Bu ölkədə əlavə korporativ vergi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

korporativ vergiFransa Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, iri şirkətlər üçün təklif edilən və bu yaxınlarda parlament tərəfindən təsdiq olunmuş müvəqqəti əlavə korporativ verginin tətbiqi ölkə Konstitusiyasına zidd deyil. Parlamentin üzvləri məhkəməyə belə bir verginin tətbiqinin, eləcə də həmin verginin özünün qanuni olub-olmadığı barədə sorğu ilə müraciət etmişdilər. Məhkəmənin qərarında isə bildirilmişdir ki, vergi nəzərdə tutulan şirkətlər üçün ayrı-seçkilik yaratmır və onun tətbiqi ölkə Konstitusiyasına uyğundur.

Qeyd edək ki, parlamentin qəbul etdiyi düzəlişə əsasən, korporativ verginin dərəcəsi illik dövriyyəsi 1 milyard avrodan artıq olan şirkətlər üçün 33,3 faizdən 38,3 faizə, illik dövriyyəsi 3 milyard avrodan artıq olan şirkətlər üçünsə 33,3 faizdən 43,3 faizə qaldırılmış olur. Müvəqqəti əlavə 31 dekabr 2017-ci ildən 30 dekabr 2018-ci ilə qədər olan dövr üçün tətbiq ediləcək.

Belə bir tədbirə əl atılması büdcəyə 5 milyard avro həcmində əlavə vəsait cəlb etmək məqsədi daşıyır. Həm xərclərin azaldılması, həm də bu vəsaitin büdcəyə daxil olması hesabına hökumət büdcə kəsirini əlavə olaraq 2,9 faiz də azaltmaq niyyətindədir.

Mənbə: vergiler.az

Yeni biznes modeli layihəsi

posted in: Xəbər | 0

biznesAzərbaycanda kiçik və orta sahibkarlığın (KOS) fəaliyyətinin stimullaşdırılması, maliyyə vəsaitləri ilə təmin olunmasının yaxşılaşdırılması hazırda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə sahibkarlığın müasir modellərinin hazırlanması və səmərəli mexanizmlərin tətbiqi ilə bağlı müvafiq iqtisadi qurumlar, bank, maliyyə-kredit təşkilatları qarşısında vəzifələr müəyyən edilib. Eyni zamanda, sahibkarların iqtisadi təşkilatları və assosiasiyaları ilə birgə layihələrin hazırlanaraq həyata keçirilməsi qarşıya məqsəd qoyulub.

KOS-un maliyyə təminatının yaxşılaşdırılması məqsədilə…

«İqtisadi resursların öyrənilməsi» İctimai Birliyi tərəfindən hazırlanmış «Regionlarda sahibkarlığın biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili» layihəsi də KOS-un inkişafı ilə bağlı prioritetləri özündə əks etdirir. Birliyin sədri Ruslan Atakişiyevin sözlərinə görə, «Birgə biznes modeli» adlandırılan yeni layihədə sahibkarlığın, xüsusilə regional sahibkarlığın maliyyə təminatının təkmilləşdirilməsi, bu istiqamətdə məqsədli dövlət maliyyələşməsi ilə yanaşı, alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi,  kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması, kreditlərin sığortalanması mexanizminin hazırlanması, stimullaşdırma məqsədilə tarazlı vergi, gömrük, tarif siyasətinin həyata keçirilməsi, sahibkarların ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlərin davam etdirilməsi ilə bağlı mühüm istiqamətlər müəyyən edilib.

