Azərbaycanda 10 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

şirkət“Sparrouz Ofşour Sörvisiz Limited” şirkətinin (VÖEN: 1300097471) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 153 ünvanına bildirə bilərlər.

“Bəhrəmtəpə Tikinti Materialları” ASC (VÖEN: 5500409701) ləğv olunduğunu elan edir. İddiası olan kreditorlar 15.10.2018-ci il tarixinədək tələblərini İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanına  bildirə bilərlər.

“Absheron Technical Translation LTD” MMC (VÖEN: 1300462831) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 232, mənzil 5 ünvanına bildirə bilərlər.

“Damla LTD” MMC (VÖEN: 4200247231) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Qazax rayonu, Xanlıqlar kəndi ünvanına bildirə bilərlər.

“Nüsrətoğlu” MMC (VÖEN: 2002747931) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 2, mənzil 140 ünvanına bildirə bilərlər.

“Modern Company LTD” MMC (VÖEN: 2900551011) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 2, mənzil 59 ünvanına bildirə bilərlər.

“Korchma-Baku” MMC (VÖEN: 1403186861) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16, mənzil 44 ünvanına bildirə bilərlər.

“Flaminqo” mənzil-tikinti kooperativi (VÖEN: 2000044961) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2945-ci məhəllə ünvanına bildirə bilərlər.

“Zaqatala” QSC (VÖEN: 5100014991) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Zaqatala şəhəri, F. Əmirov küçəsi, ev 1 A ünvanına bildirə bilərlər.

“Niyazi 1953” MMC (VÖEN: 1404278041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, ev 20, mənzil 61 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kvota üzrə iş yerləri ayrılan şəxslərin kateqoriyaları müəyyən edilib

posted in: Xəbər | 0

KvotaYeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib.

Onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlərdaxil edilib.

Həmçinin bax: ƏDV tutulan əməliyyatın vaxtı

Qanunda həmin insanların məşğulluğu üçün əlavə təminatlar da əksini tapıb. Bu təminatlardan biri də iş yerləri üzrə onlar üçün kvota müəyyən edilməsidir. Qanuna əsasən, kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən olunur.

Məşğulluq mərkəzi tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mənbə: fins.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib – dahi ünsiyyətçidirmi? (5-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

5-ci hissə

Sən demə, müasir mühasiblərin 80 faizindən çoxunu qadınlar təşkil edir və onlar hər şeyin öhdəsindən gəlirlər: şəhərdəki aqressiv avtomobil axınında maşın idarə edir, övlad tərbiyə edir, qaynana ilə yola gedir, sutkada az qala 25 saat işləyirlər. Onlar yeni texnika və avadanlıqlarla işləməyi bacarır və Zimbabvenin gömrük kodeksini öyrənir, maliyyə fəaliyyətinin yekununu yaddaşda saxlaya bilirlər. Hətta kassirin məzuniyyət barədə ötən günkü ərizəsinin belə harada saxlandığını əla bilirlər. Lakin sizə ən çətin gələn şey ünsiyyətdirmi, sualına demək olar ki, hamısı belə cavab verir: “Yox”.

Görəsən, niyə bir başqasının rədd cavabını qəbul etmək və eləcə də özünə yox söyləməyi bacarmaq bu qədər çətindir? Bu keçmiş təcrübə üzündən yaranan emosional bir yükdür: özünü günahkar bilmək,  narahatlıq, həmsöhbətdən inciklik, mümkün aqressivlik, təzyiqlər və hətta münasibətlərin pozulması.

Sən demə, bu sual emosional bacarıq sahəsinə aiddir. Hazırda buna böyük diqqət yetirilir və Qərbdə intellektual qabiliyyətlə yanaşı, həm də qiymətləndirmə koeffisienti də tətbiq edilir.

Emosional bacarıq koeffisienti yüksək olan insan (bərabər şərtlər daxilində) karyera qurmaqda, şəxsi münasibətlərdə, sağlamlıq sahəsində və ümumən həyat keyfiyyətinə görə daha böyük uğurlara imza atır. Emosional cəhətdən zəif olanlar isə hər bir rədd cavabını, istər sosial, istər işgüzar sahədə olsun, adətən mənəvi zərər kimi qəbul edirlər.

İş onda deyil ki, insan arzu etdiyini əldə edə bilməyib, sadəcə o bu rədd cavabını müraciət etdiyi vəzifə funksiyalarına qarşı deyil, yalnız özünə qarşı bir cavab kimi qəbul edib.

Digər tərəfdən, bəzi hallarda “yox” söyləyən insan özünü də bu “yoxun” ünvanlandığı adamın yerinə qoyur və həmin rədd cavabını çox ağrılı qəbul edir və şüuraltı olsa da həmsöhbətinin hisslərinin zədələnməsini arzu etmir.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Həmçinin bax: Mühasib peşəsinin incəlikləri


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Maliyyə mütəxəssisi üzrə ödənişli təcrübə proqramı

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

MaliyyəMaliyyə mütəxəssisi – təcrübəçi

İşəgötürən: Dövlət Aqrar Ticarət Şirkəti

Tələblər:
– Maliyyə və iqtisadiyyat sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi (tələbə və məzunlar)
– 1C proqramında işləyə bilmək
– Ofis proqramlarını (Excel; Power Point, Visio və s.) yaxşı bilmək
– Azərbaycan dilini (əla), rus dili (yaxşı) və ingilis dilini (orta səviyyədə) bilmək
– Təhlil etmə, ünsiyyət qurma və komandada işləmək bacarığı
– ACCA F3 Financial accounting təlimindən sertifikatının olması arzu olunandır

Həmçinin bax: Maliyyə və Mühasibat üzrə Təcrübə Proqramı

Öhdəliklər:
– Mühasibat sənədlərinin tərtib edilməsinə yardım etmək
– Hesabatların (vergi, DSMF və s.) hazırlanmasına və təqdim edilməsinə kömək etmək
– Aylıq hesabat sənədlərinin hazırlanması və əlaqələndirilməsinə köməklik göstərmək

Əsas üstünlüklər:
– Dövlət Aqrar Ticarət Şirkətində iş təcrübəsi qazanmaq
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
– Təcrübə müddəti ərzində ödəniş nəzərdə tutulur.

İş saatı: 09:00-dan 18:00-dək (5 günlük iş rejimi)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq

ünvanına göndərmələri xahiş olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Həmçinin bax: 500 manat məvaciblə Mühasib axtarılır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.