Azərbaycanda Beynəlxalq Mühasiblər forumu keçiriləcək

posted in: muhasibat, Xəbər | 2

Mühasiblər forumu“Azərbaycan Mühasiblər və Risk Peşakarları Assosiasiyası”

                         İctimaiyyətlə Əlaqələr Şöbəsi

______________________________________________

Press-Reliz

Azərbaycanda Beynəlxalq Mühasiblər forumu keçiriləcək.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) və Dünya Bankının Maliyyə Hesabatları üzrə İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Oktyabr 2018-ci ildə Bakı şəhərində yerləşən Hyatt Regency otelində forum keçiriləcək. Forumda Azərbaycanda yeni mühasibat uçotu standartlarının tətbiqi və mühasibat uçotu sahəsində aparılan islahatlarla bağlı müzakirələr aparılacaq.

Həmçinin bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Forumun keçirilməsində əsas məqsəd “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdən irəli gələn yeni standartlara keçid prosesinin asanlaşdırılmasına töhfə vermək, yeni dəyişikliklərlə bağlı üzləşilə biləcək problemlər və onların həlli yollarını araşdırmaq, mühasibat uçotu üzrə təhsil proqramının hazırlanmasında Azərbaycanın aparıcı ali təhsil müəssisələri və peşəkar mühasibat təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə nail olmaqdır.

Forumda mühasibat uçotu və maliyyə idarəetməsi sahəsində ixtisaslaşmış mütəxəssislərlə yanaşı, nüfuzlu yerli dövlət və özəl müəssisələrin rəhbər vəzifəli şəxslərinin və əcnəbi mütəxəssislərin məruzəçi qismində iştirakı planlaşdırılır. Forumun gələcəkdə müvafiq sahədə vahid platformanın formalaşdırmasına əsas olacağı güman olunur.

 Ətraflı məlumat üçün ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz

Bakı, istiqlaliyyət küç., 31C
AZ1001, Bakı, Azərbaycan

E: 
T: (+99412) 505 00 56, / (+99412) 505 53 02

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

“Borclunun sağlamlaşdırılması planının məzmunu” təsdiq edilib

posted in: Xəbər | 0
Borclunun sağlamlaşdırılmasıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 416
Bakı şəhəri, 26 sentyabr 2018-ci il
“Borclunun sağlamlaşdırılması planının məzmunu”nun
təsdiq edilməsi haqqında

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1087-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 25 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Borclunun sağlamlaşdırılması planının məzmunu” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş naziri                           Novruz Məmmədov

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 26 sentyabr
tarixli 416 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Borclunun sağlamlaşdırılması planının məzmunu

1. Borclunun sağlamlaşdırılması planının məzmunu (bundan sonra – Sənəd) “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsinə əsasən hazırlanmışdır.

2. Borclunun sağlamlaşdırılması borclunun sağlamlaşdırılması planına uyğun olaraq həyata keçirilir. Borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir. Həmin planda aşağıdakılar göstərilir:

2.1. borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu tələblərin icrası qaydası və müddəti;

2.2. borclunun sağlamlaşdırılması planının icrası və icrasına nəzarət ilə bağlı tədbirlər;

2.3. borclunun sağlamlaşdırılması planının xitamı üçün əsaslar və onun nəticələri.

  1. Bu Sənədin 2-ci hissəsində göstərilənlərə əlavə olaraq, borclunun sağlamlaşdırılması planında aşağıdakılar göstərilə bilər:

3.1. müxtəlif kreditorlar qrupuna aid olan kreditorların tələblərinin fərqli ödəmə şərtləri;

3.2. kreditlərin alınması üçün tədbirlər;

3.3. bu Sənədin 3-cü hissəsində nəzərdə tutulmayan hər hansı digər şərtlər və ya tədbirlər.

