Beynəlxalq mühasibat uçotu standartları nədir?

posted in: muhasibat, Xəbər | 0

Beynəlxalq mühasibat uçotu Mühasibat ucotu üzrə normativ sənədləşməyə nəzərən “standart” – uçotun aparılma qaydalarının rəsmi sənədlər toplusudur.

Uçot standartları iki növ olur: daxili və beynəlxalq.

Daxili standartlar –  ölkə daxilində istifadə üçün nəşr olunan mühasibat ucotu üzrə normativlərdir. Mühasibat ucotunun beynəlxalq standartları isə Beynəlxalq Uçot Standartları üzrə Komitə (BUSK) tərəfindən işlənib hazırlanmış və dünya praktikasında tətbiq edilmək üçün tövsiyə edilən standartlardır.

Həmçinin bax: Balans hesabatının elementləri

Daxili və beynəlxalq standartlar arasında sıx əlaqə vardır. Bir qayda olaraq, daxili standartlar ilkindir. Beynəlxalq standartlar işlənib hazırlanarkən daxili standartlar təhlil edilir, müxtəlif ölkələrdə bu və ya digər şeylərin ucotunun aparılması üzrə formalaşmış praktika  öyrənilir, daha sonra beynəlxalq xarakter daşıyan uçot üzrə tövsiyələr yazılır. Eyni zamanda, uçotun daxili standartları beynəlxalq standartların bazasında hazırlanmalıdır.

Beynəlxalq standartlar ayrı-ayrı ölkələrdə uçotun aparılmasına və maliyyə hesabatlarının tərtib edilməsinə olan milli tələbləri təkzib etmir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1300 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib axtarılırİşəgötürən: Arsenal Group

  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Nüşabə Bağırova
Həmçinin bax: 500 manat məvaciblə Mühasib axtarılır
İş barədə məlumat
– Şirkət fəaliyyətin bütün mühasibat proseslərin (inventarlaşma,istehsal üzrə məsrəfər,təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, kassa, bank, əmək haqqı, avanslar,xərclər, xidmətlərin uçotu və s.)
– Hesabatların tam, səliqəli işlənilməsi və sistematik olaraq yoxlanılması
– Vergi , DSMF hesabatlarının aylıq ,rüblük, illik hazırlanması
– İstehsal olunan və idxal olunan məhsulların kalkulyasiyası, istehsal və xidmət sahələrindən gələn hesabatların yoxlanılması
– 1C Mühasibat proqram təminatında gündəlik məlumat bazası üzərində iş və dövr daxili maliyyə hesabatlarının hazırlanması
– Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət
– Nahar şirkət hesabına
Namizədə tələblər
– İş təcrübəsi: İstehsalat sahəsində azı 5 il təcrübə
– Dil bilikləri: Azərbaycan və Rus dili
– Proqramlar: 1C (7.7 və 8.3) mürtləqdir
– MS Office – yüksək səviyyədə

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” təsdiq edilib

posted in: Xəbər | 0

əməkhaqlarının maliyyələşdirilməsiMəşğulluq mərkəzləri tərəfindən göndərilmiş işsiz şəxslər işə qəbul edildikdə müəyyən müddət ərzində əməkhaqlarının bir hissəsi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək

İşəgötürənlərin bu proqramda iştirakı üçün bir sıra tələblər müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 616 №-li qərarı ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, işəgötürənlər Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş işsiz vətəndaşları işə qəbul etdikləri zaman müəyyən müddət ərzində (3, 6, 9 və ya 12 ay) həmin işçilərin əməkhaqlarının bir hissəsi (50%) işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.

Həmçinin bax: İşsizlikdən sığorta ödənişləri barədə bilmədiklərimiz

Bu proqramda iştirak etmək istəyən işəgötürənlərin müraciət etdikləri vaxta qədər ən azı 1 il fəaliyyət müddəti olmalı və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi, digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Həmçinin  son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən, vakansiya bankına müvafiq məlumatları təqdim edən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan işəgötürənlər proqramda iştirak edə bilərlər.

Əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək üçun müraciət etmiş işəgötürənlər nəzərdə tutulan iş yerləri üzrə vakansiyaları ən azı 3 ay əvvəl vakansiya bankına təqdim etməlidirlər.

Hər bir işəgötürən üzrə əməkhaqlarının maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz. Eyni zamanda, işəgötürənlər bu proqram çərçivəsində rayon (şəhər) Məşğulluq Mərkəzinin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə proqram başa çatdıqdan sonra ən azı 1 il ərzində (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci  maddəsinin ç) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) xitam verməməlidirlər.

