Bakıda vergitutma mövzusuna həsr olunmuş regional iclas işə başlayıb
Oktyabrın 8-də Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclas öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson iştirakçıları salamlayıb və iclasın keçirilməsinin əsas məqsədinin BEPS layihəsinin Avrasiya ölkələrində tətbiqi prosesinin müzakirəsi olunmasını qeyd edib.
Bildirilib ki, “İyirmilər qrupu” (G20) və OECD tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə” layihəsi hazırlanıb. Bu tədbirlər paketi vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin daxili qanunvericilikləri və bağladıqları beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaların əksini tapmasını nəzərdə tutur. OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən bu kimi tədbirlər Avrasiya ölkələrinin mütəxəssisləri üçün səmərəli platformaya çevrilib. Hazırda bu layihəyə 134 ölkə qoşulub.
Tədbirdə çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev regional iclasın Bakıda təşkilinə verdiyi dəstəyə görə IOTA və OECD rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, inkişaf etmiş beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir. Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək baxımından OECD Vergi Siyasəti və İdarəetmə Mərkəzi və IOTA əhəmiyyətli bir platformadır. Nazir müavini Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, “kölgə iqtisadiyyatı”nın azaldılması və vergi mühitinin yaxşılaşdırılması, qeyri-rəsmi əmək bazarının leqallaşdırılması, daha səmərəli vergi güzəştləri vasitəsilə kiçik və orta sahibkarlığın inkişafının təşviq edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb.
Diqqətə çatdırılıb ki, ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Bu mənada, OECD və G20 ölkələri tərəfindən təqdim olunan BEPS layihəsi qlobal miqyasda getdikcə artan və dərinləşən vergi problemlərinə çox spesifik və vahid yanaşmanı ehtiva edir və vergi administrasiyalarına onları həll etmək üçün əlverişli vasitələr təqdim etməkdədir.
Nazir müavini qeyd edib ki, Azərbaycan hələ BEPS İnklüziv Çərçivəsinə qoşulmasa da, məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi üçün mühüm işlər görülüb və bu fəaliyyət hazırda davam etdirilir. “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” mövzusunda davam edən Tvinninq layihəsinin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini ümumi məqsədin Vergilər Nazirliyi tərəfindən səmərəli transfer qiymət qanunvericiliyinin və transfer qiymətləndirmə təftişinin tətbiqi və həyata keçirilməsi olduğunu bildirib.
Vergilər Nazirliyinin, yerli və xarici dövlət orqanlarının, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-ə yaxın nümayəndənin iştirak etdiyi regional iclasın öz işini oktyabrın 10-dək davam etdirməsi nəzərdə tutulur.
Mənfəət vergisinin hesablanmasında nəyə diqqət yetirilməlidir?
Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan müəssisələr mənfəət vergisinin ödəyiciləridir. (Mənfəət vergisinin hesablanması, Mənfəət vergisi)
Mənfəət vergisinin ödəyiciləri olan hüquqi şəxslər vergitutma obyekti baxımından aşağıdakı qaydada qruplaşdırılıb:
- Rezident müəssisələr;
- Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisələr;
- Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezident müəssisələr;
Qeyri-rezident müəssisələr üçün vergitutma obyekti isə yalnız Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilmiş mənfəətdir. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisənin daimi nümayəndəliklə bağlı əldə etdiyi mənfəətindən vergi tutulur. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan ümumi gəliri isə xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb edilir.
Məcəllənin həmin müddəalarını şərh edən mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov bildirib ki, hüquqi şəxslərin mənfəət vergisi vergilərin siyahısında xüsusi çəkisi olan vergi növüdür. ƏDV və gəlir vergisindən sonra üçüncu ən iri vergi növüdür. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlir və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur:
“Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır”.
Fiziki şəxslərin gəlir vergisində olduğu kimi, hüquqi şəxslərin mənfəət vergisi də, növündən asılı olaraq, bəyannamə üzrə və ya ödəmə mənbəyində tutula bilər
Ekspert qeyd edib ki, fiziki şəxslərin gəlir vergisində olduğu kimi, hüquqi şəxslərin mənfəət vergisi də, növündən asılı olaraq, bəyannamə üzrə və ya ödəmə mənbəyində tutula bilər. Rezident müəssisələr və Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəalliyyət göstərən qeyri-rezident müəssisələr mənfəət vergisi bəyannaməsini təqdim etməklə vergini hesablayırlar. Belə ki, hesabat dövründə əldə olunmuş gəlirlərdən həmin dövr ərzində gəlirlərin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla əldə olunan mənfəətə vergi dərəcəsi tətbiq olunur: “Tutaq ki, 2019-cu ilin yekunlarına görə rezident müəssisənin ümumi gəlirləri 155.000 manat, gəlirdən çıxılan xərcləri 135.000 manat olub. Bu halda mənfəət vergisinin bəyannaməsi təqdim edildikdə: vergitutma obyekti 155.000 – 135.00 0= 20.000 manat; mənfəət vergisi 20.000 * 20% = 4.000 manat olacaqdır. Mikro sahibkarlıq subyekti olan vergi ödəyiciləri isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edərək 4.000 manat deyil, 1.000 manat mənfəət vergisi ödəyəcək”.
