Meksika vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

MeksikaMeksika vergi sisteminin başlıca qaydaları 1917-ci il Konstitusiyası ilə müəyyən edilib, ona görə hazırda fəaliyyətdə olan vergilər ümumöhdəlik, ədalətlilik və orta ölçülülük, qanunilik, dövlət məsrəflərinin örtülməsinə istiqamətlilik kimi prinsiplərə əsaslanır. Meksika vergi sistemi təkcə federal qanunlarla deyil, həm də ştat hökumətləri və bələdiyyələr tərəfindən tənzimlənir. Onun idarə olunması isə birbaşa Vergi administrasiyası xidmətinin əlində cəmləşib.

Ümumöhdəlik prinsipinə əsasən Meksikada daşınmaz əmlaka görə vergiyə bütün əmlak sahibləri, o cümlədən əcnəbi vətəndaşlar cəlb olunurlar. Bu növdən olan vergi ödənişlərinə 3 vergi daxildir:

Əmlak satın alınmasına görə vergi onun dəyərinin 2%-ni təşkil edir. İllik yığım – özlüyündə əmlakın qiymətinin 0,01% təşkil edir. Kapital artımına görə vergi – əmlak satılarkən hesablanma üsulundan asılı olaraq, 25-30% həcmində ödənilir.

Qeyd etmək lazımdır ki, verginin faiz stavkası yalnız real bazar qiymətindən deyil, həm də dəyərləndirmə qiymətindən asılı olur. Bu ikinci, Meksikada bərabərsizliyə əsaslanır, lakin müntəzəm olaraq tənzimlənir. Adətən əmlakın dəyərləndirmə qiyməti real qiymətindən xeyli aşağı olur. Əgər, fiziki şəxslər öz gəlirlərinin böyük hissəsini Meksikada əldə edirlərsə və ya onların həyati və işgüzar maraqlarının başlıca yeri Meksika hesab olunursa, ölkədən kənarda olan əmlaka görə də mülkiyyət sahibləri vergiyə cəlb oluna bilərlər. Meksikada daşınmaz əmlak satılarkən, kapital artımına görə vergi yığımı iki üsulla həyata keçirilir, satış sövdələşməsi zamanı onun dəyərinin 25% həcmində və ya əmlak alınarkən və satılarkən dəyərləndirilən qiymət fərqi arasındakı məbləğdən 30% həcmində. Alış-satış sövdələşməsini həyata keçirərkən, yaxşı olar ki, bununla bağlı notariusla məsləhətləşmələr keçirilsin.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Meksikada gəlirdən tutulan vergi və onun xüsusiyyətləri.

Bəzən fərqli vergilər arasından çox incə bir hüdud keçir, məsələn, gəlir vergisi ilə əmlaka görə hesablanan vergi arazında olduğu kimi. Meksikada əmlak sahibi olan əcnəbi vətəndaş daşınmaz əmlaka görə vergi ödəyir, amma, əgər həmin əcnəbi əmlakını icarəyə verərsə, onda mülkiyyət sahibi olan sahibkar kimi gəlir vergisi ödəyəcək.

Beləliklə, gəlir vergisi o hallarda ödənilir ki, əgər siz:

  • bank hesabına maliksiniz və ora faizlər köçürülür;
  • qiymətli kağızlara və ya şəxsi biznesə maliksiniz;
  • muzdlu işçisiniz.
  • sözügedən vergi stavkası 30%-dən yüksək deyil.

Muzdlu işə görə vergi həcmi əməkhaqqı məbləğindən, minimal maaşda 3%-dən başlayaraq, özündə həm də mükafatları da ehtiva etməklə hesablanır. Eyni zamanda gəlir vergisi altına həm rezidentlər, həm də ölkənin qeyri-rezidentləri düşürlər.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Meksikada sahibkarlığa görə vergilər.

Biznesdən qazanılan gəlirlər kommersiya gəlirləri hesab olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla fiziki şəxs tərəfindən əldə edilən istənilən gəlir bu cür gəlirlər hesab olunur. Bu vergi stavkası 35%-dən çox olmur və o, birbaşa gəlirin həcmindən asılı olur. Fiziki şəxs qeyri-rezident kimi tanınıbsa və onun biznesdən əldə etdiyi gəlirlər vergiyə cəlb olunmaq üçün minimal məbləğə çatmırsa, onda vergi ödəmir. Passiv gəlir adlandırılan, yəni, bank hesabına Meksika şirkətlərindən dividendlər köçürülürsə, həmin gəlirdən 10% həcmində gəlir vergisi tutulur.

Meksikada əmlakın icarəyə verilməsi.

Əmlakın əcnəbilərə icarəyə verilməsindən sonra vergidən yayınma ilə bağlı hallar çox ciddi izlənilir. Onu da qeyd etmək lazımdır ki, əcnəbilər də yerli sakinlər kimi öz əmlaklarını icarəyə vermək hüququna malikdirlər, bir şərtlə ki, onlar da bütün vergiləri ödəsinlər, bu isə çox vaxt problemli görünür.

