Mühasib – AQS Dental Center
Vakansiya: Mühasib
İşəgötürən: AQS Dental Center
Əmək haqqı: 700 – 1000 AZN.
Şəhər: Sumqayıt
Yaş: 26 – 45 yaş
Cins: Qadın
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: Babək bəy
Telefon: 055 450 88 90
You can display the Full post on your Blog Page
Vakansiya: Mühasib
İşəgötürən: AQS Dental Center
Əmək haqqı: 700 – 1000 AZN.
Şəhər: Sumqayıt
Yaş: 26 – 45 yaş
Cins: Qadın
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: Babək bəy
Telefon: 055 450 88 90
Vergi Məcəlləsinin 13.2.33-cu maddəsinə əsasən, yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azəbaycan Respublikasında yerləşən göndərilmə məntəqəsilə digər dövlətdəki təyinat məntəqəsi arasındakı daşınması beynəlxalq daşıma adlanır. Məcəllənin 165.1.4-cu maddəsinə görə isə beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edilir. (ƏDV öhdəliyi, EDV)
“A” MMC beynəlxalq və daxili yükdaşıma fəaliyyəti ilə məşgul olur. “A” MMC ilə “B” MMC arasında bağlanmış müqavilə şərtlərinə əsasən, “A” MMC “B” MMC-yə məxsus yükün Rusiya Federasiyasında yerləşən məntəqədən Bakıda yerləşən məntəqəyə daşınmasını öz üzərinə götürüb. “A” MMC “B” MMC-yə məxsus yükün Rusiyada yerləşən məntəqədən Azərbaycan Respublikasındakı boşaldılma məntəqəsinə daşınmasını Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq həyata keçirib. Bağlanmış müqavilə şərtlərinə əsasən VÖEN-i olan huquqi və fiziki şəxslərlə yükün daşınmasını həyata keçirib və bu şəxslərə ödəniş edib. Bəs bu zaman “A” MMC daşınmadan əldə etdiyi gəlirdən ƏDV-ni hansı dərəcə ilə ödəməlidir?
Sualla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadan yüklərin beynəlxalq daşınmasını müqavilə əsasında daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda, bu xidmətlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilir.
Bu fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd: Bu halda Vergi Məcəlləsinin 13.2.33-cü, 165.1.4-cü, 104-cü, 108-ci maddələri tətbiq edilir.
Vakansiya: Mühasib.
İşəgötürən: Texno Plus Electronics
Əmək haqqı: 700 – 1000 AZN
Şəhər: Bakı
Yaş: 27 – 35 yaş
Cins: Fərqi yoxdur
Təhsil: Ali
İş təcrübəsi: 5 ildən artıq
Əlaqədar şəxs: Sevinc Almamedova
Telefon: (012) 374-58-56 / (070) 374-58-56
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib. (əmək pensiyası, emek pensiyasi)
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.
Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir.
Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012,
№ 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD və 1568-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-1-ci maddədə “1 mart tarixindən 160 manat” sözləri “1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilsin;
1.2. 29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılsın;
1.3. aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilsin:
“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.
Maddə 2. Bu Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2019-cu il.
Mənbə: president.az