Yeni internet portalı fəaliyyətə başlayacaq

posted in: Xəbər | 0

internet portalıPrezident İlham Əliyevin sərəncamına əsasən, beş ay müddətində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı internet portalı yaradılacaq. Sərəncamla, həmçinin, «Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə» də təsdiq edilib. Əsasnamədə qeyd olunur ki, Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması üçün, ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşması, inkişafı və təşviqi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, əlverişli təşviqedici mühit yaradılmasına xidmət edən iqtisadi alətlərin əhatə dairəsini genişləndirməklə biznesin davamlılığının möhkəmləndirilməsi barədə, beynəlxalq inteqrasiya prosesinin sürətləndirilməsi və nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması sahəsində, iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək Komissiyanın vəzifələrindəndir.

Komissiyanın biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatların və elmi müəssisələrin, müxtəlif dövlət qurumlarının və maraqlı tərəflərin nümayəndələrini cəlb etmək və bu istiqamətdə onlarla əməkdaşlıq etmək, sahibkarlıq fəaliyyəti subyektləri və onların nümayəndələri ilə görüşlər keçirmək, belə görüşlərin keçirilməsini təşkil etmək və müzakirələr aparmaq, aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil eks­pertlərdən ibarət işçi qruplar və altqruplar yaratmaq, onların fəaliyyətini təşkil etmək və əlaqələndirmək, Komissiyanın fəaliyyəti ilə bağlı yerli və xarici ekspertlərin, mütəxəssislərin cəlb edilməsi, habelə müxtəlif tədbirlərin və proqramların həyata keçirilməsi üçün maliyyələşmə ilə əlaqədar aidiyyəti üzrə müraciət etmək hüquqları var.

Nəqliyyat xidməti üzrə sadələşdirilmiş vergi

posted in: Vergi, Xəbər | 0

Nəqliyyat xidməti Verginin ödəyiciləri

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) respublika ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunur.

Həmçinin bax: İstifadə olunmayan torpaqlar üçün vergi yükü

Verginin dərəcəsi

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən olunur:

Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçirildiyi ərazidən asılı olaraq cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq etməklə müəyyən edilir. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirildikdə isə 1,5-ə bərabər olur.

Daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) əmsal tətbiq edilmir.

Həmçinin bax: 2-ci qrup əlillər üçün hansı vergi güzəştləri tətbiq olunur?

Verginin hesablanması qaydası və ödəmə müddəti

Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələşdirilmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün cədvəldə göstərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanılır, hüquqi şəxslər tərəfindən büdcə gəlirlərinin 114311 təsnifat kodu ilə, fiziki şəxslər tərəfindən isə büdcə gəlirlərinin 114321 təsnifat kodu ilə dövlət büdcəsinə ödənilir.

Oturacaqlarının sayı 17 ədəd olan mikroavtobusunuzla Bakı şəhərində sərnişin daşınmasını həyata keçirirsiniz. Bu zaman Sizin ödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

Vergi ödəyicisi təqvim ayının sonunadək sadələşdirilmiş verginin tam məbləğdə ödənilməsini təsdiq edən bank ödəniş sənədini ərizə ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumuna, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyinə təqdim etməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» alır.

Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. «Fərqlənmə nişanı» vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günündən gec olmayaraq verilir.

Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.

Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri bu fəaliyyət üzrə vergi orqanlarına bəyannamə vermirlər.

Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərinin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir. Bu nəqliyyat vasitələri üçün heç bir haqq ödənilmədən 5 iş günü ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumundan «Xüsusi fərqlənmə nişanı» alınır. Bu nişanı almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı 1 iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.

Vergi ödəyicisi işçi heyətini və özünə məxsus yükləri daşımaq üçün yeni avtonəqliyyat vasitəsi aldıqda bu nəqliyyat vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra 5 gün ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumuna bu barədə müəyyən edilmiş formada məlumat təqdim edir.

Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün «Fərqlənmə nişanı» və ya «Xüsusi fərqlənmə nişanı» alınmır. Belə avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtonəqliyyat vasitələri barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumuna, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyinə məlumat verirlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Maliyyə sanksiyaları

«Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Gilan Holding Kateqoriya: Mühasibatlıq

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Dillər: Səviyyə

  • Azərbaycan: Əla
  • İngilis: Orta səviyyədən yuxarı
  • Rus: Orta səviyyədən yuxarı

Həmçinin bax: 900 manat məvaciblə Mühasib axtarılır

Öhdəliklər:

  • Hesab məlumatlarını tərtib və təhlil etməklə, aktiv, passiv və əsas vəsait hesablarının qeydlərinin hazırlanması.
  • Hesab məlumatlarını daxil etməklə, maliyyə əməliyyatlarının sənədləşdirilməsi.
  • Mühasibat uçotunun aparılması variantlarını təhlil etməklə, maliyyə tədbirlərinin tövsiyə olunması.
  • Məlumatları toplamaqla, mühasibat balansını, mənfəət və zərər hesabatını və digər hesabatları hazırlamaqla, cari maliyyə vəziyyətinin ümumiləşdirilməsi.
  • Sənədləri yoxlamaqla, maliyyə əməliyyatlarının əsaslandırılması.
  • Siyasətlər və prosedurları hazırlamaqla və tövsiyə etməklə, mühasibat nəzarətinin təmin edilməsi.
  • Fəaliyyətləri əlaqələndirməklə və suallara cavab verməklə, mühasibatlıq şöbəsinin kontor işçilərinə rəhbərlik edilməsi.
  • Hesab məlumatlarını toplamaqla və təhlil etməklə, maliyyə uyğunsuzluqlarının tutuşdurulması.
  • Məlumat bazasının ehtiyat surətlərini çıxarılmasını tamamlamaqla, maliyyə məlumatlarının təhlükəsizliyinin təmin edilməsi.
  • Daxili nəzarət vasitələrinə əməl etməklə, maliyyə təminatının təmin edilməsi.
  • Sənədləri yoxlamaqla və ödəmələri tələb etməklə, ödənişlərin hazırlanması.
  • Vəzifəni icra etməklə, nəticəyə nail olunması.
  • Ehtiyac olduqda, aidiyyəti nəticələrə nail olmaqla, komanda səyinə töhfə verilməsi.
  • Ehtiyatların inventarizasiyasının aparılması

Həmçinin bax:1300 manat məvaciblə Baş mühasib axtarılır

Namizəddə tələblər:

  • Bakalavr dərəcəsi;
  • Magistr və ya daha yüksək dərəcəyə üstünlük verilir;
  • ACCA, CIMA və ya oxşar kvalifikasiya (hətta kursu hal-hazırda davam etdirən namizədlərə də üstünlük verilir);
  • Mühasibatlıq və ya audit sahəsində 2 ildən artıq təcrübə;
  • 1C  (və ya oxşar) mühasibatlıq proqramına güclü yiyələnmə tələb olunur.

Müraciət üçün keçidə daxil olun.

Mənbə: gilanholding.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

posted in: Xəbər | 0

Nazirlər KabinetiAvqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.

İclasda iki məsələ – əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsi və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması; regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyası üzrə təkliflər müzakirə olunub.

Azərbaycanda son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf modelinin formalaşmasına diqqəti yönəldən Baş nazir Novruz Məmmədov bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə dinamik quruculuq işlərinin getdiyini, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında, o cümlədən sosial sferada, sənayedə, aqrar sektorda, infrastrukturun təkmilləşdirilməsində, özəl sahədə ciddi irəliləyişlərin olduğunu deyən Baş nazir Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər ərzində əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.

Gündəlikdə duran məsələlərə dair əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzəsi dinlənilib.

Sonra hər iki məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb. Əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsı və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması ilə bağlı müzakirələr olub.

Həmçinin regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyasına dair təkliflər nəzərə alınmaqla, əmək bazarının mövcud vəziyyətinin regionlar üzrə təhlil edilməsi, hər bir region üzrə əmək resurslarının balansının tərtib olunması, ərazi məşğulluq proqramlarının hazırlanması, regionlarda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, səyyar əmək yarmarkalarının təşkil edilməsi qərara alınıb.

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün sosial sahənin prioritet mahiyyətini diqqətə çatdıraraq, sosialyönümlü məsələlərin həlli zamanı qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması və iclasda müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verib.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.