515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı üzrə uçotun əsasları

posted in: Xəbər | 0

Mühasibat uçotunda bəzən elə öhdəliklərlə qarşılaşırıq ki, onların yaranması haqqında dəqiq məlumatlar yoxdur, bu yalnız ehtimal edilir. Ehtiyatlılıq prinsipini rəhbər tutan müəssisələr, baş verməsi ehtimal olunan bu cür hadisələr nəticəsində yaranacaq öhdəlikləri də uçota alırlar.

Bu tip öhdəliklər haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirən hesablardan biri 515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabıdır. Zərdab Peşə iseynin müəllimi Cəmil Əsədov tərəfindən hazırlanmış bu məqalədə sözügedən hesab üzrə uçotun əsas prinsipləri izah edilir.

Qısamüddətli öhdəliklər nədir?

Mühasibat uçotunun əsas vəzifəsi müəssisənin maliyyə vəziyyəti, fəaliyyət nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında şəffaf və etibarlı məlumat təqdim edən bir sistem qurmaqdır. Bu sistemin mühüm elementlərindən biri öhdəliklərin uçotudur. Öhdəliklər, müəssisənin gələcəkdə digər şəxslərə pul, xidmət və ya digər iqtisadi faydalar təqdim etməsi ilə nəticələnəcək indiki borclarıdır. Öhdəliklər, adətən, uzun və qısamüddətli olmaqla iki əsas qrupa bölünür.

Qısamüddətli öhdəliklər müəssisənin bir il və ya bir normal əməliyyat dövründə icra edilməsi gözlənilən borclarıdır. Bunlara misal olaraq qısamüddətli bank kreditləri, istiqrazlar, zəmanət öhdəlikləri, işçilərlə bağlı müavinət və öhdəliklər nümunə göstərilə bilər. Qısamüddətli öhdəliklər şirkətin likvidliyini qiymətləndirmək, hərtərəfli təhlil etmək üçün vacib göstəricidir. Belə öhdəliklərin uçotu AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 5-cü bölməsinə (“Qısamüddətli öhdəliklər”)  aid olan mühasibat hesablarında aparılır. 515 saylı ” Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı da bu bölməyə aiddir.

Hesablar planının uzunmüddətli öhdəliklər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirən uçot hesabları haqqında ətraflı məlumatı buradan almaq olar.

Qiymətləndirilmiş öhdəliklər konsepsiyası 

Qiymətləndirilmiş öhdəliklər (və ya ehtiyatlar/provision) – bu gün üçün keçmiş hadisənin nəticəsində yaranan və müəssisənin hazırda daşıdığı öhdəlikdir, lakin onun dəqiq məbləğini və ya ödənilmə tarixini müəyyənləşdirmək çətindir.

Beynəlxalq mühasibat standartlarına, xüsusilə  37 saylı MUBS: “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” (IAS 37) standartına görə belə öhdəliklərə aşağıdakı əsas xüsusiyyətlər xasdır:

  • həm məbləğ, həm də vaxt baxımından qeyri müəyyəndir:.
  • müəssisə üçün hüquqi (qanunla və ya müqavilə ilə rəsmi şəkildə müəyyən edilir) və ya konstruktiv (müəssisənin öz davranışı, siyasəti və ya ictimai öhdəliyi nəticəsində yaranan bir gözləntidir) xarakter daşıyır;
  • keçmiş hadisədən doğur – məsələn, işdən çıxarma qərarı, məhkəmə iddiası, hər hansı zəmanət öhdəliyi, hüquqi müqavilə və s.
  • gələcəkdə ödəniş tələb edir: adətən pul vəsaiti və ya digər aktivin çıxışı ilə nəticələnir.

