Turizm bələdçilərinə hansı vergi güzəşti aid edilir?

posted in: Xəbər | 0

Rəhbəri olduğum turizm şirkəti ilə əməkdaşlıq edən bələdçilər 2024-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar 75 faiz güzəştdən faydalana bilməyib və nəticədə onların vergi yükü artıb. Eşitdik ki, bu ildən bir çox fəaliyyət sahələrinə yenidən güzəştlər verilir. Həmin fəaliyyət sahələrinə bələdçilər də aid edilibmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə-dizayn və dekorasiya xidmətləri, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçiliyi, xidmətlərin ixracı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Buna əsasən, turizm bələdçiliyi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olarsa, həmin şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi

Mənbə: vergiler.az

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

posted in: Xəbər | 0

Əmək qanunvericiliyi və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 192.2-ci, 192.4-cü, 192.6-cı, 192.10-cu, 192.11-ci və 540.3-cü maddələrində nəzərdə tutulan inzibati cərimələr işəgötürənlərə şərti olaraq tətbiq edilir. Bu il şərti cərimələrin tətbiq edilməsini nəzərdə tutan maddələrin sayı artırılıb. Yeniliyi insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir. 

11 aprel 2025-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Məcəllənin 192.2 və 192.4-cü maddələri də şərti cərimələr tətbiq olunan maddələrin siyahısına əlavə olunub. Bu da həmin maddələr üzrə əmək qanunvericiliyini pozmuş işəgötürənlərə işçilərin pozulmuş hüquqlarını təmin etmək imkanı yaradır.

İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarda xətanın aradan qaldırılması üçün müddət müəyyən edilir. Müddət bir ayadək, yaxud xətanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq, bir aydan iki ayadək müəyyən olunur.

Şərti cərimələrin tətbiqi eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarında istisna edilir.

Məcəllədə yer alan əmək qanunvericiliyi və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə şərti cərimə tətbiq olunan maddələr aşağıdakılardır:

Maddə 192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə – yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 192.4. İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə – vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edim ki, 11 aprel 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikdə 192.4-cü maddənin dispozisiyasında “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz edilib. Həmçinin, həmin maddənin dispozisiyasında digər bir dəyişiklik – “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz olunub.

Yuxarıda qeyd olunan maddələr üzrə dəyişikliklər və şərti cərimələr üzrə maddələrin sayının artırılması əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir edəcək.

Mənbə: vergiler.az

Əsas vəsaitlər dövlət qurumları və ya fondlara əvəzsiz verilərsə, ƏDV məbləği əvəzləşdirilirmi?

422 saylı “Digər təxirə salınmış vergi öhdəlikləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Mühsaibat və vergi uçotunda tətbiq edilən fərqli metodların nəticəsi kimi meydana çıxan müvəqqəti fərqlər öz növbəsində təxərə salınmış vergi öhdəlikləri yaradır. Belə öhdəliklər həm mənfəət, həm də digər vergilər üzrə yarana bilər. Digər təxirə salınmış vergi öhdəlikləri 422 saylı hesabda uçota alınır. Bu hesab, mənfəət vergisindən başqa digər vergilər üzrə yaranan müvəqqəti fərqlərin nəticəsində ortaya çıxan vergi öhdəliklərini əks etdirmək üçün istifadə olunur.

Təxirə salınmış vergi öhdəlikləri nədir?

Təxirə salınmış vergi öhdəlikləri ” (deferred tax liabilities) beynəlxalq mühasibat uçotu standartlarınn tətbiqi ilə sıx bağlıdır. “Mənfəət vergisi” adlı MUBS12 (IAS12) standartı uçot prosesində bu məsələnin tənzimlənməsini təmin edir. Standartda, müəssisələrin maliyyə hesabatlarında tanıdığı gəlirlə vergi orqanlarına təqdim etdiyi vergi bəyannaməsindəki gəlir arasında müvəqqəti fərqlər nəticəsində gələcək dövrlərdə ödəniləcək vergini əks etdirilməsi təlb olunur.

Beləiklə, təxirə salınmış vergi öhdəlikləri – vergi və mühasibat sənədlərində vəsaitlərin uçotu mexanizmindəki fərqlər səbəbindən yaranan vergi tutulan müvəqqəti fərqlərdən yaranır. Onlar gələcək hesabat dövrlərində vergi məbləğlərini tədricən bərabərləşdirmək üçün formalaşdırılır.

Təxirə salınmış vergi öhdəlikləri vergi tutulan müvəqqəti fərqlərlə vergi dərəcəsinin hasili kimi hesablanır.

Digər təxirə salınmış vergi öhdəliyinə dair bir nümunəyə baxaq.

Nümunə: Müəssisə mühaisbat uçotunda alıcılar və sifarişçilərin uzunmüddətli şübhəli debitor borcları üçün 10 000 manat ehtiyat ayırıb. Şübhəli debitor borclar üçün ehtiyatlar xərc kimi vergi uçotunda tanınmır  və nəticədə müvəqqəti fərq yaranır. Gəlir vergisi dərəcəsinin 20% olduğunu qəbul etsək 2 000 (10000*20%) manat təxirə salınmış vergi öhdəliyi yaranır.

