Read More9
Read More9

Rezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

posted in: Xəbər | 0

Yerli rezident olan şirkət kənar işçilərə, məsələn, partnyorlara, başqa ölkələrdə yerləşən nümayəndəlik ofislərinin işçilərinə və s. görə ödənişlər edir. Bu halda, təyyarə biletləri, yemək və buna oxşar digər xərclərin gəlirdən çıxılmasına yol verilən və verilməyən qaydalar necə tənzimlənir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən, Məcəllənin X fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilib.

Qaydanın 2.1-ci bəndinə əsasən, işçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilən nümayəndəlik xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi üçün həmin xərclər nağdsız qaydada çəkilməli, əsaslandırılmalı və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilməlidir.

Eyni zamanda, işəgötürən tərəfindən ezamiyyətə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin ezamiyyə qaydaları” ilə tənzimlənir. Həmin qaydalara əsasən, nəqliyyat xərclərinə – ezamolunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilmiş sənədlər əsasında ödənilir.

Yuxarıda qeyd olunan hallara əsasən, şirkət tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xarici ölkələrə ezamiyyələr zamanı Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin ezamolunma yerinə getmək və qayıtmaq xərclərini təsdiq edən sənədlər əsasında işçiyə ödənilən nəqliyyat xərcləri gəlirdən çıxılan xərclərə aid edilir.

Əlavə olaraq ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilib.

Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilə bilər.

Mənbə: vergiler.az

Xarici ölkə vətəndaşları da ƏDV-ni geri alacaq – nələr dəyişdi?

Səyyar vergi yoxlamaları zamanı qüvvədən düşmüş qərara istinad mümkündürmü?

posted in: Xəbər | 0

2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilib. Buna görə də Məcəllənin 83.9-cu maddəsi əsasında hazırlanan Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə 55 saylı qərarı da qüvvədən düşüb.

Bəs əvvəlki illərə aid səyyar vergi yoxlamaları zamanı həmin qərara istinad etmək mümkündürmü? Suala Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Sirac Piriyev III Vergi və Mühasibatlıq Zirvəsində panel müzakirələr zamanı aydınlıq gətirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin şərti rentabellik normasını əks etdirən 55 saylı qərarı 1 yanvar 2024-cü il tarixindən ləğv edilib: “2024-cü ildən sonrakı dövrə aid yoxlamalar zamanı 2024-cü ildən daha əvvəlki dövrlər yoxlanılırsa, həmin dönəmdə Nazirlər Kabinetinin 55 saylı qərarı qüvvədə olduğuna görə, vergi orqanı bu qərarı tətbiq edə bilər. Sadəcə, burada bir məqama diqqət yetirilməlidir ki, vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət etməklə vergi ödəyicisinin gəlir və ya xərclərini ilk növbədə digər mənbələr hesabına müəyyən etməlidir. Əgər həmin məlumatlar əldə edilməzsə, son zərurət olaraq, şərti rentabellik norması tətbiq edilə bilər. Başqa sözlə, yeni normaların 2024-cü ildən qəbul edilməsinə baxmayaraq, əvvəlki dövrlərə aid səyyar vergi yoxlaması həyata keçirilən zaman Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq oluna bilər. Amma 2024-cü ildən sonrakı dövrlər yoxlanıldıqda isə Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən, xərclərə münasibətdə 50% rentabellik gəlir götürülür. Qanunun keçid müddəalarına əsasən, yalnız 2024-cü il üzrə yenə də 50% şərti rentabellik götürüləcək. 2025-ci il 1 yanvar tarixindən isə yalnız faktiki olaraq gəlir və xərc tələbləri əsasında mənfəət (gəlir) bəyan olunacaq”.

Ötən il Vergi Məcəlləsinə əlavə olunmuş 67.3-1-ci maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 01.01.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır:

M = X : 100 x R

Burada:

M – Vergi ödəyicisinin mənfəəti;
X – Vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərcləri;
R – Şərti rentabellik normasıdır.

Mənbə: vergiler.az

İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?

Xarici ölkə vətəndaşları da ƏDV-ni geri alacaq – nələr dəyişdi?

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin əlavə dəyər vergisinin (ƏDV) bir hissəninin geri qaytarılması prosesində daha rahat və şəffaf bir sistemə keçidini təmin etmək məqsədilə 2025-ci ildən Vergi Məcəlləsində bu mexanizmlə bağlı dəyişikliklər edilib. Yeniliyi “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Səbinə Mirzəyeva şərh edir. 

Vergi Məcəlləsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən ƏDV-nin bir hissəsinin geri qaytarılması (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) qaydası nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5 faizini, nağd şəklində ödənildiyi halda isə 5%-ni təşkil edir (teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan ƏDV məbləği istisna olmaqla).

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilən dəyişikliklərə əsasən, 2025-ci ilin 1 iyul tarixindən etibarən teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi sahəsində alınmış xidmətlərə görə yalnız nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin geri qaytarılması mümkün olacaq. Bu zaman nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir. Yeniliyin əsas məqsədi ölkədə mədəniyyət və incəsənət tədbirlərinə olan marağı artırmaq, əhalini bu tədbirlərdə iştirak etməyə həvəsləndirmək və dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafına dəstək verməkdir.

