Aviabilet satışı vergiyə necə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0

AviabiletSual: Aviabilet satışını həyata keçirən, IATA (BSP) şirkətinin subagenti olaraq fəaliyyət göstərən Sadələşdirilmiş vergi ödəyicisi olan “XXX MMC” hüquqi şəxsi 500 AZN dəyərində aldığı aviabiletinə 20 AZN komissiya əlavə edərək 520 AZN-ə satış edərsə, vergi tutulan dövriyyə 20 AZN-dir yoxsa 520 AZN? Ünvanlanmış sualımın yuxarıda qeyd etdiyim əyani misal üzərində cavablandırılmasını xahiş edirəm. Öncədən təşəkkürlər.

Cavab: Bildiririk ki, bir şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (agent (komissiya) müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edildiyi halda subagent üçün vergitutma obyekti satışa görə ona ödənilən xidmət haqqı əsasında, yəni sorğunuzda qeyd edilən halda 20 AZN əsasında müəyyən olunur. Eyni zamanda bildiririk ki, aviabilet digər şəxsdən alınaraq üzərinə ticarət əlavəsi edilməklə təqdim edildiyi halda isə vergitutma obyekti ümumi məbləğ, yəni sorğunuzda qeyd edilmiş halda 520 AZN əsasında müəyyən olunacaqdır.

Əlavə məlumatın alınması ilə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 219.1-ci maddəsi.

Həmçinin bax: Aviabiletlərin nağd satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir vergisindən azadolmalar və güzəştlər

posted in: Vergi, Xəbər | 3

GəlirAşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

● Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

● Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

● müharibə əlillərinin;

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);

● 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

● qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

● Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin. I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Həmçinin bax: 


Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına
çağırılmış hərbi vəzifəlilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Avtomobil nəqliyyatı ilə sərnişin daşınması Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

AvtomobilAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 392
Bakı şəhəri, 14 sentyabr 2018-ci il
“ Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 289 nömrəli qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. Aşağıdakı məzmunda 1.2.19-1-ci yarımbənd əlavə edilsin:

“1.2.19-1. sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;”.

2. 1.2.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.26-cı yarımbənd əlavə edilsin:

“1.2.26. taxoqraf – avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazı.”.

  1. Aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir.”

  1. 2.12-ci bənd və 3.6.2-ci yarımbənd ləğv edilsin.
  2. Aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilsin:

“3.5.2-1. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnamə (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda);”.

  1. 8.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.6-cı yarımbənd əlavə edilsin:

“8.2.6. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsini.”.

  1. 9.12.2-ci yarımbənddə “plombası” sözü “plombu” sözü ilə əvəz edilsin.
  2. XIV hissənin adına “sifarişçisinin,” sözündən sonra “sürücünün,” sözü əlavə edilsin və həmin hissəyə aşağıdakı məzmunda 14.8-1-ci bənd əlavə edilsin:

“14.8-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.”.

Azərbaycan Respublikasının
Baş naziri                                  Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

AS İnşaat MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: AS İnşaat

2003-cü ildən fəaliyyət göstərən “AS İnşaat” MMC çınqıl, qum, armokarkas, beton, dəmir-beton məmulatları, novoblok istehsal edir və müxtəlif profilli tikinti işləri həyata keçirir. Şirkətin fəaliyyəti tikinti materiallarının istehsalından başlayaraq tikinti obyektinin tam hazır vəziyyətdə təhvil verilməsinə kimi tam prosesi əhatə edir.

Vəzifə öhdəlikləri:

– Material uçotunu, əmək haqqı hesablanması, təhtəl hesab və ezamiyyətlərin hesablanması,debitor kreditorlar üzrə hesablaşmalar.
– Vergi bəyannamələrinin, stasitika və DSMF hesabatlarının tərtibi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifəyə olan tələblər:

– Biliklər: Mühasibat uçotuna aid sənədlər dövriyyəsini;
– Əsas vəsaitlərin, mal – materialların və pulun hərəkətini əks etdirən mühasibat uçotu əməliyyatlarını;
– Vergi və əmək qanunvericiliyini;
– Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
– Təhsil: iqtisaddiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil
– İş stajı: 2 ildən yuxarı
– Kompyuter bilikləri: MS Oficce, 1C
– İş rejimi: 09:00-18-:00, 5 günlük
– Əmək haqqı :700

Maraqlanan namizədlər “mühasib” başlığı ilə CV-lərini  / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.