İdxal-ixrac əməliyyatları ilə bağlı yeni layihələr hazırlanıb

posted in: Xəbər | 0

İdxal-ixracPrezident İlham Əliyevin bu il aprelin 20-də imzaladığı «İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» sərəncama əsasən, bir sıra idxal-ixrac əməliyyatları üzrə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi nəzərdə tutulub. Bu mexanizm maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi kimi məsələləri əhatə edəcək. Bu məqsədlə Maliyyə, Vergilər, İqtisadiyyat nazirliklərinə və Dövlət Gömrük Komitəsinə təkliflərin hazırlanması tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında aprelin 28-də «Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında» Razılaşma Protokolu imzalanıb. Azərbaycan Prezidentinin 28 iyun 2018-ci il tarixli daha bir sərəncamı ilə təsdiq edilmiş «İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı»nda Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi qarşısında bir sıra mühüm vəzifələrin icrasına dair tapşırıqlar qoyulub.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyi tərəfindən görülən işlər

Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentində qeyd olunan tapşırıqların yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılıb və iş planı tərtib edilib. Departamentin Analitik şöbəsinin rəhbəri Adil Vahidovun sözlərinə görə, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirmə vasitələrinə aidiyyəti qurumlarla birgə nəzarətin təşkilinə dair hazırlanmış layihəyə əsasən, ölkəyə idxal olunan malların yoxlanılması üçün gömrük orqanları ilə birlikdə sərhəd-keçid məntəqələrində eyniləşdirmə tədbirləri təşkil ediləcək.

Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanlarının iştirakı ilə bağlı Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin hazırladıqları layihə üzrə də işlər yekunlaşdırılıb. Rüsumsuz ticarət mağazası yerləşən zonada  gömrük orqanları ilə   birgə vergi orqanları əməkdaşları da   iştirak etməklə,   malların satış qaydalarına nəzarət ediləcəkdir. Rüsumsuz ticarət mağazalarına  satılan malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsi üçün Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim olunub. Layihədə nəzərdə tutulan əsas tədbirlər bunlardır:

· rüsumsuz ticarət mağazası yerləşən zonada vergi orqanları əməkdaşlarının iştirakı;

· mal anbara boşaldılarkən vergi və gömrük orqanlarının birgə nəzarəti;

· rüsumsuz ticarət mağazalarında malların satış qaydalarının, malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsi.

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında əldə edilmiş Vahid Risk Platformasına (VRP) məlumatların ötürülməsi haqqında razılaşmaya əsasən, risklərin idarə edilməsi sisteminin təşkili nəzərdə tutulub. Həmin maddəyə əsasən, gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi planlaşdırılır. Tərəflər risklərin idarə olunması sisteminin yüksək, aşağı və üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər barədə məlumatların real vaxt («online») rejimində mübadiləsinin müasir informasiya texnologiyalarından istifadə olunmaqla aparılmasını məqsədəuyğun hesab edir.

Məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada Vergilər Nazirliyinin «Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi» və Dövlət Gömrük Komitəsinin «Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi» arasında elektron formatda aparılacaq.

Görüləcək əsas işlər bunlardır:

· Üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin idxal olunmuş malları onların faktiki sahiblərinə vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə gömrük ərazisində və ya idxalçıların  rəsmi qeydiyyata  salınmış   anbar sahələrində (təsərrüfat subyektlərində) təhvil verilməsi prosesi ilə  tam şəffaflıq şəraitinin  yaradılması.

· Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması üçün birgə seminar və təlimlərin təşkil edilməsi.

E-bəyannamələrin təqdim edilməsi üzrə elektron xidmətin təşkili

Vergilər, Maliyyə, İqtisadiyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi tərəfindən tamamlanmaqda olan digər layihə üçüncü şəxslər üçün malları idxal və ixrac edən şəxslərə nəzarətin gücləndirilməsi istiqamətində birgə tədbirlərin təkmilləşdirilməsini nəzərdə tutur. 2018-ci ilin sonunadək gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə görə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişi və yaxud ixrac bəyannaməsinin yalnız elektron formada təqdim edilməsi sisteminin təmin olunması nəzərdə tutulur. Bu məqsədlə e-bəyannamələrin təqdim edilməsi üzrə elektron xidmətin təşkili və e-sistemin təkmilləşdirilməsi ilə bağlı layihə hazırlanır.

