Read More9
Read More9

Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

posted in: Vergi, Xəbər | 0

Normadan artıq ezamiyyə xərciNormadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

Sual: Müəssisə işçisini Bakıya ezamiyyəyə göndərir. Əvvəlcədən 100 AZN avans verir işçiyə. (Norma 90 AZN-dır və V.M-nin 109.7-ci maddəsinə əsasən 10 AZN-i 343-cü hesabdan qarşılamağı nəzərə alır). İşçi ezamiyyədən gəldikdən sonra 3 gün ərzində avans hesabatını rəhbərliyə təqdim edir.

1. Mehmanxana xərci üçün 65 AZN-lik xərc sənədi gətirir. Mehmanxana xərcində 8 Aznlik fərq yaranır (90*80%-65). Bu halda müəssisə hansı məbləği ezamiyyə xərci kimi tanıyacaq? Hansı məbləğ işçinin vergi tutulan gəliri kimi tanınacaq?

2. Eyni işçi əgər mehmanxana xərci üçün 80 Aznlik sənəd təqdim edərsə,bu halda da 8 aznlik mehmanxana xərcində fərq yaranır. (80 – 90*80%). Burada hansı məbləğ işçinin vergi tutulan gəliridir? Bu halda müəssisə hansı məbləği ezamiyyə xərci kimi xərcinə silə biləcək?

3. İşçi mehmanxana xərcini təsdiqləyən heç bir sənəd təqdim etmir. Bu halda müəssisə hansı məbləği xərcinə siləcək? Hansı məbləğ işçinin vergi tutulan gəliri kimi tanınacaq?



Cavab: Bildiririk ki, ezamiyyə xərclərinin hesablanması “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına və Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”na əsasən hesablanır.

Ezamiyyə xərclərinin norması və verilməsi qaydalarını tənzimləyən Nazirlər Kabinetinin müvafiq qərarında və Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nda Azərbaycan Respublikasının ərazisində ezamiyyətə göndərilən şəxslər tərəfindən təsdiqedici sənədələrin təqdim olunması göstərilir.

Faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Ezamiyyətə göndərilmiş işçiyə ödənilən faktiki ezamiyyə xərclərinin Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir və həmin məbləğlər müəssisənin sərbəst mənfəəti (gəliri) hesabına maliyyələşdirilir.

İşçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği isə gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Bax: Vergi Məcəlləsinin 98.3-cü102.1.14.2-ci və 109.7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

Mənbə: taxes.gov.az



Vakansiya: Baş Mühasib – Elmanado

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya baş mühasib təcrübə proqramıVakansiya: Baş Mühasib.

İşəgötürən: Elmanado.

İş barədə məlumat

İş saatı:09:00-19:00

Ərazi:Zabrat

İstehsalat bölümüdür.

Namizədə tələblər

Baş mühasib kimi təcrübə vacibdir

1c və Microsoft Office proqramı bilməsi vacibdir

Yaş həddi:23-45

Cinsi: Fərq etməz

CV-lərinizi / ünvanına göndərin.

Mənbə: finstaff.az


Vergilər Nazirliyi planın 77%-ni yerinə yetirib

posted in: Vergi, Xəbər | 0

Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,2019-cu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 608 milyon 702 min manat məbləğində vergi və rüsum köçürülüb. (Vergilər Nazirliyi)

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürülmələrinin həcmi 5 milyard 306 milyonmanat təşkil edib. Beləliklə, hesabat dövründə nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 5,7% artıb.

Vergilər Nazirliyinin 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 milyard 316 milyon manat təşkil edir. Beləliklə, 9 ay ərzində plan 76,66% yerinə yetirilib.

Mənbə: banco.az



“Sahibkarlar turizm layihələrinin həyata keçirilməsi zamanı vergi güzəştləri əldə edə bilər”

posted in: Vergi, Xəbər | 0

KOBİA, sahibkarlıq, seminar,Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub. (vergi güzəştləri)

Bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, tədbir çərçivəsində maraqlı təkliflərin səsləndiriləcəyinə əminliyini bildirib. Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir. KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası təmsil olunur. Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır. KOBİA isə bu prosesə sahibkarları cəlb etməyə hazırdır. Sahibkarlar turizm layihələrin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək vergi güzəştləri əldə edə bilərlər. Bu baxımdan KOB subyektlərini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edirik. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub.

Mənbə: report.az



error: Content is protected !!