Qiymətləndirilmiş öhdəliklərə bunları nümunə göstərmək olar

  • məhkəmə iddiaları – məhkəmə işinin şirkətin əleyhinə yekunlaşma ehtimalı olduqda;
  • ətraf mühitin bərpası – sənaye fəaliyyəti nəticəsində torpağın bərpası zərurəti;.
  • təmir xərcləri – zəmanət müddətində məhsullar üçün təmir məsuliyyəti;
  • işdən azad olunma müavinətləri – işçi ixtisarı ilə bağlı ödəniş gözlənilirsə, ehtiyat yaradıla bilər.

Qiymətləndirilmiş öhdəliklərin mühasibat uçotunda tanınması üçün aşağıdakı üç meyarın hər birinin  mövcud olunması zəruridir:

  1. Keçmiş hadisədən yaranan mövcud borc: öhdəlik keçmişdə baş vermiş bir hadisə nəticəsində yaranmış hazırkı borc olmalıdır.
  2. İqtisadi fayda axını ehtimalı: öhdəliyin yerinə yetirilməsi üçün gələcəkdə iqtisadi faydaların müəssisədən çıxması ehtimalı yüksək olmalıdır.
  3. Etibarlı dəyərləndirmə: öhdəliyin məbləği etibarlı şəkildə qiymətləndirilə bilməlidir.

Azərbaycan Respublikasının mühasibat uçotu sistemində qiymətləndirilmiş öhdəliklərin uçotunun, o cümlədən 515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” üzrə uçotun tənzimlənməsi, “Mühasibat uçotu haqqında” AR Qanunu, Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydaları və digər qanunvericilik aktları əsasında aparılır.

515 saylı hesabın təyinatı və əhatə dairəsi

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatlar yuxarıda qeyd edilən hesablar planının 50-cı maddəsinə aid olan hesablarda əks etdirilir. Bunlar aşağıdakılardır:

“Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” ifadəsi zamanı və ya məbləği dəqiq bilinməyən, lakin gələcəkdə iqtisadi faydaların çıxışına səbəb olacaq müxtəlif növ qısamüddətli borcları əhatə edir, məsələn:

  • əməyin təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar xəsarət almış işçilərin 12 ay ərzində müalicə xərcləri və müavinətləri;
  • məhsul satışı üçün şirkət aşağı keyfiyyətli məhsullar üçün ödənmiş pulun 1 il ərzində geri qaytarılması haqqında elan verir; düzdür hüquqi müqavilə yaxud qanunla rəsmiləşdirilməyib, lakin şirkət imicini itirməmək üçün buna gedir;
  • hüquqi öhdəlik olmasa da müəssisəyə qarşı açılmış və ya açılma ehtimalı yüksək olan, nəticəsi qeyri-müəyyən, lakin məhkəmə tərəfindən müəssisənin əleyhinə qərar veriləcəyi təqdirdə 12 ay ərzində böyük məbləğdə ödəniş tələb edə biləcək məhkəmə işləri bağlı potensial zərərlər;
  • qısa müddətli sığorta müqavilələri ilə bağlı öhdəliklər və digər bu kimi hallarda.

515 saylı hesab 511- 514-cü hesablarda uçota alınmayan qısamüddətli və qiymətləndirilə bilən öhdəlikləri uçota almaq üçün istifadə olunur. Bu hesab passiv hesabdır və müəssisənin balansının öhdəliklər bölməsində əks olunur. Hesab üzrə 515-1 saylı “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” adlı subhesab açılır.

Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər eyni adlı 414 saylı hesabda uçotu aparılır. 

515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı üzrə tənzimləmələr

515 saylı hesab üzrə mühasibat uçotu yazılışlarının tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 41.24-41.32-ci  bəndləri əsasında aparılır:

