin aparılmasını təklif edir. Təcrübəli mütəxəssislər tərəfindən aparılan xidmətlərin keyfiyyətinə zəmanət verilir.


Gəlir və xərclərin uçotunun düzgün aparılması qaydaları

posted in: Vergi, Xəbər | 0

güzəşt hüququVergi tutulan gəlirin dəqiq hesablanması məqsədilə gəlir və xərclərin uçotunun düzgün aparılması üçün hansı qaydalara əməl olunmalıdır? Mövzunu “BSC konsalting” şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir. (xərc, xərclərin uçotu)

Vergi Məcəlləsinin 131 və 134- cü maddələrinə uyğun olaraq vergi ödəyicisi gəlir və xərclərinin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

Vergi ödəyicisi bir vergi ili ərzində eyni metodu tətbiq etməlidir və tətbiq etdiyi uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməlidir.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalıdır. Gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hər bir vergi ödəyicisi gəlir və xərclərinin uçotunu sənədləşdirilmiş məlumatlar əsasında aparmalıdır.

İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq normativ aktlarla tənzimlənir. Hazırda qüvvədə olan ictimai iaşə və istehsal sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarında vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməsi nəzərdə tutulub.

Bu qaydalara görə maddi dəyərlilərin mədaxili, məxarici, təsərrüfatdaxili yerdəyişməsi, silinməsi müvafiq sənədlərlə, xüsusilə də ciddi hesabat blankları ilə qeydə alınmalıdır.

Mənbə: vergiler.az



error: Content is protected !!