Təxirə salınmış vergi öhdəiklərinin uçotu

Mühasibat uçotunda təxirə salınmış vergi öhdəliklərinin uçotu Hesablar Planının “Uzunmüddətli öhdəliklər” bölməsinin 42-cı maddəsinə aid olan aşağıdakı hesablarda aparır:

Müvəqqəti fərqlərlə bağlı mühasibat uçotunda tətbiq edilən digər anlayış təxirə salınmış vergi aktivləridir. Təxirə salınmış vergi aktivlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar “Uzunmüddətli aktivlər” bölməsinin 16-cı maddəsində əks etdirilir. Bu maddəyə aşağıdakı hesablar aid edilir:

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri üzrə uçot hesablarında müxabirləşmələr, uyğun subhesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

422 saylı “Digər təxirə salınmış vergi öhdəlikləri” hesabı üzrə tənzimləmələr

422 saylı hesabın təyinatı yuxarıda qeyd edilən qaydaların 36.5 bəndində şərh edilib. Həmin bəndə görə “bu hesabda mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı digər təxirə salınmış vergi öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

422 saylı “Digər təxirə salınmış vergi öhdəlikləri” hesabında hesabat dövründə yaranmış vergi tutulan müvəqqəti fərqlərin və hesabat tarixində qüvvədə olan vergisi dərəcəsinin hasili kimi müəyyən edilmiş məbləğlər uçota alınır. Hesab üzrə mühasibat yazılışları verilərkən nəzərə alınmalı tələblər aşağıdakı cədvəldə verilib:

Əməliyyat Debit Kredit Məbləğ (manat)
Digər təxirə salınmış vergi öhdəliklərinin hesablanması 113, 123, 171, 172, 173, 174, 175, 177, 202, 203, 211, 212, 213, 214, 217, 711, 721 saylı hesablar 422 saylı hesab 36.6-cı bənd
Həmin təxirə salınmış vergi öhdəliklərinin hesabat dövrünün vergi öhdəliyi kimi tanınması 422 saylı hesab 521saylı hesab 36.7-cı bənd

Təxirə salınmış vergi öhdəliklərinin analitik uçotu vergi tutulan müvəqqəti fərqin yarandığı aktiv və ya öhdəliklərin növlərinə uyğun olaraq aparılır.

Mühasibat yazılaşlarına praktik nümunə 

Əsas vəsaitin yenidən qiymətləndirilməsi təxirə salınmış vergi öhdəliyinin yaranmasına ən çox səbəb olan hallardan biridir. Müəssisə əsas vəsaitini (məsələn, bina və ya avadanlıq) bazar dəyərinə uyğunlaşdırmaq üçün yenidən qiymətləndirir. Uçot məlumatları aşağıdakı kimidir:

  • əsas vəsaitin balans dəyəri – 50 000 manat;
  • əsas vəsaitin yenidən qiymətləndirilmiş dəyəri – 70 000 manat;
  • yenidən qiymətləndirmə nəticəsində yaranan artım – 20 000 manat;
  • gəlir vergisi dərəcəsi – 20%.

Müəssisə bu artımı vergi məqsədləri üçün dərhal tanımır. Vergi ödənişi yalnız əmlak satıldıqda və ya amortizasiya hesablandıqda yaranır. Mühasibat uçotunun beynəlxalq standartlar bu artımın gələcəkdə vergi öhdəliyi yaradacağını tələb edir. Buna görə də, 20000 manatın 20%-i qədər təxirə salınmış vergi öhdəliyi tanınır. Tövsiyə olunan mühasibat yazılışları aşağıdakı kimi olacaq:

Əməliyyat Debit Kredit Məbləğ (manat) Qeyd
Yenidən qiymətləndirmə nəticəsində aktivin balans dəyərinin artımı 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” 331: “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” 20000 Atım məbləği
Təxirə salınmış vergi öhdəliyinin hesablanması 731: “Yenidən qiymətləndirilmədən xərclər” 422: “Digər təxirə salınmış vergi öhdəlikləri” 4000 20000*20% = 4000
Vergi öhdəliyi hesabat dövrünün vergi öhdəliyi kimi tanınır 422: “Digər təxirə salınmış vergi öhdəlikləri” 521: “Vergi öhdəlikləri” 4000 Əsas vəsait satılır

Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

posted in: Xəbər | 0

1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz Umico bonusları qazanırlar. Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir.

Belə ki, daha öncə Birbank Cashback və Birbank Star kart sahibləri partnyor məntəqələrdə etdikləri alış-veriş zamanı keşbek qazanırdılarsa, yeni qaydalara əsasən bu ödənişlərə görə Umico bonusları təqdim olunur. Bonusların məbləğinə heç bir limit tətbiq olunmur. Yenilikdən faydalanmaq üçün Birbank mobil tətbiqində müvafiq ay üzrə ən azı bir Umico bonusu kateqoriyası seçilməlidir. Əgər istifadəçi keşbek kateqoriyasını seçərsə, partnyor ödənişləri üzrə bonus əldə edə bilmir. Yalnız Umico bonus kateqoriyasının seçilməsi ilə limitsiz bonus toplamaq mümkündür.

Yenilənmiş sistem istifadəçilərə həm seçilmiş bonus kateqoriyası, həm də partnyor məntəqələrdə alış-veriş üzrə bonus qazanmaq imkanı yaradır. Məsələn, əgər cari ay üçün müştəri “Hotellər – 3%” bonus kateqoriyasını seçibsə və ödəniş etdiyi hotel 5% bonus təqdim edən partnyordursa, o həm 3% kateqoriya bonusunu, həm də 5% partnyor bonusu qazanır. Nəticədə müştəri həmin əməliyyat üzrə ümumilikdə 8% Umico bonusu əldə edir.

Hazırda Birbank Cashback və Birbank Star kartlarında aylıq limit keşbek kateqoriyaları üçün ümumilikdə 50 AZN, Umico bonus kateqoriyaları üçün isə ümumilikdə 100 AZN təşkil edir. Həmçinin Birbank Premium Cashback və Birbank Umico kartları üçün bonus kateqosiyasında 100 AZN limit tətbiq olunur. Müştərilər uyğun Birbank kartlarından istifadə etməklə bu imkanlardan yararlana bilərlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

1 173 174 175 176 177 178 179 2. 693