Vakansiya: Mühasib – Kristal Abşeron MTK

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasib Əmək haqqı üzrə mühasibVakansiya: Mühasib

İşəgötürən: Kristal Abşeron MTK

Əmək haqqı: 800 AZN

Şəhər: Bakı

Yaş: 25 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: Samir Hacıyev

E-mail: /

Vakansiya barədə məlumat:

– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi

– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər:

– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
– Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
-1C yüksək səviyyədə bilmək
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib

Xaricdə təhsil üzrə xidmət vergiyə necə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

Xaricdə təhsil Xaricdə təhsil üzrə xidmət vergiyə necə cəlb edilir?


Sual: 1. Xaricdə təhsil üzrə xidmət: Agent müqaviləsi əsasında xaricdə yerləşən dil tədris məktəblərinə ödənişli əsaslarla dinləyici (müştəri) tapmaq və xarici partnyorun xidmətlərinin satışı zamanı müştəri ödəniş edən an nağd qaydada (kassa mədaxil orderi) qəbz təqdim etməklə ödəniş qəbul edilə bilərmi?

2. Xaricdə yerləşən dil tədris məktəblərinə kursa göndəriləcək müştəridən qəbul edilən pul məbləğini (təhsil haqqı və xidmət haqqını) Xaricdə yerləşən dil tədris məktəbinə tərəfimizdən göndərərkən ödəmə mənbəyindən vergini tutmalıyıqmı?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir. Müştərilərdən qəbul edilən xidmət haqları ilə bağlı nağd pul hesablaşmaları ciddi hesabat blankları ilə rəsmiləşdirilə bilər.

Bax: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi. Eyni zamanda, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı olduğu halda qeyri-rezidentə köçürülən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Əks halda ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 13.2.16-cı və 125-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax: Qəza nəticəsində yararsız hala düşmüş avtomobilə görə alınan sığorta məbləği vergiyə cəlb edilir?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xaricdə təhsil, xidmət

Vakansiya: Xəzinədar – Salam Baku Hotel

Xəzinədar Vakansiya mühasibXəzinədar vəzifəsi üzrə vakansiya elan olunur.

İşəgötürən: Salam Baku Hotel.

Əmək haqqı: Razılaşma

Şəhər: Bakı

Yaş: 20 – 40 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: /

Vakansiya barədə məlumat:

– Yoxlama siyahılarının ikinci nüsxəsini qəbul və təsdiq edir və gündəlik daxilolmalara məktub vasitəsilə qəbul edilən çek və pul köçürmələrini daxil edir.
– Bank hesablarına gündəlik köçürmələri həyata keçirir.
– Gündəlik Hesabatını hazırlayır.
– Ön büro əməkdaşlarını lazımi miqdarda xırda pulla təmin edir, həftə sonları və bayram günlərində onlara əlavə xırda pul verir.
– Hər gün daxil olan nağd vəsaitləri sayır və bu vəsaitlərdən xərclənənlər barədə izahat verir.
– Kassalardan pul axışını daima nəzaərtdə saxlamalı.
– Hesabatları yenidən nəzərdən keçirir və maliyyə mühasibatı sistemi ilə uzlaşdırır.
– Mehmanxananın müştəri qeydiyyatı şöbəsinə gündəlik valyuta kursları barədə məlumat verir.
– Artıq və əskikləri gecə auditoru ilə birlikdə yoxlayır
– Mehmanxananın müştəri qeydiyyatı şöbəsindən qəbul edilən zərfdəki məbləğin həmin şöbənin kassiri tərəfindən göstərilən məbləğdən fərqli olmamasına nəzarət.
– Seyfin ağzı açıq olarkən və ya pullar sayılarkən ofisin qapısının bağlı saxlanılmasını təmin edir.
– Gündəlik gəliri/nağd vəsaiti banka aparır

Namizədə tələblər

– 20-40 yaş aralığında olan namizədlər
– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
– Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
– Vergi məcəllələrini bilməli
– 1C Proqramında işləmə bacarığı
– İş təcrübəsi: müvafiq vəzifədə 2 ildən yuxarı
– Dil bilikləri: Azərbaycan dili /Rus və İngilis dili bilməsi üstünlükdür

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində  “Xəzinədar” qeyd edərək öz CV lərini / email ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xəzinədar

Azərbaycanda gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyəti ilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib.

“Report”a Komitədən verilən məlumata görə, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, büdcə gəlirlərinin artmasını, eyni zamanda əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edib.

Ölkəmizin xarici ticarət imkanlarının genişləndirilməsi, tranzit və logistika potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük sistemində də bir sıra mütərəqqi islahatların reallaşdırıldığı diqqətə çatdırılıb. İsmayıl Hüseynov vurğulayıb ki, gömrük təmsilçiliyi institutunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər də bu islahatların davamıdır.

O da bildirilib ki, son dövrlər gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirilib.

Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şəxslərin ölkəmizdə gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, gömrük əməliyyatlarının sürətləndirilməsində mühüm rola malik olduğu, Dövlət Gömrük Komitəsinin bu sahədə ixtisaslaşmış qurumlara hər zaman dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Sonra avqustun 1-də keçirilən imtahanda yüksək nəticələr əldə edən şəxslərə 5 illik ixtisas attestatları təqdim olunub və növbəti imtahana start verilib.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları”na dair qərarına, Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən tərtib olunan “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”ya əsasən və “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı”nın icrası çərçivəsində keçirilir. Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 100-ə qədər hüquqi şəxs müraciət edib.

Onu da qeyd edək ki, gömrük təmsilçiliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq dolayı təmsilçilik fəaliyyətini yalnız hüquqi şəxslər həyata keçirə bilər. Həmin hüquqi şəxslərin Dövlət Gömrük Komitəsi tərəfindən verilən ixtisas attestatına malik mütəxəssisləri olmalıdır. İxtisas attetstatları 5 il müddətinə verilir və qanunvericilikdə müəyyən edilən şərtlərə cavab verən hüquqi şəxslər dövlət reyestrinə daxil edilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük