Read More9
Read More9

Bu halda e-qaimə verilməlidir?

posted in: Xəbər | 0

qaime E-qaimə faktura elektron qaimə-fakturaBank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi? (qaime)

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi zamanı e-qaimə faktura təqdim edilmir. Göründüyü kimi, banklar tərəfindən elektron qaimə-fakturanın təqdim olunmaması yalnız müştərilərin hesabları üzrə göstərilən xidmətlərə aid edilib.

Qeyd olunanlara əsasən, çek kitabçalarının satışı zamanı alıcıya banklar tərəfindən e-qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsi, 16.1.11-6.1-ci maddə

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron qaimə, qaime

Pensiya kapitalı nə qədər arta bilər?

posted in: Xəbər | 0

ÜDMPrezident İlham Əliyevin imzaladığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərmana əsasən, qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Dəyişikliklərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəlində öncəki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq. Fərmanın bu hissəsini izah edən iqtisadçı eksrert Vüqar Bayramov dəyişikliyi misallarla izah edib.

İqtisadçının sözlərinə görə, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq: “Ötən il əmək pensiyasının sığorta hissəsində və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqındakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik.

Eyni zamanda, rəsmi illik inflyasiya dərəcəsinin hesablanması mexanizminin və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə, inflyasiya dərəcəsi üzrə indeksasiya oluna bilmirdi”.

Bəzi illərdə nominal orta aylıq əməkhaqqındakı artımın inflyasiya səviyyəsindən çox ola biləcəyini istisna etməyən ekspert, strateji olaraq, inflyasiya səviyyəsinin əməkhaqqı artımından daha çox olduğunu və bunun indeksasiya məbləğinə təsir göstərdiyini qeyd edib.

Vakansiya: Mühasib – Prior Leasing

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasibVakansiya: Mühasib

İşəgötürən: Prior Leasing

Əmək haqqı: 2000 – 2500 AZN

Şəhər: Bakı

Yaş: 25 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: /

Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;

Neft-qaz sektoru üzrə İqtisadi Fəaliyyət Növləri Təsnifatı təsdiq edilib

posted in: Xəbər | 0

İcra hakimiyyəti əmək haqqı emek“Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısının “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilməsi haqqında (Neft-qaz sektoru, İqtisadi Fəaliyyət)

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                   Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 9 avqust
tarixli 355 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin
Siyahısı
 

İqtisadi Fəaliyyət Növləri Təsnifatı (AZT029-2008) altsinfi

kodu adı
06100 Xam neft hasilatı
06200 Təbii (yanar) qaz hasilatı
09101 Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi
09102 Neft və təbii qazın hasilatı üçün quyuların qazılması
19200 Təmizlənmiş    neft    məhsullarının    istehsalı,    o cümlədən neft məhsullarından briketlər

 

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Neft-qaz sektoru, İqtisadi Fəaliyyət
error: Content is protected !!