Read More9
Read More9

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

posted in: Xəbər | 0

Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 250,416 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,7% artaraq 798,521 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 24,6% artaraq 2 217,207 milyon manat, aksizlər üzrə daxilolmalar 52,9% artaraq 201,492 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 21,1% artaraq 33,196 milyon manat olub.

Mənbə: report.az



Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (7-ci hissə)

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (7-ci hissə) (əmək müqaviləsi)

6-cı hissəni oxumaq üçün keçidə daxil olun.

Qarşılıqlı razılıqla nəzərdə tutulan əlavə xitam halları…

Əmək müqaviləsində işçi və işəgötürən qarşılıqlı razılıqla Əmək Məcəlləsində göstərilən müqaviləyə xitam verilməsi ilə bağlı əlavə halları qeyd edə bilər. Bu hallara aşağıdakı hallar aid edilir:

1) tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilməsi

2) işçinin səhhəti ilə əlaqədar müvafiq vəzifədə (peşədə) çalışması onun sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduğu halda

3) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda

4) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdüyü halda

5) qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Onu da qeyd edək ki, bu halda əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, qanunvericilikdə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.

8-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Vergilər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilərVergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu il oktyabrın 15-də Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Füzuli küçəsi, 6) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 8-11 oktyabr 2019-cu il tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də VN “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

əmək haqqı, Özəl sektor qeyri-neft sahəsi ilə məşğul olan fəaliyyət hesab edilir.İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması.

Təcrübədə rast gəlinən məsələlərdən biri də işçinin həm dövlət orqanında, həm də özəl sektorda çalışmasıdır. Özəl sektor qeyri-neft sahəsi ilə məşğul olan fəaliyyət hesab edilir. Bu məsələ ilə bağlı yaranan sullara iqtisadçı ekspert Anar Bayramov münasibət bildirib.

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal 1: Səməd Əliyev əsas iş yeri olan dövlət təşkilatında 400 manat, əsas iş yeri olmayan qeyri-neft özəl sektorunda isə 1.000 manat məbləğində əməkhaqqı alır. Bu halda onun dövlət sektorunda aldığı əməkhaqqından 28 manat ((400-200) x 14 faiz) gəlir vergisi tutulacaq, özəl sektorda isə gəlir vergisinə 8.000 manata qədər güzəşt olduğu üçün hesablama aparılmayacaq.

Misal 2: Səməd Əliyev neft sahəsində fəaliyyəti olmayan iki özəl şirkətdə çalışır. Əsas iş yeri olan özəl şirkətdə 5.000 manat, əlavə iş yeri olan özəl şirkətdə isə 3.500 manat əməkhaqqı alır. Göründüyü kimi, onun hər iki əməkhaqqı cəmləndikdə, 8.500 manat alınır. Lakin bu o demək deyil ki, işçi 8.000 manatlıq güzəşt limitini aşır. Çünki Vergi Məcəlləsinin tələblərinə görə, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablandığından, misalımızdakı işçi hər bir iş yeri üzrə gəlir vergisindən tam azaddır.

Mənbə: vergiler.az


Bax:


error: Content is protected !!