Xatırladaq ki, mənfəət vergisinin hesabat dövrü təqvim ili sayılır. Vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməlidirlər. Vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Müəssisə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu halda müəssisə üçün hesabat dövrü vergi ilinin əvvəlindən müəssisənin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
Mənbə: vergiler.az
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mənfəət vergisinin hesablanması, Mənfəət vergisinin hesablanması, Mənfəət vergisi
Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək? (2-ci hissə)
Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək? (2-ci hissə) (şikayət)
Yazının 1-ci hissəsini oxumaq üçün keçidə daxil olun.
Bu dəfəki yazıda aşağıda göstərilən qaydaların pozulmasına görə hansı qurumların səlahiyyətli olmasını və şikayət qaydasını izah edəcəyik.
– mütəmadi olaraq tv və radio yayımlarının izləyiciləri həmin informasiya vasitələrində qarşılaşa biləcəkləri bəzi pozuntulardan şikayətin qaydasını dəqiq bilmir. Belə ki, yetkinlik yaşına çatmayanların əxlaqi, fiziki, əqli və mənəvi inkişafına mane olan və kodsuz yayımlanan proqramlarla bağlı müəyyən edilmiş qaydanı pozan yayımçılardan Milli Televiziya və Radio Şurasına şikayət edə bilərsiniz.
– Geniş yayılmış hallardan biri də qanunsuz küçə ticarəti, yəni yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərin pozularaq satışın aparılması olduğu üçün həmin halla bağlı Daxili İşlər Nazirliyi və ya müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanına şikayət edə bilərsiniz. Eyni zamanda etil spirti, alkoqollu içkilər və tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması halında da həmin qurumlara müraciət edə bilərsiniz.
– Tibbdə danılmaz faktdır ki, xalq təbabətinin bəzi xəstəliklərin müalicəsində xüsusi təsiri mövcuddur. Bu səbəbdən də bəzi “işbaz”lar diplomu və ya xüsusi icazəsi olmadan xalq təbabəti ilə məşğul olaraq saxta məhlullar hazırlayaraq insanların sağlamlıqlarına zərər vururlar. Bu kimi hallarda isə şikayət olunacaq qurum Səhiyyə Nazirliyidir.
– Sağlam bədəndə, sağlam ruh olmalıdır deyimindən irəli gələrək idmanın əhəmiyyətini hər an eşidə və görə bilərik. Buna baxmayaraq heç də hər kəs istənilən idman növü ilə məşğul ola və ya idman yarışlarına qatıla bilər. Məktəbdənkənar və ya bədən-tərbiyəsi idman təşkilatları şəxsi idman növü ilə məşğul olmağa yaxud yarışa buraxmağa başlamazdan əvvəl onun rəsmi tibbi icazə sənədinin olmasını dəqiqləşdirməlidir. Əks halda bu qaydanln pozulmasına görə Gənclər və İdman Nazirliyinə şikayət etmək mümkündür.
– Sağlam bədəndə, sağlam ruh olmalıdır deyimindən irəli gələrək idmanın əhəmiyyətini hər an eşidə və görə bilərik. Buna baxmayaraq heç də hər kəs istənilən idman növü ilə məşğul ola və ya idman yarışlarına qatıla bilər. Məktəbdənkənar və ya bədən-tərbiyəsi idman təşkilatları şəxsi idman növü ilə məşğul olmağa yaxud yarışa buraxmağa başlamazdan əvvəl onun rəsmi tibbi icazə sənədinin olmasını dəqiqləşdirməlidir. Əks halda bu qaydanın pozulmasına görə Gənclər və İdman Nazirliyinə şikayət etmək mümkündür.
Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:
Daxili İşlər Nazirliyi – https://e-muraciet.mia.gov.az/
102 – qaynar xətti
Səhiyyə Nazirliyi – http://www.sehiyye.gov.az/?do=faq&form
Qaynar xətt məlumatları – http://www.sehiyye.gov.az/unvan.html
Gənclər və İdman Nazirliyi – Telefon: +994 12 465-84-21 (Ümumi şöbə)
Faks: +994 12 465-64-38
Milli Televiziya və Radio Şurası – Telefon: (+99412) 598-36-59, 493-05-86, 598-32-24, 498-18-82
Faks: (+99412) 498-76-68
Vakansiya: Mal material üzrə Mühasib.