600 manat məvaciblə mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib köməkçisi axtarılırİşəgötürən: “Ze-Troniks” MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Həmçinin bax: 900 manat məvaciblə mühasib tələb olunur
İş barədə məlumat– Ofisdə kargüzarlığın təşkili, daxil olan və çıxan sənədlərin qeydiyyatı, məktubların və faksların göndərilməsi, elektron poçtla daxil olan məktubların cavablandırılması
– Şirkətin əməkdaşlıq etdiyi banklarla şirkətə mühasibatlıq xidməti göstərən şirkət arasında əlaqələrin koordinasiyası, o cümlədən gündəlik maliyyə-mühasibat sənədlərinin, hesab-fakturaların tərtib olunması, müqavilələrin qeydiyyatı və mühasibatlıq xidməti göstərən şirkətə təqdim olunması, tələb olunan hesabatların hazırlanması
– Cari ödənişlərin bankın təqdim etdiyi “internet-banking proqramı” vasitəsilə onlayn rejimdə həyata keçirilməsi
– Ofis ləvazimatlarının və ofisə lazım olan digər təsərrüfat mallarının və xidmətlərinin satın alınmasının təşkili
– İşçilərin məzuniyyət və ezamiyyə sənədlərinin hazırlanması və mühasibatlıq xidməti göstərən şirkətə təhvil verilməsi
– Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
– İş qrafiki: Bazar ertəsi-cümə günləri, saat 09:00-dan 18:00-dək

Həmçinin bax: 800 manat məvaciblə Mühasib tələb olunur
Namizədə tələblər
– Cinsi: Kişi
– İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil
– Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi
– Microsof Office (xüsusi ilə Excel) proqramlarına dair mükəmməl bilik və təcrübə (1C və digər uçot proqramları üzrə bilik və təcrübə arzu olunandır)
– Milli mühasibatlıq, bank və vergi qanunvericiliyi üzrə bilik və təcrübə
– Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili bilikləri arzuolunandır)
– Ünsiyyət və komanda ilə işləmə bacarıqları
– Analitik düşünmə və problemləri həll etmə bacarıqları
– Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq

Namizədlər öz CV-lərini mövzu hissəsində vəzifənin adı göstərilməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: rashad@ze-tronics.com / 

Həmçinin bax: Gilan Holding Baş mühasib axtarır

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Agro Art Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Agroİşəgötürən: Agro Art

Vakansiya : Mühasib / Material Mühasib

Əmək haqqı :400-600
İş günü : 6
Cinsi : kişi / qadın

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş haqda məlumat

– Gündəlik  satış, anbar əməliyyatların uçotunu həyata keçirtmək
– Hesabatların hazırlanması və proqrama daxil edilməsi
– Aylıq hesabatların tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Elektron Vergi Hesab Fakturalarının tərtib olunması (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət)
– DSMF / Statistika / Məşğulluq idarəsinə hesabatların hazırlanması, və göndərilməsi

Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Namizəddən irəli sürülən tələblər

– Ali təhsilli (təhsilinin maliyyə, mühasibat sahəsində olması mütləqdir)
– Mühasibatlıq sahəsində ən az 5 il təcrübəsi olmalıdır.
– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Azərbaycan və Rus dillərində səlis danışıq.İngilis dili arzuolunandır.
– Kollektivlə işləməyi bacaran, gülərüz olmalı.

Qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Mühasib” qeyd edərək CV-ni   / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: boss.az

Həmçinin bax: 600 manat məvaciblə mühasib köməkçisi axtarılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?

posted in: Xəbər | 0

Səyyar satış

Sual: Bakı şəhərində səyyar şəkildə avtolovkalarda (xüsusi satış piştaxtalar, soyuducular qurşadırılmış yük avtomobilləri) qida və alkoqolsuz içkilərin satışını həyata keçirən şəxs əhali ilə hesablaşmalarda mədaxil qəbzi təqdim edir. Gün ərzində avtolovkalar şəhərin istənilən ərazisində dayanır, müştəriyə səyyar satışı həyata keçirir. Bu fəaliyyət qanunidirmi? Və qanuni olduğu halda hansı qaydada avtomobillərə POS terminal quraşdırılmalıdır? Təşəkkür edirik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməklə həyata keçirə bilər.

Eyni zamanda bildiririk ki Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” müəyyən məhdudiyyətlər qoymaqla yanaşı küçə ticarətinin aparılmasını istisna etmir.

Belə ki, həmin Qaydalara əsasən səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir.

ƏDV ödəyicisi olduğunuz və ya rüb üzrə orta aylıq dövriyyəniz 2000 manatdan artıq olduğu halda POS-terminalın quraşdırılması zəruridir. Bununla belə, digər hallarda da vergi ödəyicisi obyektində POS-terminal quraşdırmaq hüququna malikdir. POS-terminalın quraşdırılması üçün zəruri olan texniki imkanlar sifarişçi tərəfindən təmin edilməlidir.

Həmçinin bax: Hüquqi şəxs səyyar satışı necə rəsmiləşdirməli?

POS-terminalın quraşdırılması üçün vergi ödəyicisinin aktiv bank hesabı olmalı və təsərrüfat obyekti (subyekti) qeydiyyata alınmalıdır. Daha sonra vergi ödəyicisi müvafiq bank ekvayerə müraciət etməklə şəxsiyyətini təsdiq edən sənədin surətini, vergi ödəyicisinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surətini və təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surətini (obyektin kodu) təqdim etməlidir.

Küçə ticarəti ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı isə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 16.1.8.3-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 nömrəli “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə və 2014-cü il 3 aprel tarixli 94 nömrəli “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi barədə Qərarları, Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “POS-terminalın onlayn qeydiyyatı“ elektron xidmətlər üzrə inzibati reqlament.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün növbəti attestasiya keçiriləcək

posted in: Xəbər | 0

lisenziyaAvqustun 24-də Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi ilə müraciət edən şəxslər üçün attestasiya keçirəcək.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət etmiş şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Mənbə: report.az

Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.