Read More9
Read More9

MMC-lər üçün yeni nizamnamə formaları hazırlanıb

posted in: Vergi, Xəbər | 0

vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıVergilər Nazirliyi məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) nizamnamələrinin yeni nümunəvi formalarını hazırlayıb və rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Bir pəncərə” bölməsində yerləşdirib. (nizamnamə formaları, MMC-lər, nizamanme formalari)

Nizamnamənin nümunəvi formalarının yenilənməsi qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır: 28 dekabr 2018-ci il tarixli 1449-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-4-cü maddəsinə dəyişiklik edilib və Məcəlləyə yeni – 87.10-cu, 91.1-5-ci və 91.1-6-cı maddələr əlavə olunub.

Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən, MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar MMC iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Məcəllənin 91.1-4-cü maddəsinin yeni redaksiyasına əsasən, MMC iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Məcəllənin 91.1-5-ci maddəsində isə göstərilir ki, iştirakçıların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6-cı maddəyə əsasən, yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

Bütün bunlar nəzərə alınaraq, nümunəvi nizamnamə formalarında da dəyişiklik edilib. Qeyd edək ki, dəyişikliyə qədər bu məsələlər hər bir MMC-nin öz nizamnaməsinə uyğun müəyyən olunurdu.

Yeni nizamnamə formaları Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentə əlavə olunub və yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı istifadəçilərə təklif olunur.

Nizamnamə formaları kommersiya hüquqi şəxs təsis etmək istəyən şəxslərə kömək məqsədilə hazırlanıb. Qeydiyyat zamanı Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış digər nizamnamələr də təqdim oluna bilər.

Nizamnamələrinin yeni formaları ilə buradan tanış ola bilərsiniz: www.taxes.gov.az

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
MMC, nizamnamə formaları, nizamanme formalari

Payını satan təsisçinin vergi məsuliyyəti

posted in: Vergi, Xəbər | 0

Payını satan təsisçinin vergi məsuliyyəti

Fiziki şəxs xidmət müqaviləsi emek muqavilesiƏvvəllər birlikdə şirkət təsis edən dostlar müəyyən səbəblərdən ayrılmaq qərarına gəlirlər. Buna baxmayaraq, şəriklərdən birinin işdən ayrılması rəsmiləşdirilmir. Bütün sənədlərdə hər ikisinin adı təsisçi kimi qeyd edilir. Bir müddət sonra şirkətdə müəyyən borclar, cərimələr yaranır. İşdən ayrılan Elşən Zülfüqarlı şirkətdəki payından imtina etmək məcburiyyətində qalır. Payını şəriki olan dostuna notarial qaydada sataraq şirkəti bütünlüklə ona təhvil verir. Ancaq bu prosesdə ortaya bəzi suallar çıxır. Hazırda özü şirkətdə təsisçi olmasa da, ötən dövrdə borclar və cərimələrlə bağlı yaranan problemlərə görə E.Zülfüqarlı hansısa məsuliyyət daşıyırmı? 

Vergilər Nazirliyinin bu sualla bağlı şərhində bildirilir ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim olunduqda, faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən VM-nin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Bunlarla yanaşı, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin təqdim olunan müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Vergi Məcəlləsinin 160-cı maddəsinə əsasən, müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır. Bu halda müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin bu fəsildə göstərilən və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

160-cı maddə yalnız o halda tətbiq edilir ki, müəssisəni təqdim edən və alan (qəbul edən) tərəflər təqdim edilmədən sonra 10 gündən gec olmayaraq bu maddənin müddəalarının tətbiq edilməsi üçün vergi orqanına yazılı məlumat vermiş olsun.

Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi

posted in: Xəbər | 0

mənfəət güzəşt vergitutmanın tətbiqiVergi Məcəlləsinin 175-ci maddəsində bildirilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: (ƏDV-nin əvəzləşdirilməsi)

  • hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq;
  • hesabat dövrü ərzində malların idxalı üzrə – bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq.

Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.

Bəs vergi ödəyicisi 3 il əvvələ – 2016-ci ilin elektron vergi hesab-fakturalarını 2019-cu ilin fevralında (dəyəri bank və depozitdən ödənilib) əvəzləşdirə bilərmi?