Misal: Vətəndaş 2025-ci ilin sentyabr ayında simfonik orkestrin konserti üçün 59 manata nağdsız qaydada bilet alır. Bu məbləğin 50 manatı biletin dəyəri, 9 manatı isə ƏDV məbləğidir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vətəndaş həmin ƏDV məbləğinin 50%-ni, yəni 4.5 manatını geri ala biləcək.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində alınmış mallara görə (istehsal və kommersiya məqsədləri istisna olmaqla) ödənilmiş ƏDV məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən geri qaytarılır. Həmçinin, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV məbləği geri qaytarılır. Çünki nağd ödənişlər üçün ƏDV-nin geri qaytarılma proseduru tətbiq edilmir. Bu dəyişiklik həmin şəxslərin 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda tətbiq olunur. Xarici ölkə vətəndaşı tibbi xidmət göstərilən yerə yaxın olan xüsusi məntəqədə və ya onlayn vergiqaytarma portalı vasitəsilə ƏDV-nin geri qaytarılmasını həyata keçirə bilər. Vergi Məcəlləsində ƏDV-nin geri qaytarılması ilə bağlı edilən dəyişikliklər həm yerli, həm də əcnəbi vergi ödəyicilərinin ƏDV-ni geri almaq prosesini daha sadə və şəffaf etmək məqsədi daşıyır.

Mənbə: vergiler.az

İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?

751-ci “Maliyyə xərcləri” hesabı üzrə müxabirləşmə nümunələri

posted in: Xəbər | 0

751-ci “Maliyyə xərcləri” hesabı

Mühasibat uçotunun hesablar planının 7-ci bölməsi üzrə açılan hesablarda ayrı-ayrı xərc maddələri üzrə mühasibat qeydləri aparılır. Belə hesablardan biri Hesablar Planının 75-ci maddəsi üzrə açılan 751-ci “Maliyyə xərcləri” hesabıdır. Hesab üzrə müxabirləşmələr, subhesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında tənzimlənir.

Bu hesabda, yuxarıda qeyd edilən Qaydaların 57.3 bəndinə əsasən “mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz xərci, konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri, maliyyə iсarəsi üzrə faiz xərcləri, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri və digər maliyyə xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

751-ci “Maliyyə xərcləri” hesabı üzrə uçot, müxabirləşmələr zamanı tənzimləmələr haqqında buradan daha geniş oxumaq olar. Bu məqalədə, həmçinin imtiyazlı səhmlərin buraxılışı və bankdan uzunmüddətli kredit alındıqda və qaytarıldıqda maliyyə xərcləri ilə bağlı müxabirləşmə nümunələri də verilib.

Aşağıda daha iki hal üçün 751-ci “Maliyyə xərcləri” hesabı üzər müxabirləşmə nümunələri verilib.

Digər şəxslərdən borc götürüldükdə maliyyə xərcləri ilə bağlı nümunələr

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşı olan “B” MMC-dən 36000 manat məbləğində, uzunmüddətli borc pul almışdır. Tərəflər arasındakı müqaviləyə əsasən alınan uzunmüddətli borc 3 il ərzində ödənilməli və hər il borcun 10%-i məbləğində faiz ödənilməlidir.

Birinci il icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisə tərəfindən istiqrazlar buraxıldıqda 223 – Bank hesablaşma hesabları 404 – Uzunmüddətli borclar 36000.00
2 Uzunmüddətli borclarla bağlı birinci il üçün faiz xərcləri hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 3600.00
3 Sonrakı iki il üçün olan əsas borc məbləğinin faiz xərci hesablandıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 7200.00
4 Birinci il üçün hesablanmış  faiz borcu ödəndikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borclar 223 – Bank hesablaşma hesabları 3600.00
5 Birinci ilin faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 3600.00
6 Hesabat ilinin sonunda faiz xərci ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümymi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 3600.00

İkinci ilin icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci il üçün hesablanan faiz borcu uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 3600.00
2 İkinci ilin faiz üzrə xərcləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 3600.00
3 Faiz borcu ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 3600.00
4 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 3600.00
5 Hesabat ilinin sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 3600.00

Üçüncü ilin icra ediləcək əməliyyatlar aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Üçüncü il üçün hesablanan faiz borcu uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 3600.00
2 Üçüncü ilin faiz üzrə xərcləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 3600.00
3 Faiz borcu ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 3600.00
4 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 3600.00
5 Hesabat ilinin sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 3600.00

Maliyyə icarəsi ilə torpaq, tikili və avadanlıqlar əldə edildikdə maliyyə xərcləri

“A” MMC dəyəri 25000 manat olan nəqliyyat vasitəsinin maliyyə icarəsilə əlaqədar olaraq “B” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 1 ildir. Razılığa əsasən 1-ci ilin sonunda nəqliyyat vasitəsinə görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 16250.00
2 İllik faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 8750.00

Tərəflər arasında qarşılıqlı razılığa əsasən icarə müddəti uzadılaraq 2 il təyin edilmişdir. Yeni şərtə əsasən, 2-ci ilin sonunda Əsas vəsaitə görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir. Yuxarıdakı müxabirləşmələri nəzərə alaraq 1-ci il üçün düzəlişləri edək:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Növbəti ilə aid edilən icarə haqqı qısamüddətli  öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 8125.00
2 Növbəti ilin faiz borcları qısamüddətli  öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 4375.00
3 Əvvəl qısamüddətli faiz borcları kimi qeydə alınan faizlərə düzəliş edildikdə 191 – Gələcək hesabat dövrlərinin xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4375.00

1-ci ilin ödənişləri həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 8125.00
2 Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 4375.00
3 Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4575.00

2-ci ilin uçotu, ödənişləri aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 8125.00
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 4375.00
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri ` – Gələcək hesabat dövrlərinin xərcləri 4375.00
4 Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 8125.00
5 Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 4375.00
6 Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4575.00

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

1 208 209 210 211 212 213 214 2. 681
error: Content is protected !!