Tədbirlər Planına uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal no­menklaturasında təfsilatlı kodlaşdırma sisteminin yaradılması işləri də davam etdirilir. Həmin istiqamət üzrə idxal olunan malların mal no­menklaturasının genişləndirilərək malların istehsal olunduğu ölkə, istehsalçı şəxslər, eyni malı idxal edən şəxslərin siyahı sayı (eyni məhsulu ölkəyə idxal edən neçənci şəxs olması), malın brendi, markası, adı, texniki parametrləri və tərkibi barədə məlumatların daxil edilməsi nəzərdə tutulur. Bunlardan əlavə, vergi və gömrük ödənişlərindən azadolma hallarına nəzarət mexanizmi təşkil ediləcək.

Vergilər Nazirliyinin bu istiqamətdə gördüyü əsas işlərdən biri xarici ticarət iştirakçılarının maarifləndirilməsidir.Vergi ödəyicilərinə xidmət departamentinin Xidmətin təşkili şöbəsinin rəhbəri Məmməd Quliyevin bildirdiyinə görə, vergi və gömrük orqanları tərəfindən idxal və ixracla məşğul olan sahibkarların məlumatlandırılması ilə bağlı mütəmadi görüşlər keçiriləcək, vergi və gömrük qanunvericiliyinin tələbləri izah ediləcək, yaranmış və ya yarana biləcək problemlərin birgə həlli yolları araşdırılacaq, verilən təkliflərin müzakirəsi və həmin sahədə müvafiq işlərin görülməsi istiqamətində addımlar atılacaq.

2019-cu ildə görüləcək işlər…

Gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan layihə malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsi və məlumatların yığılmasının xüsusi proqram təminatı vasitəsilə tənzimlənməsidir. Bu məqsədlə 2019-cu il yanvarın 1-dən ölkə ərazisində istehsal olunan, yaxud respublikamıza idxal edilən tütün məmulatlarının, həmin il martın 1-dən isə alkoqollu içkilərin istehsalı, idxalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsini təmin edən «Track and Trace» (təqib­etmə və izləmə) – Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat sistemi tətbiq olunacaq.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

700 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: NBCbank

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat– Filialda həyata keçirilən əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsinə nəzarət etmək, gündəlik balansı və dövriyyə məlumatlarını yoxlamaq
– Gündəlik olaraq, filialın kassa əməliyyatlarının yekununu yoxlamaq
– Filialda pulun nağd və ya nağdsız məxarici üçün əsas olan sənədləri imzalamaq
– Filialda pulun, qiymətlilərin və sənədlərin düzgün saxlanılmasına nəzarət etmək
– Filialda müəyyən edilmiş dövrdən bir aktivlərin və öhdəliklərin inventarizasiyasını aparmaq
– Debitor və kreditorların uçotunu sənədlərlə yoxlamaq
– Əməliyyat gününün bağlanılmasında iştirak edərək, filialın əməliyyatlarını tam yoxladıqdan sonra, filialın əməliyyat gününü yekünlaşdırmaq
– İş qrafiki: I-V (09:00-dan 17:00-dək), VI (10:00-dan 15:00-dək)
Həmçinin bax: 1500 manat məvaciblə Mühasib tələb olunur
Namizədə tələblər– Ali iqtisadi təhsil
– Mühasib nəzarətçi vəzifəsində 3 illik iş təcrübəsinin olması
– MHBS və Bank qanunvericiliyini bilmək
– Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma
– İnsanlarla ünsiyyət qurma bacarığı
– Analitik qabiliyyət
– Azərbaycan və rus dillərində səlist danışıq bacarığı
– MS Office proqramlarında işləmə bacarığı

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

rəqəmsal texnologiyalarVergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur dəyişiklikləri çərçivəsində Vergilər Nazirliyində Rəqəmsal vergi inzibatçılığı departamenti yaradılıb. Yeni yaradılmış departament elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması və digər istiqamətlərdə fəaliyyət göstərəcək. Departamentin tərkibində Vergi ödəyicilərinə məsafədən xidmət şöbəsi, İnformasiya təhlükəsizliyi şöbəsi və İnformasiya texnologiyaları şöbəsi yaradılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi hesabatlarını vergi orqanları hazırlayacaq

Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən İnternet Vergi İdarəsi 2007-ci ildən etibarən fəaliyyət göstərir. İdarənin fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması vacib amildir. Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidovun sözlərinə görə, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır. Bununla bağlı olaraq, İnternet Vergi İdarəsinin yeni versiyasının hazırlanması, elektron xidmətlərin həm interfeys, həm də prosedur baxımından təkmilləşdirilməsi (3 klikdən istifadə etməklə öz fəaliyyətini həyata keçirməyə imkan verən sistemin tətbiqi), digər dövlət qurumları ilə inteqrasiyasının genişləndirilməsi, informasiya texnologiyası arxitekturasının optimallaşdırılması nəzərdə tutulub. Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır. Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır.

E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır 

Vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə  hazırlıq və təhlil işləri aparılır.

E-audit – şəffaf yoxlama metodu

Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına da çalışır. Rəqəmsal vergi inzibatçılığı departamenti elektron auditin (e-audit) effektiv və səmərəli formada tətbiqi üzərində araşdırmalar aparır. Bunun üçün yeni məlumat bazasının yaradılması, vergi ödəyiciləri haqqında məlumatların ümumi bazaya inteqrasiyası, bu sahədə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, yeni texnologiyanın tətbiqi və süni intellekt modulları əsasında informasiya sisteminin qurulması işləri həyata keçiriləcək.

Elektron nəzarət sistemi – onlayn kassa

Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi  sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Vergilər Nazirliyinin məqsədi ondan ibarətdir ki, kassa aparatları sahəsində şəffaflıq təmin olunsun. Bunun üçün yaxın gələcəkdə yeni texnologiyadan istifadə etməklə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi və onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir. Nəticədə nazirliyin sistemində vergi ödəyicilərinin əməliyyat məlumatları daha dürüst olacaq və satış mühasibatlığında şəffaflığı artıracaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır.

Yeni texnologiyalar yeni təhlükəsizlik sistemini tələb edir

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin “Dövlət xidmətləri” Portalında Vergilər Nazirliyi ən çox elektron xidmət təklif edən qurumdur. Hazırda Vergilər Nazirliyi tərəfindən təklif edilən elektron xidmətlərin sayı 63-dür və bu xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır. Bu işlər sayəsində gələcəkdə vergi ödəyiciləri ilə münasibətlərdə insan amilinin aradan qaldırılması və xidmət şəbəkələrinin iş həcminin azaldılması hədəf seçilib. Elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması və elektronlaşmanın yüksək səviyyəyə çatdırılması təhlükəsizlik məsələlərinin həllini zəruri edir. İnformasiya təhlükəsizliyi sisteminin idarə edilməsində müasir metodların tətbiqi və vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin hədəflərindən biridir. Vergilər Nazirliyində vergi ödəyicilərinə məxsus, kommersiya sirləri və vergi orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar toplanır və bu məlumatların kiberhücumlardan sığortalanması üçün ən müasir və təkmil texnologiayaların tətbiqi vacibdir. Vergilər Naziliyi hazırda bu sahənin təkmilləşdirilməsi üzərində iş aparır.

Beləliklə, nazirliyin yeni rəqəmsal idarəetmə sistemi çərçivəsində müasir vergi siyasətinin tənzimlənməsi yolu ilə nəzərdə tutulmuş hədəflərə, prinsip və məqsədlərə daha effektiv nail olunacaq.

Mənbə: taxes.gov.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

8 ayda vergi orqanlarında nə qədər xarici şirkət qeydiyyatdan keçib?

posted in: Vergi, Xəbər | 0

Vergi hesabat formasıBu ilin yanvar-avqust ayları ərzində vergi orqanlarında 940 xarici şirkət qeydiyyatdan keçib.

Daha çox Avropa və Asiya ölkələrini təmsil edən həmin sahibkarlıq subyektlərinin maraq göstərdiyi əsas sahələr qeyri-neft sektoruna aid sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sahələridir.

Ümumilikdə, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 min 500-dən çoxdur. Həmin şirkətlərin 30 faizə yaxını Türkiyəyə məxsusdur. Bundan sonra Rusiya, Böyük Britaniya, ABŞ və Fransa kimi ölkələrin şirkətləri gəlir. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında da artım qeydə alınıb.

Mənbə: azertag.az

Həmçinin bax:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.