Strateji hədəf kiçik və orta sahibkarlığın ÜDM-də payının əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır.  Layihəyə əsasən, kiçik və orta təsərrüfat sahibləri arasında birgə istehsal-ixrac və satış əlaqələrinin genişləndirilməsi və bu məqsədlə dünya praktikasında müvəffəqiyyətlə tətbiq edilən təşkilati formalardan olan birgə biznes modelinin yaradılması nəzərdə tutulur. Yeni layihə müvafiq iqtisadi qurumlar, o cümlədən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən müsbət qarşılanıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Biznes modelinin üstünlükləri

«Birgə biznes modeli»nin formaları və üstünlükləri barədə fikirlərini bildirən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev hesab edir ki, hazırda kiçik və orta biznes sahiblərinin böyük əksəriyyətinin əsas problemlərindən biri maliyyə vəsaitləri ilə təminatının zəif olmasıdır. Kiçik sahibkar fərdi şəkildə bankdan və yaxud kredit təşkilatından kredit əldə etməkdə çətinlik çəkir. KOS subyektləri üzrə risk faktorunun yüksək olması onların maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırır. KOS-un maliyyə kanallarına diversifikasiyası üçün zəruri amillərdən biri sahibkarların mal və avadanlıqlarını daşınar əmlak qismində girova qoymasıdır. Bu məqsədlə bir neçə sahibkarın birləşərək böyük dəyərə malik girov qoyması irihəcmli maliyyənin əldə olunmasına imkan verə bilər. Bu isə onların birgə iri layihələr həyata keçirməsi və daha yüksək gəlir əldə etməsi deməkdir. Yəni birgə biznes sahibkarların həm istehsala və xidmət sahələrinə sərmayə qoyuluşunu asanlaşdırır, həm də gəlirliliyini yüksəldir.

R.Fətullayevin dediyinə görə, «Birgə biznes modeli»nin müxtəlif təşkilati-hüquqi forması vardır. Sahibkarlar həm hüquqi şəxs yaratmadan, həm də hüquqi şəxs yaradaraq birgə fəaliyyət göstərə bilərlər. Birgə fəaliyyətin əsas növləri isə Tam  Ümumi Ortaqlıq (TO), Məhdud Məsuliyyətli Ortaqlıq (MMO) və Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). TO formasında birləşən sahibkarlar müəssisənin öhdəlik və kapitalı üzrə məsuliyyəti tam daşıdığı halda, MMO-da tərəflər müəssisənin fəaliyyəti ilə bağlı məsuliyyət daşımır və yalnız razılaşma əsasında ortaq olurlar. Ən geniş yayılmış MMC-də isə tərəflər şirkətin sahibləri kimi eyni məsuliyyət daşıyırlar.

«Birgə biznes modeli»ndə tərəflər ortaqlıq, təsisçi və birgə fəaliyyət haqqında müqavilə imzalamaqla kiçik biznesdən daha iri biznesə doğru addım atırlar. Bu  biznesin üstünlükləri isə bilik və bacarıqların, idarəçilik qabiliyyəti və imkanlarının birləşdirilərək daha yaxşı və çevik qərarların qəbul edilməsi, bununla da biznesin idarə olunmasında səmərəliliyin artmasıdır.

Həmçinin bax: Elektron ticarətin vergiyə cəlb olunması

Vergi məsələləri…

Məlum olduğu kimi, kiçik və orta biznes təmçilçiləri əsasən sadələşdirilmiş vergi ödəyiciləridir. Onlar birgə biznesdə təmsil olunduqları zaman maliyyə əməliyyatlarının həcminin artması labüddür. Belə olan halda, «Birgə biznes modelində vergi məsələləri necə tənzimlənməlidir? Mühasibat və audit üzrə mütəxəssis Mehdi Babayevin sözlərinə görə, KOS subyektlərinin birləşərək yeni təşkilati formada təmsil olunması vergitutma və vergi öhdəlikləri ilə bağlı yeni münasibətlərin yaranmasına gətirib çıxarır. Vergi  Məcəlləsinin 103.2 maddəsinə görə, fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəslin məqsədləri üçün ona müəssisə kimi baxılır. Eyni zamanda, Vergi Məcəlləsinin 137-ci maddəsinə əsasən (birgə fəaliyyətdən gəlirin bölüşdürülməsi), hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri (bu fəaliyyətlə bağlı birgə xərci çıxmaqla) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında bölürlər. Yəni, onlar ƏDV ödəyicisi hesab edilirlər: «Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunub ki, vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Həmçinin, onlar əmlak vergisinin ödəyicisi də ola bilirlər. Vergi Məcəlləsinin 197.2-ci maddəsinə əsasən, vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri həmin vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə bu fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən edilmiş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir».