Əməliyyatın məzmunu Debit Kredit
Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər yarandıqda (41.26) 731: “Sair əməliyyat xərcləri” 515 saylı hesab
Öhdəlik uzunmüddətli kimi təsnifləşdirildikdə (41.26) 515 saylı hesab 414 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (41.27) 515 saylı hesab 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər”
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (41.27) 731-8: “Məzənnə xərcləri” 515 saylı hesab
Öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər (41.28) 515 saylı hesab Digər uzun və qısamüddətli borc və öhdəliklər (435, 538, 545)
Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklərin üçüncü şəxs tərəfindən ödənişi (41.31) 515 saylı hesab Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər –  243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 “Digər qısamüddətli öhdəliklər” hesabları
Əvvəllki dövrdə digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər kimi tanınıb xərcə aid edilən öhdəlik geri qaytarıldıqda (41.32) 515 saylı hesab 611: “Sair əməliyyat gəlirləri”

 

Praktik müxabirləşmə nümunələri

Müəssisə cari ilin yanvar ayında öz işçiləri üçün bədbəxt hadisələrin könüllü sığortası ilə bağlı sığorta şirkəti ilə 1 illik müqavilə bağlayıb. Müqavilənin dəyəri 24000 manatdır. Bu məbləğ hər ay bərabər hissələrlə ödəniləcək. Müqavilənin qüvvədə olduğu dövrdə   baş vermiş sığorta hadisəsi nəticəsində işçilərinin birinə 1000 manat sığorta ödənişi edilb. Bu məbləğ sığorta şirkəti tərəfindən müəssisənin hesablaşma hesabına köçürülərək müəssisənin kassasından nağd şəkildə ödənib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (AZN)
Sığorta müqaviləsi üzrə  qısamüddətli qiymətləndirilmiş öhdəlik xərc kimi tanınır. 731: “Sair əməliyyat xərcləri” 515-1: “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 24000
Sığorta şirkətinə cari ayın sığorta haqqı ödənilir 515 -1 saylı hesab 223 “Bank hesablaşma hesabları” 2000
Baş verən sığorta hadisəsinə görə işçiyə hesablanmış sığorta məbləği 515-1 saylı hesab 538 “Digər qısamüddətli kreditor borcları” 1000
Sığorta hadisəsinə görə işçiyə veriləcək sığorta pula müəssisəyə köçürülür 223 “Bank hesablaşma hesabları” 515-1 saylı hesab 1000
Müəssisə işçiyə sığorta hadisəsinə görə təzminat ödəyir 538 “Digər qısamüddətli kreditor borcları” 221 “Kassa” 1000
Sığorta şirkətinə növbəti ayın sığorta haqqı ödənilir 515 -1 saylı hesab 223 “Bank hesablaşma hesabları” 2000
Sonuncu müxabirləşmə il ərzində hər ay təkrarlanır

Bütün yuxarıda deyilənləri ümumiləşdirib deyə bilərik ki, 515 saylı  “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabından düzgün idarə edilməsi, müəssisənin maliyyə şəffaflığını gücləndirməklə yanaşı, həm də onun strateji planlaşdırma qabiliyyətini və likvidliyini qiymətləndirmək, hərtərəfli təhlil etmək üçün vacib bir alətdir.

414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı üzrə uçotun əsasları

posted in: Xəbər | 0

Mühasibat uçotu praktikasında elə öhdəliklərə rast gəlinir ki, onların yaranması ehtimala söykənir. Ehtiyatlılıq prinsipini əsas götürərək müəssisələr baş verməsi dəqiq olmayan, amma ehtimal edilən hadisələrlə bağlı yarana biləcək öhdəliyi də uçota alırlar. 414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı belə öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatları əks etdirən mühasibat uçotu hesablarından biridir. Sizə təqdim olunan məqalədə bu hesab üzrə uçotun əsas prinsipləri şərh olunur.

Uzunmüddətli öhdəliklər anlayışı

Mühasibat uçotunun əsas vəzifəsi müəssisənin maliyyə vəziyyəti, fəaliyyət nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında şəffaf və etibarlı məlumat təqdim edən bir sistem qurmaqdır. Bu sistemin mühüm elementlərindən biri öhdəliklərin uçotudur. Öhdəliklər, müəssisənin gələcəkdə digər şəxslərə pul, xidmət və ya digər iqtisadi faydalar təqdim etməsi ilə nəticələnəcək indiki borclarıdır. Öhdəliklər, adətən, qısa və uzunmüddətli olmaqla iki əsas qrupa bölünür.

