Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi artıb

posted in: Xəbər | 0

nağd pul Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2018-ci il avqustun 1-nə 7 987,6 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi iyulda əvvəlki ayla müqayisədə 173,1 mln. manat və ya 2,2% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsinin həcmində 508,0 mln. manat və ya 6,8% artım qeydə alınıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. 2018-ci il avqustun 1-nə açıqlanan göstərici tarixi maksimumdan 3 156,8 mln. manat və ya 28,3% aşağıdır.

AMB-nin məlumatına görə, avqustun 1-nə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 79,2% təşkil edib.

Mənbə: report.az

Həmçinin bax: Vergi hesabat formasına dəyişiklik edilib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Büdcə və Hesabatlılıq üzrə mütəxəssis tələb olunur

posted in: İş elanı, Xəbər | 0

Büdcə və HesabatlılıqVəzifə: Büdcə və Hesabatlılıq üzrə mütəxəssis

İşəgötürən: Avrora

Vəzifə və öhdəliklər:

• Aylıq və rüblük idarəetmə  hesabatının hazırlanması;
• ERP -də prosseslərin  avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi;
• İllik büdcənin hazırlanması prossesində iştirak;
• İllik Büdcə icrasının monitorinqi və təhlil edilməsi;
• Büdcə hazırlama mexanizimin tərtib  və inkişaf etdirilməsi;
• İstehsalat , Logistika və Satış sahələrinə analitik dəstək;
• Nəzarət mühitinin və sisteminin təkmilləşdirilməsində iştirak;
• Rüblük İFRS  hesabatıların hazırlanmasında işirak;
• İllik kənar audit yoxlanmasına dəstəyin göstərilməsi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya ilə bağlı tələblər:

• İqtisadiyyat, Maliyyə sahəsində ali təhsil;
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması.
• Təcrübə: 2 – 3 il (uçot sahəsində)
• MS Office proqramlarında (xüsusən excel) sərbəst işləmək bacarığı;

• Analitik təhlil qabiliyyətli;
• Komanda ilə işləmək bacarığı;
• Stressə davamlı;
• Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “ Büdcə və Hesabatlılıq üzrə mütəxəssi” yazaraq  / ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

3 xarici şirkət Azərbaycandan getdi

posted in: Uncategorized | 0

xarici şirkət

  • “Sperry Drilling Vorldvide Cyprus Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701932821) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Tauers Biznes Mərkəzi Cənub qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
  • “Locomo Maritime Company” Korporasiyasının Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1803405771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Cornvall Marine S.A.” Korporasiyasının Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1803405641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Həmçinin bax: Vergi hesabat formasına dəyişiklik edilib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi hesabat formasına dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

Vergi hesabat forması«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, aksiz markalarının verilməsi, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrinin dövlət qeydiyyatına alınması dövlət rüsumu tutulan hallara aid edilib. Buna görə də «Dövlət rüsumunun tutulması haqqında hesabat»ın forması və onun tərtib edilməsi qaydası»na dəyişikliklərə zərurət yaranmışdı.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Bəyannamələrin təhlili şöbəsinin rəhbəri Vüsal Qarayev bildirib ki, məsələlərin həlli məqsədilə «Dövlət rüsumunun tutulması haqqında hesabat»ın və onun tərtib edilməsi qaydasında müvafiq dəyişikliklər edilib. Qaydalara əsasən, hesabat formalarında aksiz markalarının verilməsi, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının təqdim olunması, mobil cihazların qeydiyyata alınması ilə bağlı bəyannamə tərtibatı proqramında texniki xarakterli dəyişikliklər ediləcək. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində qeyd olunduğu kimi, hesabat dövlət rüsumunun tutulmasına və büdcəyə ödənilməsinə məsul olan şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək vergi orqanına təqdim ediləcək. Hesabatda aparılan hesablamalarda riyazi səhvlər olduqda, onlar vergi orqanı tərəfindən düzəldilərək xüsusi proqram vasitəsilə düzgün hesablanmış rüsum məbləğləri birbaşa baza göstəricilərinə daxil ediləcək. Qanunun icrası ilə əlaqədar Vergilər Nazirliyinin xüsusi proq­ram­larında dəyişikliklər aparılacaq.

Vergi orqanları tərəfindən hesabat formalarına edilmiş dəyişikliklərin vergi ödəyicilərinə izah edilməsi məqsədilə onların məlumatlandırılması həyata keçiriləcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.