Read More9
Read More9

Nazir: “Minimum pensiyanın artırılmasına dair işlər görüləcək”

posted in: Xəbər | 0

pensiya“Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”. (Minimum pensiyanın artırılması)

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir: “Məsələn, Qarabağ müharibəsi əlili olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir. Təxminən, pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.

Mənbə: report.az


Bax:


Vakansiya: Mühasib köməkçisi – AVAND Firması

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasibat uçotunun optimizasiyası, muhasibat, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib köməkçisi.

İşəgötürən: AVAND Firması.

İş barədə məlumat

-OUTLET geyim mallarının satışı

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-6 günlük iş həftəsi

Namizədə tələblər

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyət

– Fərdi və kollektivdə işləmə qabiliyyəti

– Təhsil: Ali təhsil arzu olunan

– Dil bilikləri: Rus dili və İngilis dili arzuolunan

– Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq mühasib xidmətlərini yüksək peşəkar səviyyəsində və keyfiyyətlə göstərmək.

Mənbə: finstaff.az


Nazir “uşaq pulu” verilməsi ilə bağlı təkliflərə münasibət bildirib

posted in: Xəbər | 0

uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Nazir Milli Məclisin plenar iclasında çıxışı zamanı bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb.

O qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir: “Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ, tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil.

Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, minimum əməkhaqqı 2 dəfə, 600 min insanın müavinət  və təqaüdü isə 2 dəfə artıb. Bu gün yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə, ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.

Mənbə: report.az



Gələn ilin ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib

posted in: Xəbər | 0

Gələn ilin ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib

emek haqqi əmək haqqı əməkhaqqının artımı əmək haqqı emek haqqiMilli Məclisin plenar iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul olunub.

Hər iki məsələ parlamentin bugünkü plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Bundan başqa, “Əmək pensiyaları haqqında” (birinci oxunuş), “Məşğulluq haqqında” (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanun layihələri qəbul edilib.

İclasda həmçinin Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu da təsdiqlənib.

Gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manatdır.

Mənbə: report.az



error: Content is protected !!