  1. Borclunun sağlamlaşdırılması planında borclunun pul öhdəliklərinin aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi vasitəsilə sağlamlaşdırılması nəzərdə tutula bilər:

4.1. hissə-hissə ödənişlər, habelə ödəniş müddətlərinin, öhdəliklərin valyutasının, faiz dərəcələrinin dəyişdirilməsi, o cümlədən cəlb edilmiş vəsaitlərin qiymətindən aşağı səviyyədə müəyyən edilməsi və faizlərin hesablanmasının tamamilə dayandırılması, kreditlə və ya kreditin təminatı olan ipoteka və ya girov ilə bağlı müqavilələrin şərtlərinin dəyişdirilməsi;

4.2. borc öhdəliklərinin şərtlərinin dəyişdirilməsi;

4.3. girov və ipoteka predmeti hesabına tələblərin ödənilməsi. Bu zaman girovda və ya ipotekada olan əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər bu girovla və ya ipoteka ilə təmin edilən tələblər çərçivəsində həmin əmlakın girovsaxlayanın və ya ipotekasaxlayanın tələblərinin ödənilməsinə yönəldilir;

 4.4. tələblərin tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququnun kreditora (kreditorlara) verilməsi. Bu zaman kreditorun (kreditorların) tələbləri girov və ya ipoteka qoyulmuş əmlakın satışından sonra qismən ödənildiyi təqdirdə, əlavə tələb hüququ qüvvədə qalır. İddiaların tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququ kreditora (kreditorlara) yalnız həmin kreditorun (kreditorların) razılığı ilə verilir;

4.5. borclunun girov və ya ipoteka qoyulmamış əmlakına tutmanın yönəldilməsi;

4.6. borcun tam və ya qismən bağışlanılması;

4.7. borclunun iştirakçısı olduğu müqavilələrin ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi;

4.8. girov və ya ipoteka hüquqlarından imtina edilməsi;

 4.9. borclu və ya üçüncü şəxslər tərəfindən əlavə girovun və ya ipotekanın, o cümlədən qarantiya və zəmanətlərin verilməsi;

 4.10. borcun kapitala çevrilməsi;

4.11. borclunun nizamnamə kapitalında yeni payın əldə edilməsi;

4.12. borclu tərəfindən qiymətli kağızların buraxılışı;

4.13. borclunun yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə);

4.14. təsisçilər (iştirakçılar) istisna olmaqla, borclunun digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin kreditorlar qrupunun müəyyən etdiyi şəxslərlə əvəz edilməsi;

4.15. borclunun korporativ idarəçiliyində dəyişikliklər edilməsi;

4.16. borclunun sağlamlaşdırılması ilə bağlı hər hansı digər tədbirlər

5. Borclunun sağlamlaşdırılması planına ləğvetmə təhlili əlavə edilir. Həmin təhlildə borclunun ləğv edilməsi ilə müqayisədə kreditor (kreditorlar) üçün borclunun sağlamlaşdırılması planının həyata keçirilməsi ilə bağlı üstünlüklər əks olunur. Borclunun sağlamlaşdırılması planına borclunun bu planın şərtlərini yerinə yetirmək imkanını və qabiliyyətini təsdiqləyən maliyyə təhlili də əlavə edilir.

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı yenə dəyişdirildi

posted in: Vergi, Xəbər | 0

vətəndaş qəbulunun vaxtıVətəndaşların qəbulu vaxtı barədə. Vergilər naziri Mikayıl Cabbarovun oktyabr ayının 1-də Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul vaxtı barədə əlavə məlumat veriləcək.

Mənbə: taxes.gov.az

Həmçinin bax: 

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

1700 manat məvaciblə Aparıcı mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Aparıcı Mühasib Vəzifənin adı: Aparıcı Mühasib

İşəgötürən: Mirlex LLC

İş yeri: Bakı

Əmək haqqı: 1,500 – 1,700 AZN

Bax: 2000 manat məvaciblə Baş mühasib axtarılır

Namizədə tələblər:

• İqtisadiyyat, mühasibatlıq üzrə ali təhsil;
• İstehsalat və ya tikinti sahəsində Aparıcı Mühasib kimi ən azı 4-5 il iş təcrübəsi (MÜTLƏQDİR);
• MS Excel və 1C (8.3) proqramları ilə işləmək bacarığı (MÜTLƏQDİR);
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• Kargüzarlıq işlərini bilmək;
• Azərbaycan və Rus dili bilikləri;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini  / info@finstaff.az electron ünvanına mövzu yerində vakansiya adını yazaraq göndərməsi xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.