İqtisadçı ekspert Sirac Piriyev suala aydınlıq gətirərək bildirib ki, Vergi Məcəlləsinə əsasən, cari ayda ödənilmiş məbləğin ƏDV-si elektron vergi hesab-fakturasının hansı ildə qəbul edilməsindən asılı olmayaraq, tam məbləğ ƏDV-si əvəzləşdirilə bilər. Son 3 ilin hesabat dövrü ötməyincə həmin bəyannamə üzrə dəqiqləşmə verilib əvəzləşmə aparmaq mümkündür: “Qanunvericilik vergi orqanına hesabat dövrü bitdikdən sonra 3 il ərzində vergiləri yenidən hesablamaq hüququ verdiyi kimi, vergi ödəyiciləri ücün də eyni hüququ tanıyır. Bu halda, fərqli müddətlərin nəzərdə tutulması tərəflərin hüquq bərabərliyi prinsipinə zidd olardı və ədalətli yanaşma kimi qəbul edilməzdi. Bu səbəbdən, Vergi Məcəlləsinin ümumi norması kimi 85.4-cü maddədə vergi orqanlarına aid edilən hesablama və tutma müddətləri həmin Məcəllənin 85.5-ci maddəsi ilə vergi ödəyiciləri baxımından da eyni müddətlərdə nəzərdə tutulmuşdur”.

İqtisadçı ekspert Ruslan Atakişiyev isə əlavə edib ki, əgər ƏDV üzrə ödəməmiz həyata keçirilibsə, bunu BTP-də depozit məbləğ kimi qeyd edirik, büdcə bizə borclu olur: “Növbəti dövrdə isə bizim əmtəə və xidmətlərin satışından əldə olunan gəlirlərdən yaranan ƏDV ödəməsi üzrə həmin depozit məbləğdən borcumuzu silməyə başlayırıq. Bunu mənfəət və s. ödəmələr üzrə də əvəzləşdirə bilərik. Çünki həmin məbləğ, sadə dildə desək, bizim ehtiyat məbləğimiz kimi görünür.

Ödəmənin vaxtına gəldikdə, burada əməliyyat ilə ödənişin məbləği üst-üstə düşməlidir. Tutaq ki, biz “A” MMC-yə kimyəvi təmizləmə üzrə sifariş vermişik. Həmin şirkət iyul ayında işi tam başa çatdırıb və bizə vergi hesab-fakturası göndərib. Ödəmə avqustda baş verib. Bu halda vergi ödənişini avqust ayında həyata keçirməliyik. Əksinə, ödəmənin edildiyi, amma iş və xidmətin iki ay sonra görüldüyü və əməliyyatın iki aydan sonrakı dövrə rəsmiləşdirilməsi halında isə biz ƏDV öhdəliyimizi iki aydan sonrakı vaxtda həyata keçirəcəyik.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-nin əvəzləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsi

Mühasib – AQS Dental Center

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasibVakansiya: Mühasib

İşəgötürən: AQS Dental Center

Əmək haqqı: 700 – 1000 AZN.

Şəhər: Sumqayıt

Yaş: 26 – 45 yaş

Cins: Qadın

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Babək bəy

Telefon: 055 450 88 90

E-mail: /

Vakansiya barədə məlumat:

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Vergi orqanları ilə yazışmalar, Vergi hesabatlarının göndərilməsi
– Mühasibat, Vergi uçotu, DMSF, Məşğulluq və Statistika kimi dövlət orqanları ilə əməliyyatların aparılması
– Bank əməliyyatlarının aparılması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– 09:00-dan dan 19:00-dək 6 günlük iş qrafiki

Namizədə tələblər:

– 26 – 45 yaş arası xanımlar müraciət etsin
– Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Komandada işləmək bacarığı olan
– EXCEL və 1C proqramlarının peşəkar istifadə etmək
– Vergi və əmək məcəlləsi üzrə biliklər, eyni zamanda son dəyişiklikləri haqda məlumatlı olmaq
– Səliqəli, xoş xarici görkəm

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz və ya 055 450 88 90 mobil nömrəsinə saat 10:00 – 17 :00 qədər zəng edə bilərsiz.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib
error: Content is protected !!