Uzunmüddətli öhdəliklər müəssisənin bir il və ya bir normal əməliyyat dövründən daha uzun müddətə icra edilməsi gözlənilən borclarıdır. Bunlara misal olaraq uzunmüddətli bank kreditləri, istiqrazlar, icarə öhdəlikləri  nümunə göstərilə bilər. Qısamüddətli öhdəliklərdən fərqli olaraq, uzunmüddətli öhdəliklər adətən daha böyük məbləğləri əhatə edir və müəssisənin uzunmüddətli maliyyə dayanıqlığını dəyərləndirmək üçün vacib göstəricidir. Belə öhdəliklərin uçotu AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 4-cü bölməsinə (“Uzunmüddətli öhdəliklər”) aid olan mühasibat hesablarında aparılır. 414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı da bu bölməyə aiddir.

Hesablar planının qısamüddətli öhdəliklər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirən uçot hesabları haqqında ətraflı məlumatı buradan almaq olar.

Qiymətləndirilmiş öhdəliklər konsepsiyası 

Qiymətləndirilmiş öhdəliklər (və ya ehtiyatlar/provision) – müəssisənin gələcəkdə ödəniş edəcəyini gözlədiyi, lakin məbləği və ya ödənilmə vaxtı dəqiq olmayan, hazırkı öhdəliklərdir. Bu öhdəliklər aşağıdakı 3 meyar bir yerdə ödəndikdə tanınır:

  1. Keçmiş hadisələr nəticəsində yaranan indiki öhdəliyin olması.
  2. Öhdəliyin icrası üçün iqtisadi fayda axının olma ehtimalı.
  3. Öhdəliyin məbləğinin etibarlı dəyərlə qiymətləndirilə bilməsi.

Beynəlxalq mühasibat uçotu standartlarında öhdəliklərin tanınması, ölçülməsi və maliyyə hesabatlarında açıqlanması  MUBS 37 “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” (IAS 37) əsasında aparılır.

Azərbaycan Respublikasının mühasibat uçotu sistemində qiymətləndirilmiş öhdəliklərin uçotu, o cümlədən 414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” üzrə uçotun tənzimlənməsi, “Mühasibat uçotu haqqında” AR Qanunu, Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydaları və digər qanunvericilik aktları əsasında aparılır.

414 saylı hesabın təyinatı və əhatə dairəsi

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatlar yuxarıda qeyd edilən hesablar planının 40-cı maddəsinə aid olan hesablarda əks etdirilir. Bunlar aşağıdakılardır:

“Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” ifadəsi, müəyyən bir növ öhdəliyi deyil, zamanı və ya məbləği dəqiq bilinməyən, lakin gələcəkdə iqtisadi faydaların çıxışına səbəb olacaq müxtəlif növ uzunmüddətli borcları əhatə edir, məsələn:

  • şirkətin hüquqi tənzimlənməyən öhdəlikləri – şirkət aşağı keyfiyyətli məhsullar üçün 12 aydan daha çox müddətdə pulun geri qaytarılması haqqında elan verir; bu qanunla rəsmiləşdirilməyib, lakin şirkət öz reputasiyasını qorumaq üçün bunu həyata keçirir;
  • hüquqi öhdəlik olmasa da müəssisəyə qarşı açılmış və ya açılma ehtimalı yüksək olan, nəticəsi qeyri-müəyyən, lakin məhkəmə tərəfindən müəssisənin əleyhinə qərar veriləcəyi təqdirdə böyük məbləğdə ödəniş tələb edə biləcək uzunmüddətli məhkəmə işləri bağlı potensial zərərlər;
  • uzun müddətli sığorta müqavilələri ilə bağlı öhdəliklər və digər bu kimi hallarda.

