Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotundan çıxarılması

posted in: Xəbər | 0

ödənilməli vergilərXidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış”

əlavə olaraq təqdim edilə bilər:

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (obyektdə quraşdırılmış NKA qeydiyyatdan çıxarılmamışdırsa (POS-terminal olduqda və qeydiyyatdan çıxarılmamışdırsa qeydiyyatdan çıxarılmaqla))

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması haqqında bildiriş və ya Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılmasının təxirə salınması barədə məktub (e-qutuya  göndərilir)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (8-ci addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotuMühasibat uçotu ilə bağlı 13 addım (8-ci addım)

7-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mal və maddi dəyərlər anlayışı

Mal və maddi dəyərlər – bunlar istehsal prosesində bir dəfə iştirak edən və öz dəyərlərini tamamilə istehsal olunan məhsulun maya dəyərinə keçirən əmək alətləridir. Onlar istehsal olunan məhsulların maddi əsaslarına çevrilirlər. Məsələn: Un artıq yoxdur, çörək var. Lakin, çörək nədən hazırlanıb? Undan.

İstehsal prosesində müxtəlif materiallar iştirak edir. İstehsal prosesində tam şəkildə istehlak olunanlar – bunlar xammal, materiallar və yarımfabrikatlardır və elələri də var ki, onlar da məhsulun maya dəyərinin tərkibinə otururlar, yalnız öz formalarını dəyişdirirlər: emulsiyalar, sürtkü yağları və boya və lak materialları. Elələri də var ki, onlar nə zahirən, nə də daxilən dəyişirlər, yalnız məhsulun hazırlanmasında yadımçı olurlar, bunlar – alətlər, xüsusi geyimlər və s.

Təyinatına və istehsalda iştirak roluna görə bütün maddi dəyərləri əsas və köməkçi materiallara ayırmaq olar.

Əsas dəyərlər – bu materiallar tamamilə yeni məhsulun tərkibinə oturur, onun maddi əsasını təşkil edirlər, necə ki, çörək-bulka məhsulunun əsasında un dayanır.

Köməkçi materiallar – onlar da buraxılan məhsulun maddi (material) əsasını təşkil edirlər, lakin onlardan keyfiyyətin əldə edilməsi üçün istifadə olunur. Onlar əsasən başlıca materialın komponentləri kimi nəzərdə tutulur.Amma, onların əsas və başlıca materiallara bölünməsi olduqca şərtidir. Bunu nəzəri olaraq bilmək lazımdır, praktikada isə o, bölünməyə hər bir konkret hal üçün ayrıca yanaşılmadır. Məsələn, qeyd etdiyimiz un kimi. Çörəkbişirmədə un – əsas materialdır, balıq məmulatları hazırlanmasında isə o, köməkçi materialdır.

9-cu hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergidən azad olunmuş gəlirlərə görə vergi orqanına bəyannamə verilməsi

posted in: Vergi, Xəbər | 0

Təsis vergi öhdəliyi xidmətVergidən azad olunmuş gəlirlərə görə vergi orqanına bəyannamə verilməsi.

Fərdi sahibkar kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olur. Onun istehsal etdiyi tərəvəz bazarda satılır.

Bu halda fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim etmədiyi təqdirdə, ona hər hansı cərimə nəzərdə tutulurmu?

Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad edilmiş gəlirlərin bəyan olunmamasına və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, vergidən azad edilmiş gəlir əldə edən şəxs, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir. Fərdi sahibkarın belə gəlirini vergi orqanına bəyan etməməsinə görə ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq ediləcəkdir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məxsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əvvəllər MDSS hesabatının gecikməyinə görə olan 10% sanksiya hazırda nə qədərdir?

posted in: Xəbər | 0

MDSS hesabatının gecikməyinə görə olan sanksiya.

Xidməti müqavilə borclarSual: Daha öncə MDSS hesabatının gecikməsinə görə sanksiya 10% təskil edirdi. Hal-hazırda hesabatı gecikdirməyə görə cərimə nə qədərdir?

Cavab: Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq  olunur.

Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.