Yaşayış sahəsini təqdim edən zaman hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Yaşayış sahəsiSual: Fiziki şəxs 3 (üç) il ərzində qeydiyyatda olduğu yaşayış sahəsini təqdim edən zaman hansı vergi öhdəlikləri yaranır?

Cavab: Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. Bu zaman fiziki şəxsin azı beş il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olunur.

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı beş il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin həmin Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin yaşayış yeri üzrə beş ildən az müddətdə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, yaşayış sahəsini satan şəxs beş il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda həmin yaşayış sahəsinin satışı sadələşdirilmiş vergidən azaddır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında Fərman

posted in: Xəbər | 0

elektron xidmətlər

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (bundan sonra – MEİS) yaradılsın.
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə “e-sosial” internet portalının (bundan sonra – Portal) üç ay müddətində yaradılmasını təmin etsin;

2.2. məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;

2.3. Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;

2.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində:

2.4.1. MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.2. Portal haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.3. pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. bu Fərmandan irəli gələn digər tədbirləri görsün.

  1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onlarla digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin “elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: BRPG

Vəzifə öhdəlikləri

– Şirkətin mühasibat işlərinin aparılması, əlaqəli dövlət hesabatlarının verilməsi
– Xərclərə nəzarət müvafiq hesabatların hazırlanması
– Nəğd vəsaitlərin hərəkəti ilə əlaqəli hesabatların hazırlanması
– Maliyyə hesabatlarının hazırlanması

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələblər

– İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– Vergi məcəlləsini yaxşı bilməli;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
– Rus və ingilis dilini bilməsi arzuolunandır
– MS Office (xüsusillə Excel) və 1C 8.3 bilikləri

Əmək haqqı – 1200 – 1500 AZN

Vakansiyaya uyğun olan namizədlər  CV-lərinizi  /  ünvanına  mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlərsiniz.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mikrobizneslə bağlı qanun layihəsi müzakirə ediləcək

posted in: Xəbər | 0

MikrobiznesMilli Məclisin qarşıdan gələn növbəti – 2018-ci il payız sessiyasında iqtisadi sektor, sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qanunların qəbulu və ya mövcud qanunlara ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulur. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin bildirdiyinə görə, sessiyada xüsusilə ölkədə prioritet sahələrdən sayılan sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı mühüm sənədlərin qəbulu gözlənilir. Bunlardan biri də «Mikrobiznes haqqında» qanun layihəsidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, mikromüəssisələrin bir subyekt olaraq müəyyənləşdirilməsi çox vacibdir. Bu, onların fəaliyyətinə münasibətdə fərqli vergi rejimi, fərqli hesabatlılıq sistemi, fərqli yoxlama prosedurlarını tətbiq etməyə imkan verər: «Bir qayda olaraq, bu rejimlər, hesabatlılıq və prosedurlar sadələşdirilmiş xarakter daşıyır. Mikromüəssisələrin inkişafı iş yerlərinin açılması, azad rəqabət mühitinin təmin edilməsi baxımından faydalıdır. Azərbaycanda uzun müddət sahibkarlıq subyektləri ölçüsünə görə təsnifləşdirilərkən kiçik, orta və iri  olmaqla, 3 yerə bölünüb. 2017-ci ilin sonundan isə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində mikrosahibkarlıq kateqoriyası rəsmi təsdiqini tapıb. Xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrin 99-95%-i kiçik və orta müəssisələrin payına düşür ki, onların da 85-95%-ni mikromüəssisələr təşkil edir. Ümumi məşğulluqda mikromüəssisələrin payı isə, müxtəlif ölkələr üzrə 20-35% arasında dəyişir. İl ərzində ümumi iqtisadiyyatın 20-30%-i mikromüəssisələr vasitəsilə yaranır. Bu baxımdan, dünyada mikrobiznes hökumətlərin diqqət mərkəzində olur və bu sahəyə xüsusi yanaşma tətbiq edilir».

Mikromüəssisələrin ümumi müəssisələrdə payı

İsveç 95%
İspaniya 94%
Sloveniya 94%
Fransa 94%
Norveç 92%
Finlandiya 92%
İsveçrə 87%
Almaniya 82%
ABŞ 79%

 

S. Əliyev bildirib ki, Azərbaycanda kiçik, orta və iri sahibkarlıq subyektləri illik gəlirlərinə və işçilərinin sayına görə müəyyənləşdirilir. Lakin təəssüf ki, mikrosahibkarlıq subyektlərinin ölçü meyarları hələ mövcud deyil. Bu baxımdan, qanunvericilikdə dəyişiklik edilərək bu sahənin ölçüləri müəyyənləşdirilməlidir: «Avropa Birliyi dövlətlərində mikromüəssisələr üçün işçilərin sayı orta hesabla 10 nəfər, dövriyyə isə 2 milyon avro müəyyənləşdirilib. Belə olan halda, Azərbaycanda işçi heyətinin sayı 10 nəfərədək, illik gəlirləri isə 50 min manat civarında olan müəssisələri mikromüəssisə kateqoriyasına daxil etmək mümkündür.

Düşünürəm ki, müzakirəyə çıxarılacaq qanun layihəsində bütün bu məsələlər öz əksini tapacaq və Azərbaycanda mikrobiznesin inkişafı, o cümlədən maliyyələşdirilməsi məqsədilə müvafiq dövlət proqramları qəbul ediləcək».

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.