414 saylı hesab 411-413-cü hesablarda uçota alınmıyan uzunmüddətli və qiymətləndirilə bilən öhdəliklərin uçotu üçün istifadə olunur. Bu hesab passiv hesabdır və müəssisənin balansında öhdəliklər bölməsində əks olunur. Hesab üzrə 414-1 saylı “Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər” adlı subhesab açılır.

Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu eyni adlı 515 saylı hesab üzrə aparılır.

414 saylı “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı üzrə tənzimləmələr

414 saylı hesab üzrə mühasibat uçotu yazılışlarının tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 35.19-35.27-ci  bəndləri əsasında aparılır:

Əməliyyatın məzmunu Debit Kredit
Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər yarandıqda (35.21) 731: “Sair əməliyyat xərcləri” 414 saylı hesab
Öhdəlik qısamüddətli kimi təsnifləşdirildikdə (35.21) 414 saylı hesab 515 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (35.22) 414 saylı hesab 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər”
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (35.22) 731-8: “Məzənnə xərcləri” 414 saylı hesab
Öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər (35.23) 414 saylı hesab Digər uzun və qısamüddətli borc və öhdəliklər (435, 538, 545)
Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin üçüncü şəxs tərəfindən ödənişi (35.26) 414 saylı hesab Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər –  243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 “Digər qısamüddətli öhdəliklər” hesabları
Əvvəllki dövrdə digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər kimi tanınıb xərcə aid edilən öhdəlik geri qaytarıldıqda (35.27) 414 saylı hesab 611: “Sair əməliyyat gəlirləri”

 

Praktik müxabirləşmə nümunələri

Nümunə 1: Müəssisə cari ilin yanvar ayında avadanlıqlarını 4 il müddətinə sığortalayıb. Ödəniləcək sığorta haqqı, 60000 manat, illər üzrə bərabər hissələrlə ödəniləcək. Cari ildə sığorta hadisəsi-avadanlıqlarda nasazlıq baş verir. Nasazlığın aradan qaldırılması üçün xidmət müəssisəsinə 2000 manat ödənilir. Sığorta şirkəti müqaviləyə əsasən həmin məbləği tam kompensasiya edir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (AZN)
Sığorta müqaviləsi üzrə  uzunmüddətli qiymətləndirilmiş öhdəlik xərc kimi tanınır. 731: “Sair əməliyyat xərcləri” 414-1: “Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər” 60000
Sığorta hadisəsi üzrə avadanlığın təmiri üçün xərclərin hesablanması 414-1: “Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər” 538: “Digər qısamüddətli kreditor borcları” 2000
Sığorta şirkətindən sığorta ödənişi (maliyyə kompensasiyası) müəssisənin bank hesabına daxil olur 223: “Bank hesablaşma hesabları” 414-1: “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 2000
Avadanlığın təmir xərcləri üzrə kreditor borc ödənilir 538: “Digər qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 2000
Cari ilə aid olan sığorta haqqı qısamüddətli öhdəlik kimi tanınır 414 -1 saylı hesab 515 -1 saylı hesab 15000
Cari ilin sığorta haqqı sığorta şirkətinə  ödənilib 515 -1 saylı hesab 223 “Bank hesablaşma hesabları” 15000

Nümunə 2: Müəssisə uzunmüddətli məhkəmə işi ilə bağlı potensial zərəri 40000 manat qiymətləndirib. Məhkəmənin ikinci ilində proses yekunlaşıb. Çıxarılan qərara əsasən 37800 manat iddiaçı tərəfə ödənib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (AZN)
Uzunmüddətli məhkəmə işi ilə bağlı potensial zərər 40000 manat kimi qiymətləndirilərək xərc kimi tanınır. 731: “Sair əməliyyat xərcləri” 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” 40000
Növbəti ildə məhkəmənin qərarına əsasən ödəniş edilib 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” 223 “Bank hesablaşma hesabları” 37800
Əvvəllki dövrdə digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər kimi tanınıb xərcə aid edilən öhdəlik geri qaytarılır 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” 611: “Sair əməliyyat gəlirləri”

 

15000

Ümumiləşdirib deyə bilərik ki, 414: “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabınnən düzgün idarə edilməsi, müəssisənin maliyyə şəffaflığını gücləndirməklə yanaşı, həm də onun strateji planlaşdırma qabiliyyətini və uzunmüddətli sabitliyini dəstəkləyən bir alətdir. Bu, sadəcə bir qanuni tələb deyil, həm də müəssisənin gələcək uğurları üçün əsaslı bir maliyyə idarəetmə alətidir.

