Read More9
Read More9

Vakansiya: Baş mühasib – General Supply LLC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

baş mühasib Nikoil Bank vakansiya mühasibVakansiya: Baş mühasib.

İşəgötürən: General Supply LLC.

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət etmək.

– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;

– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;

– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;

– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;

– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;

– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək.

– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;

– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

Əmək haqqı məbləği: 2000 AZN

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)

– 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur;

– 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı

– Stresədavamlı, tələbkar, məsuliyyətli;

– Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazışma bacarığı;

– Vergi qanunvericiliyi bilmək;

– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək.

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq, CV-i / elektron ünvanına göndərin.

Mənbə: finstaff.az


Bu şəxslərin pensiya təyinatı e-qaydada reallaşdırılacaq

posted in: Xəbər | 0

ictimai işlər, vahid reyestr, emek haqqi, əmək haqqı, emek, Dövlət Əmək Müfəttişliyi, Məşğulluq hesabatları, teleiş distant iş uşaq pulu uşaqpulu mezuniyyet məzuniyyət hüquqlarıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktiv yönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu işlər çərçivəsində xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlanılıb.

E-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Mənbə: vergiler.az



Noyabr ayı üçün qeyri-iş günləri açıqlandı

posted in: Xəbər | 0

Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq. (qeyri-iş günləri)

Həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ardıcıl 3 gün – noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.

Mənbə: report.az



Azərbaycanda “ASAN imza” sertifikatları elektron şəkildə veriləcək

posted in: Xəbər | 0

Sertifikat, Asan İmza Simkartı, ASAN İmza Sim Kartı“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90 faizi elektron şəkildə dövlət qeydiyyatına alınıb”. Bu fikirləri Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib. Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93 faiz təşkil edib.

Nazirlik rəsmisi onu da deyib ki, “ASAN imza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır.

Mənbə: vergiler.az



error: Content is protected !!