Türkiyədə yeni iqtisadi proqram təqdim edilib

posted in: iqtisadiyyat, Xəbər | 0

iqtisadi proqramÖlkənin xəzinə və maliyyə naziri Berat Albayrak 2019-2021-ci illəri əhatə edən üçillik yol xəritəsi ilə bağlı açıqlama vermişdir. Tarazlaşdırma, intizam və dəyişmə kimi üç təməl üzərində qurulacaq «Yeni iqtisadi proqram» adlı sənəddə bu il üçün iqtisadi artımın 3,8 faiz, gələn il üçünsə 2,3 faiz nəzərdə tutulmuşdur. Sənəddə inflyasiya proqnozları 2018-ci il üçün 20,8 faiz, 2019-cu il üçünsə 15,9 faiz müəyyənləşdirilmişdir.

Proqrama əsasən, dövlət maliyyəsinin prioritet hədəfləri mal və xidmətlər, sərmayə, iri investisiyalar, cari transfer və faiz xərclərinin azaldılması, eləcə də gəlirlərin artırılması olacaq. Nağd və vergi təşviqləri başda olmaqla, təşviq mexanizmlərinin hamısına yenidən baxılacaq, onlar bütövləşdirilmiş, sadə və səmərəli hala gətiriləcək. Təşviqlərin mikroiqtisadi hədəflərə və büdcəyə uyğunluğu təmin ediləcək. Davamlı xarakter daşımayan və konyuktur baxımından həssas gəlirlərin yaratdığı müvəqqəti qaynaqlara əsasən daimi mahiyyətli xərclərin yaranmasına yol verilməyəcək.

Bax: Azərbaycanda 17 yerli şirkət ləğv edildi

Dönər valyuta ilə sərmayə qoyulan əməliyyatların büdcə intizamı daxilində açıq, şəffaf və hesabatlılıq şərtlərinə əsaslanan idarəetmə və maliyyə fəaliyyətləri üzrə tənzimlənməsi aparılacaq. Dövlət mənbələrindən xərclənən vəsaitlərin izlənilməsini asanlaşdıracaq, şəffaflığı və hesabatlılığı artıracaq proqram çərçivəsində icraya əsaslanan büdcə həyata keçiriləcək. Vergi bazasının genişləndirilməsi və vergi sistemində ədalətin gücləndirilməsi məqsədilə səmərəsiz azadetmə, güzəşt və endirimlər mərhələli şəkildə ləğv olunacaq,  vergi qanunvericiliyi təkmilləşdiriləcək.

Vergi Məlumatlarının Təhlili Mərkəzinin qurulması ilə vergi yığımında fəallığın  artırılması və vergidən yayınma hallarının azaldılması təmin ediləcək.

Vergi ödəyicilərinə xidmət mərkəzinin fəallığının artırılması, həyata keçirilən «İnteraktiv vergi dairəsi» layihəsi ilə elektron xidmətlərin göstərilməsi, eləcə də kiçik vergi ödəyicilərinin vergi qeydiyyatının elektron mühitdə aparılması ilə könüllü vergi ödəmələrinin səviyyəsinin yüksəldilməsinə şərait yaradılacaq.

Bundan başqa, dəbdəbəli və ya idxal tələbatı yüksək olan məhsulların siyahısı yenilənərək vergi tənzimlənməsi həyata keçiriləcək. Daşınmaz əmlakın qiymətləndirilməsi qurumu yaradılacaq və inventarlaşdırma işləri başa çatdırılacaq. Dövlət qeydiyyatı xərclərinin və əmlak vergisinin əmlakın real dəyərindən tutulması təmin ediləcək və əmlak vergisi sistemi təkmilləşdiriləcək.

Yenidənqurma planı nəticəsində əmələ gələcək əlavə dəyər artımlarından dövlətə real miqyasda pay verilməsi və artımların ədalətli şəkildə bölüşdürülməsi təmin ediləcək. Dövlət və özəl sektor arasındakı əməkdaşlığın daha fəal və maliyyə baxımından əlverişli olması üçün müvafiq model yaradılacaq. Maliyyə cəhətdən davamlılığı təmin etmək və dövlət maliyyəsindən asılılığı azaltmaq üçün sosial sığorta sistemi daha da təkmilləşdiriləcək.

Mənbə: vergiler.az

700 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: AS Prof Group

Şəhər: Bakı
Cinsi: Kişi
Əmək haqqı: 700 AZN

E – mail :   / 

Həmçinin bax: Minimum tələblə Mühasib – xəzinədar axtarılır

İş barədə məlumat:

– Vergi , DSMF  və Stastistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
– Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi
– Kassa , Bank əməliyyatlarının həyata keçirilməsi
– Debitor və kreditor hesablaşmalar
– Əmək haqqı hesablanması
– Aylıq xərclər smetasının planlaşdırılması  və xərclərin planı uyğun sərfiyyatına nəzarət
– Aylıq , rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki 09:00-dan 18-dək
– Dil bilikləri: Azərbaycan və Rus dilini bilməli

Həmçinin bax: 1700 manat məvaciblə Aparıcı mühasib axtarılır

Namizədə tələblər:

– Ali təhsil ( maliyyə və mühasibat )
– Yaş həddi : 25-35
– Logistika  sahəsində azı 2 il  mühasib təcrübəsi
– Vergi və əmək məcəlləsini yaxşı səviyyədə  bilməli
– AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli
– Office proqpamlarını yüksək səviyyədə  bilməli
– 1C 8.2 , 8.3  platformasında təcrübə mütləqdir

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Xarici investisiyalı MMC-lərdə elektron qeydiyyat sistemi olacaq

posted in: Xəbər | 0

elektron qeydiyyatQanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) də elektron qeydiyyat sistemi tətbiq olunacaq.

Bu fikirləri Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Departament rəsmisinin sözlərinə görə, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur.

Həmçinin bax: Gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir.

Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.

Ə.Məmmədov qeyd edib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub.

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

ƏƏSMN və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Məlumatı

posted in: Xəbər | 0

sığortaedənAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar çərçivəsində uğurla icra edilən işlərdən biri kimi son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial müdafiəsi və təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan sosial müavinət və təqaüd sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülmüşdür.

Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında Elnur Quliyev və Vidadi Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: www.mlspp.gov.az