Mütəxəssis hesab edir ki, KOS subyektləri «Birgə biznes modeli» əsasında birləşdiyi halda, yaranan vergi öhdəliyi onlar üçün vergi yükünün bir qədər artmasına gətirib çıxara bilər. Ona görə də hökumətin KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi çərçivəsində bu məsələyə də baxması zərurəti meydana çıxıb. Maliyyə və uçot sahəsində öhdəliklərə gəlincə, yeni modelin tətbiqi həmin sahədə yeni tələblər ortaya qoymur. Çünki milli mühasibat uçotu və mühasibat uçotunun beynəlxalq standartları uçot işinin təşkili üçün kifayət qədər hüquqi əsaslar yaradır.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məkrli Baş mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotunun ümumi prinsiplərinə görə, vergilərin ödənilməsinə və bütün sənədlərin tərtib olunmasına görə məsuliyyət müəssisə rəhbərinin üzərinə düşür. Baş mühasibi isə yalnız bu işlərdə şərik kimi cinayət məsuliyyətinə cəlb etmək olar. Amma, elə də ola bilər ki, cinayəti mühasib törətsin və şübhə altında isə müəssisə rəhbəri qalsın.

Rusiyada baş verən bir cinayət əməlini nümunə gətirək, dərzi atelyesinin təcrübəli baş mühasibi Valentina İvanenko direktoru gözdən salmaq və sonra onun yerini ələ keçirmək naminə məqsədyönlü şəkildə bəzi sənədləri hesaba almamağa başlayır. Müəssisə rəhbərini yalnız bir məqam xilas edə bilib. Belə ki, baş mühasibin mənzilində qəfil axtarış aparan vergi polisi lazım olan sənədləri məhz, oradan tapa bilmişdi. Vergi polisinin əməkdaşları müəssisə direktorunun nəzarətsizliyi və etibarı üzündən baş mühasibin öz rifahının necə yüksəldiyinin bilavasitə şahidi olublar. Direktorun imzası olan blank-çeklərə istədiyi məbləği yazan və sonradan həmin vəsaitləri bank hesabından çıxararaq mənimsəyən qadın mühasib, öz rəhbərinin kreslosuna əyləşməyi planlaşdırıbmış. Mühasibatlıqdakı öz çirkin əməllərini isə saxtakarlıq yolu ilə ört-basdır etməyə müvəffəq ola bilibmiş.

Belə-belə işlər. Hər halda tədbirli olmaq və mühasibi diqqətdən kənarda qoymamaq pis olmazdı.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanın valyuta ehtiyatları artır

posted in: Xəbər | 0

valyutaNazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın valyuta ehtiyatları onun iqtisadi və siyasi müstəqilliyini şərtləndirən əsas strateji vasitədir. Yəni hər bir dövlətin valyuta ehtiyatları onun iqtisadi və siyasi müstəqilliyinin bir növ təminatçısıdır.

 Bu ilin birinci yarısına olan vəziyyətə görə, Azərbaycanın valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edib, ilin sonuna qədər bu rəqəmin daha da böyüyəcəyi proqnozlaşdırılır. 2018-ci il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (35 mlrd. 806,5 mln.  ABŞ dolları) nisbətən 6,22% artaraq 38 mlrd. 36,1 mln. ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici Fondun ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd hesab olunur. Bu artım ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər hesabına baş verib. Sözügedən dövr ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 mln. manata bərabər olub, büdcə gəlirləri 9 mlrd. 173,7 mln. manat, xərcləri isə 4  mlrd. 731,6 mln. manat təşkil edib. Ümumilikdə isə son on ildə ARDNF-nin aktivləri 24 milyard 588 milyon ABŞ dolları həcmində artıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi isə bu il sentyabrın 1-i vəziyyətinə görə 5 milyard 503,5 milyon dollar olub ki, bu göstərici də ilin əvvəli ilə müqayisədə 168,9 milyon dollar çoxdur.

Hesablamalara görə, Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsulundan təxminən 12-13% çox olmaqla beş illik idxalı maliyyələşdirməyə imkan verir.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.