 

111-ci hesabda torpaq, tikili və avadanlıqların daxil olması üzrə müxabirləşmələr

posted in: Xəbər | 0

Mühasibat praktikasında “Əsas vəsaitlər” kimi də şərh edilən torpaq, tikili və avadanlıqların uçotu Mühasibat Uçotunun Hesablar Planının 111 saylı aktiv hesabında aparılır. Bu haqda burada ətraflı məlumat vermişik.

Aşağıda torpaq, tikili və avadanlıqların daxil olması üzrə müxabirləşmə nümunələri verilib. Müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Torpaq, tikili və avadanlıqlar haqqı ödənilməklə digər müəssisələrdən alındıqda

Nümunə 1:  “A” MMC “B” MMC-dən dəyəri 2500 manat olan avadanlıq almışdır. 450 manat ƏDV hesablanmışdır. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 2500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 450.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
4 Kapitallaşdırılmış avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 2700.00

Torpaq, tikili və avadanlıqlar digər müəssisələrdən alınan zaman ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği torpaq, tikili və avadanlıqların ilkin dəyərinin üzərinə əlavə edilir.

Nümunə 2: “A” MMC “B” MMC-dən dəyəri 2500 manat olan avadanlıq almışdır. “A” MMC ƏDV ödəyicisi olmadığı üçün hesablanan 450 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdur. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 2500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 450.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 450.00
4 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
5 Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 3150.00

Müəssisənin təsisçisi tərəfindən torpaq, tikili, avadanlıqlar nizamnamə kapitalı şəklində qoyulduqda

Nümunə 3: “A” MMC-nin təsisçisi 4000 manat dəyərində əsas vəsaiti nizamnamə kapitalı şəklində qoymuşdur. Bu əsas vəsait quraşdırılan zaman 700 manat xərc çəkmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 4000.00
2 Nizamnamə kapitalı şəklində torpaq, tikili və avadanlıq qoyulduqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 4000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 700.00

Torpaq, tikili və avadanlıqlar müəssisə daxilində yaradıldıqda

Nümunə 4:  “A” MMC öz daxilində istifadə etmək məqsədilə əsas vəsait qurmaq qərarını almışdır. Bu əsas vəsaitin qurulmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 5 nəfərdir və cəmi 4750 manat əməkhaqqı hesablanmışdır. Əsas vəsait qurulan zaman 2800 manatlıq materialdan istifadə olunmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qurulma zamanı material istifadə edildikdə 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 201 – Material ehtiyatları 2800.00
2 Əməkhaqqı əsas vəsaitin dəyərinə aid edildikdə (kapitallaşma) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 4750.00
3 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 899.20
4 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (0.5%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 27.64
5 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (2%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 110.56
6 Əsas vəsait tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 8587.40

Torpaq, tikili və avadanlıqlar əvəzsiz alındıqda

Nümunə 5:  “A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən Əsas vəsait əldə etmişdir. Əsas vəsait quraşdırılarkən “A” MMC digər “C” MMC-ə 300 manat ödəniş etmişdir. Həmin Əsas vəsaitə bazar qiyməti tətbiq edilmiş və 2300 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən Torpaq, tikili və avadanlıqlar gəlir kimi tanındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 2300.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 300.00
3 Kapitallaşdırılmış Torpaq, tikili və avadanlıqlar istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 2600.00
4 Gəlir kimi tanınan Torpaq, tikili və avadanlıqlar Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 2300.00

Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda

Nümunə 6: “A” MMC tikinti şirkəti olan “D” MMC-dən tikinti-quraşdırma işləri ilə bağlı xidmət almışdır. Xidmət haqqı 9800 manat təşkil etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 9800.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 1764.00

ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği torpaq, tikili və avadanlıqların dəyərinin üzərinə əlavə edilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 9800.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 1764.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 1764.00

Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə

Nümunə 7:   “A” MMC dəyəri 250000 manat olan Əsas vəsaitin maliyyə icarəsi ilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “A” MMC Əsas vəsait üzrə borcu illərə mütənasib bölməklə ödəməlidir. 2-ci ilin sonunda Əsas vəsaitə görə olan 162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 162500.00
İlk ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 43750.00
4 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

İkinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 43750.00
4 Maliyyə icarəsi üzrə ikinci ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ikinci ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

Torpaq, tikili və avadanlıqlar və onların uçotu haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

Torpaq, tikili və avadanlıqların xaric olması mənbələri daha ətraflı məlumat almaq üçün  buraya keçid  ala bilərsiniz.

Nağd əməliyyat üzrə aylıq limitlər necə müəyyən olunur?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Son dəyişikliyədək “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli idi.

Maddənin tələblərindən göründüyü kimi, ƏDV ödəyicisi olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə nağd ödənişlə bağlı tələb ayda 30.000 manat idi. ƏDV ödəyicisi olmayan və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan az olan vergi ödəyiciləri üçün isə bu hədd ayda 15.000 manat müəyyən edilmişdi.

2025-ci il yanvarın 1-i tarixindən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində edilmiş dəyişiklikdən sonra isə dövriyyədən asılı olaraq, diferensial yanaşma tətbiq olunur. Qeyd olunan həmin maddəyə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri içün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim olunan mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilməlidir.

Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada hayata keçirilməlidir.

Qanunda edilmiş son dəyişikliklərdən sonra aşağıdakı iki yenilik tətbiq olunur:

  • vergi ödəyicisinin əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyəsi əsas götürələcək;
  • həmin dövriyyə zamanı məbləğlər ƏDV daxil olmaqla nəzərə alınacaq.

Vergi ödəyicisinin dövriyyəsi üzrə aylıq nağd ödənişlərlə bağlı üç cür hesablama aparılacaq.

Misal 1: ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsi (ƏDV daxil olmaqla) 1.000.000 manat olub. Həmin dövriyyənin 2 faizi, yəni 20.000 manat 30.000 manatdan az olduğu üçün təqvim ayı üzrə nağd ödənişlərin maksimum limiti 30.000 manat olaraq saxlanılacaq.

Misal 2: Vergi ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 2.000.000 manat (ƏDV daxil) olub. Bu halda növbəti ayda (martda) nağd ödənişlər üzrə limit 30.000 manat yox, 40.000 manat (2.000.000 manat x 2 faiz) müəyyən ediləcək. Çünki əvvəlki təqvim ayında vergi ödəyicisinin dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30.000 manatdan artıq, 50 min manatdan az olduqda satış dövriyyəsinin 2 faizindən artıq olan hesablaşma üzrə minimum ödəniş məbləği cari ay üzrə limit kimi qəbul edilir.

Misal 3: ƏDV ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 4.000.000 manat (ƏDV daxil) olarsa, o halda mart ayında nağd ödənişlər üzrə maksimum limit 80.000 manat (4.000.000 manat x 2 faiz) yox, 50.000 manat (ay üzrə maksimum limit) tətbiq ediləcək. Çünki “Nağdsız hesabaşmalar haqqında” Qanunun tələblərinə əsasən, ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 50.000 manatdan artıq olarsa, cari ayda nağd ödənişlər üzrə 50.000 manatlıq limit tətbiq ediləcək.

Mənbə: vergiler.az

Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?

1 176 177 178 179 180 181 182 2. 693