Bu ölkə turistləri ƏDV-dən azad edib

posted in: Vergi, Xəbər | 0

ƏDV2018-ci ildə Cənubi Koreyadakı otellərdə gecələmiş turistlər mehmanxana xərclərinin məbləğindən 10 faizlik əlavə dəyər vergisini geri ala biləcəklər.

Koreya hökuməti əvvəllər mövcud olmuş (məsələn, 2014-cü ilin aprel ayından 2015-ci ilin may ayına qədər) qaydaların yenidən tətbiqi ilə bağlı qanun layihəsinin ratifikasiya olunduğu barədə məlumat yaymışdır.

Qanunun qəbulundan sonra xarici turistlərə güzəşt hüququnun verilməsi üçün mehmanxana biznesi mehmanxanada qalmaq qiymətlərini 10 faiz artırmaqla vergi güzəştlərini kompensasiya etməli olmayacaqlar.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yeni nəsil biometrik şəxsiyyət vəsiqələrindəki “elektron imza” pulsuz aktivləşdiriləcək

posted in: Xəbər | 0

elektron imza“Sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil biometrik şəxsiyyət vəsiqələrinin daxilində yerləşdirilən “elektron imza” pulsuz olacaq”.

Bunu “Report”a Məlumat Hesablama Mərkəzindən (MHM) bildiriblər.

Qurumun açıqlamasına görə, şəxsiyyət vəsiqəsi alan vətəndaş anket doldurduğu zamanı “elektron imza”nın aktivləşdirilməsini istəməlidir:

“Şəxsiyyət vəsiqəsi 10 illik, elektron imza isə 5 illik verilir. Bu müddət bitdikdən sonra vətəndaş müddəti uzatmaq üçün müraciət edə bilər”.

Qeyd edək ki, hazırda elektron “elektron imza” 3 il müddətinə verilir və bu müddət üçün birdəfəlik ödəniş 18 manatdır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda gəlir vergisi üzrə proqnozların icra göstəricisi

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi Fiziki şəxslərin gəlir vergisinin kəsirlə icra edilməsi orta aylıq gəlirlərin və əmək haqqı səviyyəsinin artımı fonunda müşahidə edilib, bu vergi növünün tərkibində yalnız büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnoz göstəricilərinə nail olunub, 112% səviyyəsində icra edilib.

Bu barədə “Report”a Azərbaycan Hesablama Palatasının Mətbuat xidmətindən məlumat verilib.

Əlavə Dəyər Vergisinin tərkibində hesabat dövrü üçün proqnozlaşdırılmış məbləğ yalnız Azərbaycan ərazisinə malların idxalına görə ƏDV üzrə artıqlaması ilə icra edilib, digər istiqamətlər üzrə proqnoz göstəricilərinə nail olunmayıb.

Həmçinin bax: Azərbaycanda 10 yerli şirkət ləğv edildi

Cari ilin birinci yarımilliyində 2017-ci ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 24 357,4 min manat və ya 22,3%, məqsədli büdcə fondlarının daxilolmaları 43195,1 min manat və ya 15 dəfə artıb, sair daxilolmalar isə 21194,3 min manat və ya 59% azalıb.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalarla bağlı 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz 0,3% səviyyəsində icra olunub.

2018-ci ilin birinci yarımillində 2017-ci ilin həmin dövrü ilə müqayisədə 1495 sayda və 33,3% çox satınalma keçirilib, icra edilmiş vəsaitin məbləği isə 638,4 mln. manat və ya 27,5% çox olub.

Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən, 31.12.2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olub, ötən ilin sonuna mövcud olan borc 32,9% artıb. Debitor borclarda hesabat dövründə müşahidə edilən artım məbləği müvafiq dövrdə icra edilmiş büdcə xərclərinin 7,3%-nə bərabərdir.

Özəlləşdirilmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqlar 01.01.2018-ci il tarixə 16531,9 min manat olub, 01.07.2018-ci il tarixə isə ilin əvvəli ilə müqayisədə 10636,3 min manat artaraq 27168,2 min manat təşkil edib.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

900 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib İşəgötürən: STEEL LİNE CONSTRUCTİON MMC

  • Şəhər: Bakı
  • Yaş: 30 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Ramin m
Həmçinin bax:1300 manat məvaciblə Baş mühasib axtarılır
İş barədə məlumat
– Satış və anbar əməliyyatlarının 1C sisteminə daxil edilməsi
– Ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Şirkətlərlə yazılı və şifahi danışıqlar aparmaq
– Aylıq istehsalat və satış hesabatlarının hazırlanması
– DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə yazişmaların aparılması
– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması
– Əmək haqqının hesablanması
– Bank əməliyyatlarının aparılması
– Aylıq maliyyə hesabatların hazırlanması
– Şirkətin əməkdaşlıq etdiyi banklarla şirkətə mühasibatlıq xidməti göstərən şirkət arasında əlaqələrin koordinasiyası
– Gündəlik maliyyə-mühasibat sənədlərinin, müqavilələrin qeydiyyatı və mühasibatlıq xidməti göstərən şirkətə təqdim olunması, tələb olunan hesabatların hazırlanması
– İlkin olaraq 3 ay sınaq müddəti veriləcəkdir.
– İş vaxtı: 09:00-dan 18:00-dək
Həmçinin bax: Maliyyə mütəxəssisi üzrə ödənişli təcrübə proqramı
Namizədə tələblər
– Xanım (Bakı ərazisində yaşayan)
– Azərbaycan və Rus dili bilikləri
– 1C və MS Office proqramları (əla səviyyədə)
– İşə planlı və məsuliyyətli yanaşma
– Yüksək ünsiyyət bacarığı
– Nitq mədəniyyəti
– Təmkinlilik, etibarlılıq, özünəinam
– Səliqə, təşkilatçılıq, operativlik
Mənbə: boss.az