Read More9
Read More9

Kreditora olan borc yararsız mallar səbəbi ilə azaldıldıqda hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin əvəzləşdirilməsi,, mənfəət güzəşt vergitutmanın tətbiqiKreditora olan borc yararsız mallar səbəbi ilə azaldıldıqda hansı vergi öhdəlikləri yaranır?

Sual: Şirkətimizin əsas fəaliyyəti elektrik mallarının topdan və pərakəndə satışını həyata keçirməkdir. Mütəmadi olaraq satdığımız məhsulları xaricdən idxal edirik. İdxal edilən mallara görə xarici şirkətlərə borcumuz yaranır. İdxal edilən mallar şirkətimizin anbarına daxil olunduqdan sonra bəzən qablaşdırmanı açdıqda malların yararsız olduğu (istehsal zamanı qusurlu olduğu) aşkarlanır. Biz komissiya yaradıb yararsız malları akt əsasında silirik və silinmiş malların vergisini ödəyirik. Malların yararsız olmasını xarici şirkət nümayəndələri təsdiq edir və yararsız mallara görə xarici şirkətə yaranan borca Kredit Note təqdim edir və bizim onlara olan borcumuzu azaldır. Azaldılan borc bizim gəlirimiz hesab olunurmu? Bu halda biz təqdim etdiyimiz hesabatlarda azaldılan borcu necə əks etdirməliyik?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Malların idxalı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Fiziki şəxslər tərəfindən dəymiş zərərlərin ödənilməsi ilə bağlı kompensasiya xarakterli gəlirləri gəlir vergisindən azad olduğu üçün gəlir vergisinə cəlb olunmur.

Hüquqi şəxslərin kompensasiya xarakterli gəlirləri mənfəət vergisindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün həmin gəlirlər ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 102.1.10-cu, 104-cü, 106-cı, 159.5-ci maddələri.

Mənbə: taxes.gov.az



Vakansiya: Mühasib – Şirin MMC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasib, mühasibat uçotuVakansiya: Mühasib.

İşəgötürən: Şirin MMC.

İş barədə məlumat

– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son-haqq hesabların hesablanması
– Avans hesabatlarının aparılması
– Vergi və mühasibat uçotunun aparılması
– Məcburi dövlət sosial sığorta haqqı hesabatlarının hazırlanması
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara-Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– İş qrafiki: Həftədə 5 gün, 08:00-dan 17:00-dək

Bu şəxslər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək

posted in: Xəbər | 0

mobil cihaz“Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “3-cü Rəqəmsal Ticarət Forumu: İpək yolunun rəqəmsallaşdırılması” mövzusunda keçirilən tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov bildirib. (bank hesabı)

İ.Alışov deyib ki, əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm də dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir:

– “Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur”.

Vakansiya: Təcrübəçi (Maliyyəçi) – Azerbaijan Railways CJSC

posted in: İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

Vakansiya: Təcrübəçi (Maliyyəçi).

İşəgötürən: Azerbaijan Railways CJSC.

İş barədə məlumat

Vakansiyanın sayı: 5 (beş)
Vakansiyanın kodu: V19100804
Kateqoriya: Xidmət müqaviləsi
Vakansiyanın aid olduğu struktur vahid: Maliyyə və İqtisadiyyat İdarəsi
Ödəniş növü: Xidməti müqaviləyə əsasən
Vəzifə (peşə) üzrə əmək haqqı: 300 AZN (Xidmət haqqı)
Əlavə ödəniş: Yoxdur.
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Namizədə tələblər

Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə təhsil alan tələbələr
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr, natamam ali
Kompüter bilikləri: MS Office proqramları – yaxşı səviyyədə.
Rus dili – orta səviyyədə;
İngilis dili – orta səviyyədə.
Analitik düşüncə, ünsiyyət qurmaq bacarığı, təşəbbüslü, öyrənməyə həvəsli, məsuliyyətli, çalışqan, komandada işləmək bacarağı

Digər tələb və üstünlük göstəriciləri: İngilis və rus dili biliyi – yaxşı səviyyədə.

Vəzifə öhdəlikləri: Maliyyə və İqtisadiyyat İdarəsinin müvafiq şöbələrinə uyğun işlərin icra edilməsi.

Vakansiyanın elan olunma tarixi: 08.10.2019
Son müraciət tarixi: 17.10.2019

Müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1666 və ya CV-lərinizi / ünvanına göndərin.

Mənbə: finstaff.az


error: Content is protected !!