Daşınmaz əmlak sahibləri  çox vaxt bankı öz etimad göstərdikləri şəxs olaraq təyin edirlər, lakin bəzi banklarda sadəcə bu vəzifələrin vaxtında yerinə yetirilməsi üçün zəruri infrastruktur olmur. Ona görə vicdanlı əmlak sahibləri əksər hallarda şəxsi vergi nömrəsi alırlar və bundan sonra Meksika xəzinədarlığında qeydiyyatdan keçərək, vergiləri sərbəst şəkildə ödəməyə başlayırlar.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

posted in: Vergi, Xəbər | 0

MənzilMənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Bu cür hərəkətə yol verən şəxsləri büdcədən yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası gözləyir

Adətən, avqustun ortalarından payıza doğru paytaxtda kirayə mənzillərə tələbat xeyli artır ki, bu da qiymətlərin bahalaşmasına səbəb olur. Hazırda Bakıda mənzillərin orta kirayə haqqı 300-1000 manat arasında dəyişir. Nəzərə alsaq ki, Bakıda yaşayanların təxminən 30 faizi ev kirayələyir, onda mənzillərin icarəsindən əldə olunan gəlirlərin heç də kiçik məbləğ olmadığı aydınlaşar. Deməli, mənzilini kirayə verən ev sahiblərindən tutulmalı olan vergilərin məbləği də dövlət büdcəsi üçün kiçik deyil.

Həmçinin bax: Verginin sıfır (0) dərəcəsi ilə tutulması

Şəxsi evini icarəyə verənlər vergi ödəmək üçün hansı prosedurları həyata keçirməlidirlər?

Prosedur qaydalarına görə, vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdikdə ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz vergi ödəməlidir. Bu zaman evini kirayə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarəhaqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır. Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmalı və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) əldə etməlidir. VÖEN şəhadətnaməsini əldə etmək üçün ərizəçinin özünün şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməsi kifayətdir. Bundan sonra VÖEN-i olan vətəndaş kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə mğəyyən edilmiş qaydada vergi ödəməli və növbəti il martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim etməlidir.

Bu da həqiqətdir ki, bəzi vergi ödəyiciləri kirayə müqavilələrində icarəhaqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir. Başqa sözlə, mənzilin kirayə verilməsi vergi orqanlarından gizlədilir. Belə olan halda vergidən yayınan şəxslərə qanunvericiliklə müəyyən edilmiş inzibati cəzalar tətbiq oluna bilər. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqavilə olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir. Mənzilini kirayə verənlər vergidən yayındıqda onun barəsində bu məsuliyyət tədbirləri tətbiq oluna bilər:

· Müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamağa və bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarəhaqlarına görə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə, hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat (yəni 80 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilir;

· Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldılmasına, habelə vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılmasına görə azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

· Vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən zox olmamaqla, vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Həmçinin bax: Ümidsiz borcları necə xərcə silməli?

Hər bir fiziki və hüquqi şəxs öz qazancından vergi ödəməlidir.

Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, istənilən halda, gəlir əldə edən hər bir fiziki və hüquqi şəxs qazanc götürdüyü sahədən dövlət büdcəsinə vergi ödəməlidir. Ancaq faktiki olaraq Azərbaycanda mənzil kirayəsindən vergi ödəmələri ya ümumiyyətlə yoxdur, ya da bu ödənişlərinin vergi daxilolmalarında payı çox cüzidir: «Bu, bir qədər həssas məsələdir. Ona görə də bu məsələyə yenidən baxılmalı, maarifləndirmə işləri aparılmalıdır ki, mənzil kirayəsindən gəlir əldə edən vətəndaşlar bu sahədən qazandığı vəsaitlərdən qanunun tələblərinə uyğun şəkildə vergi ödəsin».

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə hesab edir ki, mövcud şərait və mexanizmlər mənzil kirayəsinə görə vergilərin toplanması üçün yetərli deyil. Onun sözlərinə görə, hazırda kirayə mənzillərin qeydiyyat sistemi, onları nəzarətdə saxlamaq imkanları çox məhduddur: «Azərbaycanda mənzilini kirayə verənlər, rəsmi müqavilə olduğu halda, 14 faiz gəlir vergisi ödəməlidir. Reallıqda isə heç kəs mənzilini kirayəyə verdiyini rəsmiləşdirmir, tərəflər arasında müqavilə bağlamır. Belə olan halda mənzil kirayəsi üzrə vergi öhdəlikləri də yerinə yetirilmir».

R.Osmanlının qənaətinə görə, mənzilini kirayə verən vətəndaşların vergi öhdəliklərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməsi üçün daha çevik mexanizmlərin hazırlanmasına ehtiyac var: «Hazırda Azərbaycanda kirayə mənzillərin qeydiyyat sistemi olmadığı üçün bununla bağlı hansısa hesablamalar aparmaq da mümkün deyil».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

3 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

şirkətVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, 3 xarici şirkətin Azərbaycan Respublikasındakı filialı ləğv olunub.

  • “Nobl Skay Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 9900076571) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami r., Heydər Əliyev prospekti 90 ünvanına bildirə bilərlər.
  • “Rhopoint Metrology Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1101436451) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Tauers Biznes Mərkəzi Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • “Nikan Tərabər Beynəlxalq Nəqliyyat” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 3100696921) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxsin uçot məlumatlarıXidmətin adı: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Həmçinin bax: Kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 33, 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.10.2013-cü il tarixli

1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş

“Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – ərizənin icraya qəbul edilməsi barədə bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə)

Həmçinin bax: Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.