Read More9
Read More9

İpotekada olan əmlaklara görə vergi ödənilirmi?

posted in: Vergi, Xəbər | 0

Son illərdə nağd vəsaitinin həcmi ev almağa imkan verməyən vətəndaşlar ipoteka ilə mənzil və digər əmlaklar almağa üstünlük verirlər.(vergi, əmlak,emlak)

Bu zaman onlar həmin əmlakın dəyərini bir neçə ilə hissə-hissə banka və ya tikinti şirkətlərinə ödəmək imkanı qazanırlar.

Əmlakın dəyəri tam ödənilənədək həmin mənzil və ya digər obyektin yüklülüyü yaranır, onun idarə olunmasında müəyyən məhdudiyyətlər tətbiq edilir.

Bəs bu halda həmin mənzillər və ya digər obyektlər vergiyə cəlb edilməlidirmi? Bu sahədə hansısa güzəştlər varmı? 

Vergilər Nazirliyindən bu suallara aydınlıq gətirilib. Bildirilib ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 269.2-ci maddəsinə uyğun olaraq, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən, əşyanın yüklülüyü – qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması deməkdir. Məcəllənin 269.2-ci maddəsində isə göstərilib ki, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

Göründüyü kimi, əşyanın yüklülüyü, o cümlədən də girov və ipoteka hüququ mülkiyyətçinin əşyaya (əmlaka) olan mülkiyyət hüququna xitam verilməsi deyil. Yalnız girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün həmin hüququn məhdudlaşdırmasıdır.

Məhz bu baxımdan, girov qoyulan əmlaka görə onun mülkiyyətçisi əmlak vergisini ödəməlidir. Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyekti sayılır.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsininin tələbinə görə, fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur.

Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə:

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri

(manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

 

Mənbə: vergiler.az



vergi, əmlak,emlak,

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib

posted in: Xəbər | 0

ehtiyac meyarı, yaşayış minimumu,miqrasiya məcəlləsi, miqrasiya mecellesi, İşsizlikdən sığorta, mühasibat uçotu əmək məcəlləsi cərimələr rüsumlar Pos-terminallar İşsizlikdən Sığorta vergi“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

Parlamentin spikeri Oqtay Əsədov bu gün keçirilən parlamentin plenar iclasında bildirib ki, çıxışa yazılmış 46 deputatdan 34-ü çıxış edib.

Onun sözlərinə görə, digər deputatlar isə ikinci oxunuşda çıxış edə bilərlər. O, qeyd edib ki, ikinci oxunuş noyabrın 26-da keçiriləcək.

Səsvermə zamanı 102 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla büdcə zərfi birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur.

İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mld manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 mlrd 875 mln manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 mln manat və ya 7,6% çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 mlrd manat, yəni 2019-cu ilə nisbətən 298 mln manat və ya 8% çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 mlrd 350 mln manat və ya cari illə müqayisədə 14,3 mln manat az transfer nəzərdə tutulur.

2020-ci il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3%-i səviyyəsində və ya 26 mlrd 914 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 mlrd 724 mln manat və ya 6,8% çoxdur.

Mənbə: report.az



Vergilər Nazirliyi “AMV Consulting” şirkətinin müraciətini araşdırıb

posted in: Vergi, Xəbər | 0

Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Bu günlərdə mətbuatda “AMV Consulting” şirkətinin Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən şikayət etməsi ilə bağlı informasiyalar yayılmaqdadır. “AMV Consulting” şirkəti iddia edir ki, xidmət göstərdiyi vergi ödəyicilərinin bank hesabına əsassız olaraq sərəncam qoyulması və hesablardan pul silinməsi barədə Vergilər Nazirliyinə müraciət ünvanlayıb (Vergilər Nazirliyi)

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, qeyd olunanlarla bağlı “AMV Consulting” şirkətinin müraciəti Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən diqqətlə araşdırılıb. Belə ki, “AMV Consulting” şirkətinin nümayəndələri Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinə dəvət olunub və vergi bəyannamələrində aşkarlanmış uyğunsuzluqlar barədə onlara ətraflı izahat verilib. Şirkətin nümayəndələrinə dəqiqləşdirilmiş hesabatın verilməsinin zəruriliyi, həmçinin vergi qanunvericiliyi pozulduğu təqdirdə yaranan məsuliyyət halları barədə xəbərdarlıq edilib. Şirkətin nümayəndələri vergi bəyannamələrində uyğunsuzluqlar olduğunu etiraf ediblər və ən qısa zamanda dəqiqləşdirilmiş hesabatın təqdim ediləcəyini bildiriblər.

Vergilər Nazirliyi bildirir ki, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan aydın və şəffaf münasibətlərin qurulması vergi xidmətinin fəaliyyətində əsas prioritet olaraq müəyyən edilib. Başlıca yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini şəffaf prinsiplər üzərində qurmalıdır. Bu səbəbdən Nazirlik tərfindən vergi ödəyicilərinin hüquq və qanunla müdafiə olunan mənafelərinin qorunmasına, eləcə də onların müraciətlərinə və şikayətlərinə ədalətli baxılmasına diqqətlə yanaşılır. Biz vergi ödəyicilərini dinləməyə, problemlərini həll etməyə, aşkar olunan hər-hansı çatışmazlıqları aradan qaldırmağa hazırıq.

Lakin vergi ödəyiciləri də qanunlar çərçivəsində işləməli olduqlarını bilməlidirlər. Bunun ən doğru yolu vergi orqanı ilə qarşılıqlı inam və etimada əsaslanan şəffaf əməkdaşlıq mühitinin təmin edilməsidir.

Mənbə: report.az



Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamVergilər nazirinin müavini Mətin Eynullayev noyabrın 18-də Ağcabədi şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ü.Hacıbəyli küçəsi) Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 12-14 noyabr 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



error: Content is protected !!