Read More9
Read More9

Vergilər Nazirliyi: Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıAzərbaycanın özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqqıları geniş tətbiq olunur. (maaş, özəl tibb müəssisələri

Məlumata görə, bu ilin iyun ayında özəl klinikalarda 1 işçiyə ödənilən orta aylıq əməkhaqqının rəsmi məbləği 349 manat olub. Reallıqda isə tibb işçiləri dəfələrlə yüksək maaş alırlar. Bu məbləğ bir sıra hallarda on minlərlə manatla ölçülür.

“Göründüyü kimi, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əmək haqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir”, – deyə Nazirlik bəyan edib.

Mənbə: vergiler.az



Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (8-ci hissə)

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (8-ci hissə) (əmək müqaviləsi)

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Tərəflərdən asılı olmayan hallarda xitam…

Qanunvericiliyə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıda göstərilən hallarda xitam verilə bilər:

1) işçi hərbi xidmətə çağırıldıqda. Belə ki, işçi əgər hərbi xidmətə çağırılırsa, bu halda onunla bağlanmış müqaviləyə xitam verilə, hərbi xidməti başa vurduqdan sonra isə yenidən öz işinə bərpa edilə bilər.

2) əvvəllər həmin işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduğu halda. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

3) əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə. Əmək qabiliyyətinin tam itirilməsi səlahiyyətli orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, səlahiyyətli orqanının qərarı ilə işçiyə müvafiq dərəcə əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Əsas odur bu müddət 6 aydan çox olsun.

4) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə. Qeyd edək ki, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə halı o demək deyil ki, heç də bütün bu hüququndan məhrum edilmiş işçilər mütləq işdən azad edilməlidir. Bu hal bir qayda olaraq nəqliyyat vasitəsini idarə etmə ilə əlaqədar əmək funksiyasını icra edən işçi barəsində tətbiq edilə bilər.

5) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə. Fəaliyyət qabiliyyətsizliyi əsasən ağıl zəifliyi və ya ruhi xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilməyən və ya hərəkətlərinin mənasını dərk edə bilməyən şəxslər barəsində tətbiq edilir.

6) işçi vəfat etdikdə. Bu halda işçinin vərəsələrinə orta aylıq əmək haqqının 3 misli məbləğində birdəfəlik müavinət ödənilir.

7) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə. Bu halda həmin işçinin yerinə təyin edilmiş işçi ilə bağlanmış müqaviləyə xitam verilməlidir. Qeyd etmək mütləqdir ki, bu halda işçinin yeni işçi ilə bağlanmış müqavilədə bu xüsusatı qeyd etmiş olması mühüm haldır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.



Vakansiya: Mühasib (Təcrübəçi) tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib (Təcrübəçi).

İşəgötürən: Mazarina Trade Company.

İş barədə məlumat

  • Gündəlik qaimə və qəbzlərin işlənməsi
  • Logo proqramına məlumatların daxil edilməsi
  • Mühasibin verdiyi tapşırıqların tam olaraq vaxtında yerinə yetirilməsi
  • Bütün mühasibatlıq əməliyyatlarında iştirak etmək
  • İstirahət günləri: Şənbə və Bazar
  • İş saatları: 09:00-dan 18:00-dək

– Təcrübəsiz namizədlərə üstünlük veriləcək.

– Təcrübə müddəti 3 ay təşkil edir və ödənişlidir

– Təcrübə müddətini uğurla başa vuran təcrübəçi işlə təmin ediləcək

Namizədə tələblər

  • Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit üstünlük veriləcək)
  • Mühasibat uçotu və audit barəsində güclü nəzəri biliklər
  • MS Office (xüsusən excel) bilikləri
  • Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

Müraciət etmək istəyən şəxslər CV-ni mövzu hissəsinə Mühasib təcrübəçi qeyd edərək / mail ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


İcbari sığortanın tətbiq olunmamasına görə cərimələr necə hesablanır?

posted in: Xəbər | 0

İşçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməməsinə görə işəgötürənlər üçün İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Məcəllənin 469.2-ci bəndinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Misal. Tutaq ki, “A” MMC-də keçirilən yoxlamalar zamanı işçilərin icbari sığortasının olmadığı müəyyən edilib. Yoxlamanın nəticəsi olaraq vəzifəli şəxs kimi “A” MMC-nin rəhbəri 1.500 manat məbləğində cərimə edilir.

“A” MMC-nin hüquqi şəxs kimi cərimə olunmasına gəlincə, İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Əgər səlahiyyətli orqanlar, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati xəta üzrə hüquqi şəxsin cərimələnməsinə kifayət qədər əsaslar müəyyən edərsə, bu zaman inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmənin qərarına əsasən, “A” MMC 5.000 manat məbləğində cərimə edilə bilər.

Mənbə: vergiler.az



error: Content is protected !!