Proqramda iştirak etməkdə maraqlı olan işəgötürənlərin rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

İşsizlikdən sığorta ödənişləri barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

işsizlikdən sığortaAzərbaycanda vətəndaşların, xüsusilə iş yerini itirmiş şəxslərin sosial hüquqlarının qorunmasını müəyyən edən proqram və konvensiyalar sırasına biri də əlavə olunub: iqtisadi cəhətdən böyük inkişaf yolu keçmiş ölkələrin əksəriyyətində tətbiq edilən «İşsizlikdən sığorta haqqında» Qanun Azərbaycanda da qəbul edilib. 2018-ci il yanvarın 1-dən qüvvəyə minmiş bu qanun müxtəlif səbəblərə görə iş yerini itirmiş vətəndaşlar üçün bir sıra mühüm üstünlüklər yaradır.

Qanuna əsasən, hər bir şəxs  iş yerini itirdiyi andan yeni iş tapanadək həmin dövrdə itirdiyi gəlirlərinin qarşılığı olaraq tam və ya qismən kompensasiya almaq hüququna malikdir. Bu hüquq hər hansı dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarından sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslərə aiddir. İcbari qaydada həyata keçirilən bu sığorta sistemi həm müəssisənin əməyin ödənişi fondundan, həm də işçinin əməkhaqqından 0,5 faiz həcmində tutulur. Minimum 3 il sığorta stajına malik şəxslər bu yenilikdən yararlanmaq hüququ əldə edir.

Həmçinn bax: “Sadələşdirilmiş vergi imtiyaza çevrilməməlidir”

Özündən asılı olmayan səbəblər üzündən iş yerini itirmiş şəxslər işsizlikdən sığorta sistemindən bəhrələnmək üçün hansı prosedurlardan keçməlidirlər?

Sualı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov şərh edir:

«Bu məsələ «İşsizlikdən sığırta haqqında» Qanunda, eləcə də Nazirlər Kabinetinin təsdiq etdiyi hüquqi-normativ aktlarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq təlimatlarında əhatəli şəkildə öz əksini tapıb. Mövcud qaydalara əsasən, sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. İşsizliyə görə sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılan İşsizlikdən Sığorta Fondu tərəfindən verilir. Yeni qanunun tətbiqi ilə əlaqədar olaraq, indiyədək verilən işsizlik müavinətləri də yeni qaydalarla tənzimlənəcək və həmin fond tərəfindən maliyyələşdiriləcək. Amma işsizlikdən sığorta ödənişləri işəgötürənlə əmək müqaviləsinin müddəti başa çatmış şəxslərə şamil edilməyəcək. Çünki yeni qanunda belə hallar üçün işsizlik sığortasından yararlanmaq nəzərdə tutulmayıb. Yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində işini itirən və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar fondun imkanlarından faydalana biləcəklər. Bu standartlara uyğun olmayan işsizlər isə fondun digər imkanlarından yararlana bilərlər».

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

«İşsizlikdən sığorta haqqında» Qanunun tələblərinə əsasən, özündən asılı olmayan səbəblərə görə iş yerini itirmiş hər bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti 9 aydan artıq ola bilməz. Əgər işsiz iş yerini itirdiyi gündən etibarən 24 ay ərzində münasib işlə təmin edilməzsə, bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququna malikdir. Əgər ailədə həm ər, həm də arvada sığorta ödənişi təyin edilirsə, bu zaman onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir.

S.Məmmədov qeyd edib ki, bu proseslə hazırda 5 faiz səviyyəsində olan işsizliyin aradan qaldırılacağı gözlənilir. İşsizlikdən sığorta sisteminin məqsədi işsiz vətəndaşların uzun müddət sığorta ödənişi almasını yox, onun əmək bazarına təkrar qayıtmasını təmin etməkdir. Yeni qanuna görə, müəssənin ləğvi və ştatların ixtisarı nəticəsində işsiz qalan şəxslər müraciət etdikdə onlara iki müvafiq iş təklif olunacaq, təklifi işsiz şəxs tərəfindən rədd edilərsə, o, müavinət almayacaq. Müraciət edən şəxslərə müvafiq iş təklif olunmadıqda, onlar müavinət almağa iddia edə bilərlər. Lakin onların iddia etmələri bunun mütləq müavinət almaqla nəticələnəcəyi demək deyil. Bunun üçün işsizlikdən sığorta ödənişlərinə iddia edən şəxsin tələbləri qanunda göstərilən şərtlərə tam cavab verməlidir.

Xatırladaq ki, İşsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. İşəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində hər ay fonda vəsait ödəyəcəklər. 2018-ci ildə fondun büdcəsi təxminən 89 milyon manat səviyyəsində hesablanıb. Həmin vəsaitin 37,6 faizi işsizliyə görə sığorta ödənişlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub ki, bu da ötən il bu məqsədlərə ayrılan vəsaitdən 1,9 dəfə çoxdur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun